Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD VƏHŞİLİYİ DAVAM EDİR

BƏŞƏR ƏSƏD VƏHŞİLİYİ DAVAM EDİR


22-07-2012, 12:23
BƏŞƏR ƏSƏD VƏHŞİLİYİ DAVAM EDİR

BİR GÜNDƏ 134 SURİYALININ QANI AXIDILDI

DİA.AZ: - Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqqları Müşahidə Təşkilatının verdiyi xəbərlərdən aydın olur ki, dünən gün ərzində Suriyanın paytaxtı Dəməşqdə hökumət qüvvələri tərəfindən keçirilən əməliyyatlar zamanı 35 nəfər həyatını itirib. Dəməşqin ayrı-ayrı səmtlərində isə onlarla ev dağılıb, mülki şəxslərə aid avtomobillər atəşə verilib.

DİA.AZ-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təşkilatın verdiyi məlumatlarda həmçinin bildirilir ki, Suriyanın Humus (31 nəfər), İdlib (20 nəfər), Dəra və Hələb (hərəsində 15 nəfər), Deyruz-Zol (8 nəfər), Hama (7 nəfər), Lazkiyə, Küneytrə və Hasəkə şəhərlərində (hərəsində bir nəfər) həyata keçirilən qətliamlar nəticəsində dünənki günün ölü sayısı 134-ə yüksəlib.

Geri qayıt