Əsas Səhifə > Güney Press, Reklam > BAKCELL-Ə DAHA BİR ÖDÜL VERİLDİ

BAKCELL-Ə DAHA BİR ÖDÜL VERİLDİ


4-09-2012, 16:34
BAKCELL-Ə DAHA BİR ÖDÜL VERİLDİ

“ASİYANIN ƏN UĞURLU İŞƏGÖTÜRƏN ŞİRKƏTİ”

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Asiyanın ən Uğurlu İşəgötürən Brendi 2012” mükafatına layiq görüldüyünü məmnuniyyətlə elan edir.

Sinqapurda baş tutan rəsmi təqdimat mərasimində “Asiyanın ən Uğurlu İşəgötürən Brendi” nominasiyası şirkətin nümayəndəsinə təqdim olunub. Tədbirdə Asiyanın 19 ölkəsindən olan təşkilatlar və şirkətlər yeni ideya, üsul və inkişafa görə təltif ediliblər. “Asiyanın ən Uğurlu İşəgötürən Brendi 2012” mükafatı Bakcell-in növbəti böyük uğurudur. Əməkdaşlarının peşəkar inkişafına çox böyük diqqət yetirən şirkət bu mükafatı qazanmaqla ölkənin İKT sektorunun ən uğurlu işəgötürənlərindən biri olduğunu bir daha sübut edib.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in insan resursları strategiyasının əsas hədəflərindən biri Azərbaycanın işəgötürənləri arasında bir nömrəli seçim olmaqdan ibarətdir. Bu isə o deməkdir ki, Bakcell müvafiq biznes strategiyalarına dəstək göstərən təcrübələri həyata keçirib işçilərlə davamlı münasibət qurmaqla digər şirkətlərdən fərqlənir. Bakcell-in əməkdaşlarının peşəkar inkişafına çox ciddi önəm vermək fəlsəfəsi mükafat komissiyası tərəfindən yüksək qiymətləndirilib.

“Asiyanın ən Uğurlu İşəgötürən Brendi” Mükafatı Bakcell üçün İKT sektorunda öz aparıcı mövqeyini bir daha nümayiş etdirmək üçün gözəl bir platformadır. Bakcell bundan sonra da İKT sektorunda innovasiyalar tətbiq etmək imkanına malik olan istedadlı şəxsləri üzə çıxarıb Azərbaycanda yeni iş yerlərinin yaradılması üçün əlindən gələni edəcək.

Geri qayıt