Əsas Səhifə > Ölkə > QƏNİMƏT ZAHID BAKIDA

QƏNİMƏT ZAHID BAKIDA


26-10-2011, 12:50
QƏNİMƏT ZAHID BAKIDA

«AZADLIQ»IN BAŞ YAZARI ÖLKƏYƏ GECƏ SAATLARINDA GƏLİB

Məlum olduğu kimi, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid bir müddət əvvəl ailəsi ilə birlikdə ölkəni tərk edərək, əvvəlcə Türkiyədə, daha sonra isə Fransada qərarlaşmışdı. TİA.AZ xəbər verir ki, 5 aya yaxın müddətdə xaricdə yaşayan Qənimət bəyin ölkəyə dönməyəcəyi iddia edilirdi.

TİA.AZ xəbər verir ki, bütün bu iddiaların hamısı puça çıxdı. Belə ki, bu gecə «Azadlıq»ın baş redaktoru Azərbaycana qayıdıb. Təyyarədən düşən zaman ilk eksklyüziv açıqlamasını TİA.AZ-a verən Qənimət bəy bildirib ki, o artıq Bakıdadır.


Geri qayıt