Əsas Səhifə > Ölkə > VÜQAR SƏFƏRLİDƏN JURNALİSTLƏRƏ ŞAD XƏBƏR
VÜQAR SƏFƏRLİDƏN JURNALİSTLƏRƏ ŞAD XƏBƏR28-10-2011, 13:23 |
BİNANIN TƏMƏLİ YAXIN GÜNLƏRDƏ QOYULACAQ “Jurnalistlərin mənzil probleminin həlli ilə bağlı aparılan işlər tamamlanmaq üzrədir. Tikiləcək binanın smetası hazırlanıb və Fövqəladə Hallar Nazirliyinin ekspertizasına verilib. Ekspertizanın rəyi artıq açıqlanıb. Yəqin ki, yaxın günlərdə binanın inşasına başlanacaq”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlərə açıqlamasında bildirib. V. Səfərli deyib ki, binanın təməlinin qoyulmasının gecikməsi texniki məsələlərlə bağlıdır: “Mənzillərin və mərtəbələrin sayı ilə bağlı olaraq smeta bir neçə dəfə dəyişdirilib. Bu da vaxtın uzanmasına səbəb olub. Artıq sənədləşmə məsələləri həll olunub. Yaxın günlərdə binanın təməl qoyma mərasimi keçiriləcək və binanın inşasına start veriləcək. Bina tikildikdən sonra meyarlar müəyyənləşəcək və meyarlara uyğun olaraq mənzillər təmirli şəkildə jurnalistlərə təqdim olunacaq”. İcraçı direktor jurnalistlərin sənədlərini fərdi şəkildə təqdim edəcəklərini açıqlayıb. V. Səfərli bu ilin sonunda jurnalistlər üçün fərdi müsabiqə təşkil olunacağını da deyib. Onun sözlərinə görə, dekabr ayında gələn il üçün media üzrə qrant layihələrinin təqdimatı elan olunacaq. 2012-ci ilin yanvar ayından etibarən bu layihələr həyata keçiriləcək. V. Səfərli deyib ki, layihələr 19 istiqamət üzrə müəyyənləşəcək. Geri qayıt |