Əsas Səhifə > Ölkə > KƏRƏM HƏSƏNOVA CİNAYƏT İŞİ AÇILMALIDIR
KƏRƏM HƏSƏNOVA CİNAYƏT İŞİ AÇILMALIDIR12-08-2012, 11:30 |
DÖVLƏT KOMİTƏSİ ÖLÜNÜ NECƏ “HƏYATA QAYTARIB”? DİA.AZ: - Redaksiyamıza Əmlak Məsələləri Dövlət Komitəsindən şok şikayət daxil olub. Hüquq müdafiəçisi Səyyarə Heydərova bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki Reyestr Xidmətinin işçiləri onun 2009-cu ildə ölmüş babasını “dirildərək”, onun adına sənəd veriblər. S.Heydərovanın sözlərinə görə, qanunsuzluq o qədər böyük və dəhşətlidir ki, ölmüş adamın adından onun şəxsiyyət vəsiqəsi ilə dövlət rüsumu belə ödənilir. Şikayətçinin sözlərinə görə, onun qohumları onlara məxsus evi ələ keçirmək üçün Şəki Reyestr Xidmətinin əməkdaşlarına rüşvət verərək, ölmüş babasının adına sənədləşdirmə aparıb. Sənədləşdirmə prosesi o qədər qanunsuz aparılıb ki, hətta babasının evləndiyi və doğulduğu tarixlər belə, yanlış yazılıb. Ancaq bununla belə, “Kapital” Bankın Şəki fililalı ölmüş adamın şəxsiyyət vəsiqəsi ilə dövlət rüsumunu qəbul edib. S.Heydərova bildirib ki, baş verən bu özbaşınalıqlarla bağlı Şəki Reyestr Xidmətinin rəisi Sahin Şirinzadəyə şikayət etsə də, o, bununla bağlı heç bir tədbir görməyib və bildirib ki, 6 min sənədin içərisində onlarınkını axtarıb tapa bilməz. S.Heydərova onu da qeyd edir ki, Kərəm Həsənov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edəcək. Eyni zamanda, K.Həsənovun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edəcək. Qeyd edək ki, yaxın günlərdə məsələ ilə bağlı sənədlər də yayımlayacaq, Kərəm Həsənovun idarəsinin ölüləri necə “diriltdiyini” faktlarla ortaya qoyacağıq. Geri qayıt |