Əsas Səhifə > Ölkə > SƏBAYEL İCRA HAKİMİYYƏTİNDƏ NƏ BAŞ VERİR?
SƏBAYEL İCRA HAKİMİYYƏTİNDƏ NƏ BAŞ VERİR?2-08-2012, 14:06 |
BAŞÇI-MÜAVİN SAVAŞI BÖYÜYÜR Səbayel rayon İcra Hakimiyyətində başçı-müavin qarşıdurması kəskinləşir. Məlumatda görə, icra başçısı Asif Əsgərovla müavini Xalidə Bayramovanın münasibəti düşmənçilik həddinə çatıb. Bu barədə daxil olan məlumatda bildirilir ki, icra başçısı dəfələrlə müavinini vəzifədən uzaqlaşdırmağa çalışsa da, cəhdləri nəticəsiz qalıb. Hətta o, problemlə bağlı dəfələrlə Prezident Adminstrasiyasına (PA) da müraciət edib və müavinlə işləyə bilmədiyini etiraf edib. Ancaq Xalidə Bayramovanın PA-dakı vəzifəli himayəçisi olduğundan Əsgərovun işi “düyün”ə düşüb. Mənbə bildirir ki, icra başçısının müavini rayonda kifayət qədər gücə malikdir və indiyə qədər öz adamlarını məsul vəzifələrə çəkə bilib. Təkcə rayonda olan 18 ümumtəhsil məktəbin 13-nün direktoru X.Bayramovanın yaxın kadrlarıdır. İcra hakimiyyətində isə bir neçə məmur açıq şəkildə müavini müdafiə edib icra başçısından PA-ya donos ötürür. Bir sözlə, müavin icra başçısına kompromat savaşı açıb. Çünki o, rayon icra başçısı vəzifəsinə iddialıdır, hətta lazımi dairələrdən bu barədə dəstək də ala bilib. Onun sözlərinə görə, rayonda olan qadın gözəllik salonları və restoranlar bütövlükdə X.Bayramovanın nəzarətindədir. Bu salonlardan gələn aylıq xəraclar da icra başçısına çatmır. Bu da Asif Əsgərovu daha da hiddətləndirib. Son günlər rayonda tikilən və adı hələ də müəmmalı olan restoran uğrunda aparılan savaş isə münasibətləri kritik həddə çatdırıb. Həmin restoranın isə Bakıdakı iranlı iş adamları tərəfindən tikildiyi bildirilir. Mənbənın sözlərinə görə, vəziyyət o həddə çatıb ki, icra başçısı həmin əraziyə gəlib və məsələ ilə şəxssən maraqlanıb. Ancaq o, restoranın tikilməsini əngəlləyə bilməyib. Həmin restoranın isə Bayıl ərazisində tikildiyi haqda məlumatlar var. Bildirilir ki, Asif Əsgərov problemlə bağlı Abutlıbova da müraciət edib. Bakı meri isə Bayramovaya söz keçirə bilmədiyini etiraf edib. Mənbə bildirir ki, rayon ərazisində əcnəbi iş adamlarına satılan ərazilər isə kifayət qədərdir. Hətta bir neçə ticarət obyektinin (Həmin obyektlərin adları isə yaxın günlərdə açıqlanacaq) də əcnəbi iş adamlarına satıldığı vurğulanır. Bütün bu “alış-veriş”in hesab-kitabı isə məhz müavinin nəzarətindədir. Maraqlıdır, Azərbyacan Respublikasının əsas idarəetmə orqanlarının – Prezident Sarayı, Milli Məclis, Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra Hakimiyyəti, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, bir çox nazirliklərin, idarələrin yerləşdiyi Hökumət Evi və s. idarələr, eləcə də bakılıların və şəhər qonaqlarının əsas ziyarət yerləri olan “Şəhidlər Xiyabanı” və “Fəxri Xiyaban”, Heydər Əliyev Fondu, habelə bir çox istirahət və gəzinti obyektləri, o cümlədən “Fəvvarələr Meydanı”, Nizami küçəsi (keçmiş “Torqovaya”), Dənizkənarı Bulvar, Azadlıq Meydanının yerləşdiyi bir rayonda icra başçısı ilə müavinin “dava”ya qalxmasına göz yumulur. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |