Əsas Səhifə > Hadisə > ORDUMUZDA DAHA BİR FACİƏ BAŞ VERİB

ORDUMUZDA DAHA BİR FACİƏ BAŞ VERİB


17-08-2012, 13:07
ORDUMUZDA DAHA BİR FACİƏ BAŞ VERİB

ƏSGƏRİMİZ QAYADAN YIXILIB

Azərbaycan Ordusunda faciəli hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində
qeydə alınıb. Ordumuzun əsəri, 24 yaşlı Samir Malik oğlu Adıgözəlov dağdan sürüşərək yıxılıb. Nəticədə ağır xəsarət alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Əsgərin vəziyyəti stabil-ağır qiymətləndirilir.

Qeyd edək ki, S. Adıgözəlov Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağırılıb.

Geri qayıt