Əsas Səhifə > Partiya > OQTAY GÜLALIYEVƏ ETİMAD

OQTAY GÜLALIYEVƏ ETİMAD


30-10-2011, 19:18
OQTAY GÜLALIYEVƏ ETİMAD

KXCP ALİ MƏCLİSİ TOPLANDI

DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib. “Dünya” İnformasiya Agentliyi redaksiyasına (dia-az.site) verilən məlumatda deyilir ki, sessiyada təşkilati məsələlər, KXCP- nin fəaliyyət istiqamətləri, KXCP-nin Reqlamentlərinin və Əsasnamlərinin təsdiqi və ictimai siyasi vəziyyət müzakirə olunub.

Təşkilatı məsələdə Ali Məcslisin katibi vəzifəsinə seçki keçirilib. Oqtay Gülalıyev partiyanın Ali Məclisin katibi seçilib. Ali Məclisin müvafiq komissiyaları yaradılıb.

Sessiyada KXCP- nin İnkişaf Planı müzakirə olunub və əsasən qəbul edilib. İnkişaf planının bütün sahələr və mərhələlər üzrə işlənib hazırlanaraq qəbul edilməsi KXCP İdarə Heyətinə tapşırılıb. Ali Məclisin sessiyasında həmçinin KXCP-nin 2012-ci il üçün Fəaliyyət istiqamətləri, Ali Məclisin Reqlamenti, Mərkəzi Nəzarət Təftiş Komissiyasının Əsasnaməsi, KXCP-nin İdarə Heyətinin Reqlamenti, Sədr Aparatının Əsasnaməsi, Özək Təşkilatları haqqnda Əsasnamə, KXCP-nin Rayon (şəhər) şöbələri haqqında Əsasnamə, Naxçıvan respublikası şöbəsi haqqında Əsasnamə, Zona Əlaqələndirmə Komitəsi haqqında Əsasnamə müzakirə olunaraq təsdiq edilib.

KXCP Ali Məclisinin sessiyasında ölkədəki ictimai siyasi vəziyyətlə bağlı partiya sədri Mirmahmud Mirəlioğlu məruzə ilə çıxış edib və çıxış ətrafında müzakirələr aparılıb.


Geri qayıt