Əsas Səhifə > Ölkə > SEÇİCİLƏRDƏN DEPUTATI ƏLƏ SALAN ŞİKAYƏT

SEÇİCİLƏRDƏN DEPUTATI ƏLƏ SALAN ŞİKAYƏT


19-07-2012, 12:57
SEÇİCİLƏRDƏN DEPUTATI ƏLƏ SALAN ŞİKAYƏT

LƏNKƏRANDAN GƏLƏN MƏKTUBDA RÜFƏT QULİYEV HƏDƏFƏ ALINIB

DİA.AZ: - Parlamentdə keçirdiyi 5 il ərzində ölkənin taleyüklü məsələləri, seçicilərin problemlərilə bağlı bircə dəfə də olsun danışmayan, Azərbaycan cəmiyyətinin az qala 99 faizinin tanımadığı Rüfət Quliyev yenidən 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçiləndə hər kəsi heyrətləndirdi. Bu fikirlər bir qrup Lənkəran sakininin DİA.AZ-ın elektron poçtuna göndərdiyi məktubda yer alıb.

Sakinlər bildirirlər ki, Rüfət Quliyev parlamentdə susub otursa da, Milli Məclisin binasından kənarda vaxtını boşa verməyib: «O, Lənkəranda çoxlu sayda yeni obyektlər, torpaq sahələri alıb. Öz qohum-əqrabasını lazımi səviyyədə mükafatlandırıb və təbii ki, seçicilərin yanan barmağına… su çiləməyi yaddan çıxarıb. Rüfət Quliyev «qutudan çıxdığı» 73 saylı Lənkəran şəhər dairəsinin sədri Kərim Heydərovun da «xidmətlərini» özünəməxsus şəkildə mükafatlandırıb. DSK sədrinin sahibi olduğu mətbəənin əhəmiyyətli hissəsini real dəyərindən daha yüksək ödəniş müqabilində satın alıb».

Məktub müəllifləri bildirirlər ki, son parlament seçkiləri zamanı Rüfət Quliyevin daha bir özəlliyi üzə çıxıb: «Sən demə, qohum-əqrabası siqaret menecerini parlamentdə də yalnız buraxmayıblarmış… Təəccüblənməyin. Rüfət Quliyev parlamentdəki 5 ilini qaynı Azər Kərimovla birgə keçiribmiş. Və bu ənənə, təəssüflər olsun ki, yenə də davam etməkdədir. Yeznə-qayın yenə də mandat almağı bacardı. Əgər məsələ bu şəkildə davam edrəsə, onlar hətta Milli Məclisdə «yeznə-qayın deputat fraksiyası» yaratmaq niyyətinə də düşəcəklər. Niyə də yox?».

Onu da bildirək ki, Rüfət Quliyevin qaynı 112 saylı Qax seçki dairəsindən deputat seçilmiş (?!) Azər Kərimli də qohumu kimi lal-dinməz olduğundan, parlament kürsüsündəki günlərini susmaqla keçirdiyindən, bu fraksiyanın ancaq susmağını müşahidə edə biləcəyik.

Geri qayıt