Əsas Səhifə > Partiya > YAP-DAN ŞTRASSERƏ AĞIR İTTİHAM

YAP-DAN ŞTRASSERƏ AĞIR İTTİHAM


29-10-2011, 13:09
YAP-DAN ŞTRASSERƏ AĞIR İTTİHAM

“O, AZƏRBAYCANDA VƏZİYYƏTİ QARIŞDIRMAQ İSTƏYİR”

Azərbaycanın hakim partiyası Kritof Ştrasseri qeyri-obyektivlikdə günahlandırır.

"Kristof Ştrasser bəyanatlar səsləndirməklə Azərbaycanda aranı qarışdırmaq istəyir", - bu barədə şənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirildikdən sonra onlarla adam seçkinin nəticəsinə etiraz etdiyinə görə öldürüldü, lakin həmin məruzəçi bir dəfə də olsun səsini çıxarmadı. Ermənistanda hazırda bir çox adam siyasi dünyagörüşünə görə, həbsdədir, ancaq Ştrasser bu barədə danışmır", - Novruzov əlavə edib.

Millət vəkili Azərbaycanda demokratik prosesin uğurla getdiyini vurğulayıb.

Avropa Şurasının məruzəçisi Kristof Ştrasser iddia edir ki, Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Bundan əlavə, Ştrasserin iddialarına förə, bu məhbuslarla bağlı hesabat hazırlamaq onun səlahiyyətindədir.


Geri qayıt