Əsas Səhifə > Ölkə > BAKIDA DƏHŞƏTLİ OLAY

BAKIDA DƏHŞƏTLİ OLAY


1-09-2012, 14:15
BAKIDA DƏHŞƏTLİ OLAY

Avqustun 30-da Bakı şəhərinin Binəqədi rayonu ərazisində naməlum şəxs 34 yaşlı qadını zorlamağa cəhd göstərib. Rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, 1978-ci il təvəllüdlü Hüseynova P. şikayət ərizəsi ilə müraciət edib.

Qadın bildirib ki, avqustun 31-nə keçən gecə işdən çıxıb evə qayıdarkən M.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 12 ünvanının yaxınlığında (metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığı) naməlum şəxsin hücumuna məruz qalıb. Ətrafda heç kimin olmamasından istifadə edən orta yaşlı kişi qadına yaxınlaşaraq onu tutub və yolayrıcındakı ağaclıq sahəyə dartıb və burada onu zorlamağa cəhd göstərib. 34 yaşlı qadın müqavimət göstərib. Planlaşdırdığı əməli həyata keçirə bilməyən həmin şəxs ərazidən uzaqlaşıb.

Qadın isə məsələ ilə əlaqədar polisə müraciət edib. Dərhal araşdırmalar başlanılıb. Məlum olub ki, qadını zorlamaq istəyən şəxs Lənkəran rayon sakini İsmayilov İ.Ə-dir. O yaxalanaraq polisə gətirilib və izahatı alınıb.

Fakt üzrə araşdırmalar davam etdirilir, müvafiq ekspertizalar təyin olunub.

Geri qayıt