Əsas Səhifə > Ölkə > ŞOK: ƏSGƏRİMİZ ERMƏNİ TƏRƏFƏ KEÇİB

ŞOK: ƏSGƏRİMİZ ERMƏNİ TƏRƏFƏ KEÇİB


26-07-2012, 13:57
ŞOK: ƏSGƏRİMİZ ERMƏNİ TƏRƏFƏ KEÇİB

BU BARƏDƏ XƏBƏRİ DÜŞMƏN KİV YAYIB

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Firuz Fərəcov erməni tərəfə keçib. SalamNews-un erməni KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda F.Fərəcovun bu gün səhər saatlarında cəbhənin şimal-qərb bölgəsindən düşmən tərəfə keçdiyi bildirilir.

Məlumatda o da qeyd olunur ki, sərhəd pozucusu saxlanılıb və istintaq aparılır. Hadisə ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvandakı ofisi məlumatlandırılıb.

Azərbaycan Müdafiə Nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın yekunu olaraq ətraflı məlumat veriləcək.

Geri qayıt