Əsas Səhifə > Ölkə > “BANDOTDEL”DƏ İNSAN HÜQUQU SÖHBƏTİ

“BANDOTDEL”DƏ İNSAN HÜQUQU SÖHBƏTİ


28-10-2011, 11:51
“BANDOTDEL”DƏ İNSAN HÜQUQU SÖHBƏTİ

HÜQUQ MÜDAFİƏÇİLƏRİ MİRQAFAR SEYİDOVLA GÖRÜŞÜB

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və hüquq müdafiəçisi Elçin Şirinov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq aparıblar. Elçin Behbudov APA-ya açıqlamasında təcridxanada saxlanılan bir nəfər təqsirləndirilən şəxslə görüşdüklərini söyləyib. Həmin şəxs özünü elan olunan ittiham üzrə təqsirli bildiyini deyib və saxlanma şəraitindən şikayəti olmadığını bildirib.

E. Behbudov həmçinin idarənin rəisi Mirqafar Seyidovla görüşdüklərini qeyd edib: “Mirqafar Seyidovla insan hüquqları və azadlıqları barəsində söhbətimiz oldu. Bir çox məsələləri müzakirə etdik”.

Hüquq müdafiəçiləri DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında da monitorinq keçiriblər. Komitə sədri orada saxlanma kitabları ilə tanış olduqlarını və hər hansı bir qanun pozuntusuna rast gəlmədiklərini açıqlayıb.


Geri qayıt