Əsas Səhifə > Cəmiyyət > BAŞ REDAKTORUN HƏBSİNDƏN ŞİKAYƏT VERİLDİ

BAŞ REDAKTORUN HƏBSİNDƏN ŞİKAYƏT VERİLDİ


31-10-2011, 11:47
BAŞ REDAKTORUN HƏBSİNDƏN ŞİKAYƏT VERİLDİ

MƏHKƏMƏ YAXIN GÜNLƏRDƏ OLACAQ

Həbsdə olan "Xural" qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verilib. Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil, həmçinin “Xural” qəzetinin redaksiyasında, Əvəz Zeynallının evində və avtomobilində aparılan axtarışlarla bağlı apellyasiya şikayətlərini də məhkəməyə təqdim etdiyini bildirib. O, yaxın günlərdə apellyasiya şikayətləri üzrə məhkəmənin vaxtının məlum olacağını qeyd edib.

Xatırladaq ki, aparılan istintaqla müəyyən edilib ki, Əvəz Zeynallı Əhmədova Gülər Mikayıl qızı barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, həmin materialların qəzet səhifələrində çap olunacağını bildirməklə ona hədə-qorxu tətbiq edib, bu materialların qəzet səhifələrində çapının dayandırılması müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, maddi nemət olan külli miqdar təşkil edən 10 min manatı rüşvət kimi istəyib.

Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Geri qayıt