Əsas Səhifə > Cəmiyyət, Manşet > ZİYA MƏMMƏDOV DA ÖZÜNƏ PROBLEM YARADIB

ZİYA MƏMMƏDOV DA ÖZÜNƏ PROBLEM YARADIB


23-08-2012, 17:36
ZİYA MƏMMƏDOV DA ÖZÜNƏ PROBLEM YARADIB

NN ŞEFİ FƏHLƏLƏRİN MAAŞINI NİYƏ VERMİR?

DİA.AZ: - Redaksiyamıza nəqliyyat naziri Ziya Məmmədovla bağlı ilginc faktlar daxil olub. Nazirlər Kabinetindəki informasiyalı dairələrdən DİA.AZ-a ötürülən xəbərlərdən belə məlum olur ki, Ziya Məmmədov indi də işlətdiyi fəhlələrin pulunu yeməsi ilə hakimiyyətin qınaq mərkəzinə çevrilmək üzərədir.

Təbii ki, belə yerdə sual oluna bilər ki, nədən Ziya Məmmədov hakimiyyətin qınaq obyektinə çevrilir, axı bütün məmurlar - irisindən-xırdasından asılı olmayaraq, nəinki fəhlələrin, bütünlükdə olaraq millətin haqqını yeyirlər və bu günə kimi onlara nəinki bir söz deyən, onlardan heç ayın tarixini soruşan da olmayıb.

Amma bu dəfə məsələ tamam fərqlidir. Məlumatlı mənbə iddia edir ki, NN şefi Quba rayonu ərazisində dövlət başçısına guya ki hədiyyə olaraq bir villa inşa etdirməkdədir. Lakin mənbəmiz iddia edir ki, nazir villanı bu adla inşa etdirsə də, həmin villada özü oturmaq fikrindədir: «Bu yolla Ziya Məmmədov kifayət qədər ciddi işlər həyata keçirə bilib və artıq villa hazırdır. Amma buna rəğmən nazir həmin villanı dövlət başçısına hədiyyə etməyə tələsmir ki, bu da nəticədə nazirin ortaya atdığı söhbətin blef olduğunu təsdiqləməkdədir».

Amma iş bu deyil. Mənbəmiz iddia edir ki, Ziya Məmmədov bu ad altında inşa etdirdiyi villasında çalışan fəhlələrin 3 aylıq maaşlarını da vermək istəmir. Təxminən 20-yə yaxın fəhləyə orta hesabla 30 min manata yaxın maaş borcunun qaldığı söylənilən Ziya Məmmədov neçə müddətdir ki, bu məsələni uzadıb ki, nəhayətdə baş verənlər «yuxarıların» qulağına çatıb: «İndi nazir çətin durumda qalıb. Ən azından maaş qalmaqalı villanın kimin adının altında inşa edilməsini ortaya çıxarıb».

Onu da bildirək ki, bəzi mənbələr Ziya Məmmədovun fəhlələr üçün maaş olaraq nəzərdə tutulan pulları Qubaya 1 mart olaylarının ardından başçı kimi təsdiqlətdiyi Mübariz Ağayevə verdiyini və yeni başçının fəhlələrin pullarını mənimsədiyini söyləsə də, bu barədə hər hansı dəqiqləşdirmə apara bilmədik.

Mövzu diqqətimizdədir…

Geri qayıt