Əsas Səhifə > Ölkə > ABİDİN FƏRZƏLİYEVİN QIZILDAN QİYMƏTLİ İŞTAHASI

ABİDİN FƏRZƏLİYEVİN QIZILDAN QİYMƏTLİ İŞTAHASI


10-09-2012, 13:48
ABİDİN FƏRZƏLİYEVİN QIZILDAN QİYMƏTLİ İŞTAHASI

İCRA BAŞÇISI BAKI QIZIL ZAVODUNU NECƏ ƏRİTDİ?

Redaksiyamızın əməkdaşları Bakı şəhərində daha bir iri obyektin, sovetlər dövründən qalan Bakı Qızıl Zavodunun sökülməsiylə bağlı olaraq reportaj hazırlayıb. GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, Bakı şəhəri Mətbuat prospektində yerləşən və ərazisi sovet qaynaqlarına istinadən 4 min kvadrat metrə yaxın olan bu tikili son 80 ildə xüsusi mühafizə edilən, startğeji obyktlər siyahısında olub.

Zavodun binası və ərazisi birbaşa olaraq dövlətin ən yüksək dairələrinin razılığı olmadan alına, özəlləşdirilə və ya başqasına icarəyə verilə bilməz.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin iri dövlət obyektlərinin özəlləşdirilməsi departamentindən hələlik bu obyektləri kimlərin özəlləşdirdiyini müəyyən etmək mümkün olmayıb.

Lakin əməkdaşlarımız ərazidə olarkən mümkün qədər burada yaşayış binası inşa edən şirkətin adını öyrənə biliblər. Burada tikinti işlərini «Altes Qrup» Şirkətlər Qrupu həyata keçirir. Öyrəndiyimiz ilk məlumatlara görə, Qızıl Zavodunun yerində iki 17 mərtəbəli yaşayış binası inşa olunacaq.

Qeyd edək ki, «Altes Qrup»un Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevə məxsus olduğu bildirilir. Məlumatlara görə, Abidin Fərzəliyev bu şirkətlər qrupunun tam hüquqlu sahibi deyil. Şirkətlər qrupunun fəaliyyətinə birbaşa olaraq nəzarət etməsinə baxmayaraq və əsas ofisinin Nərimanov rayonu ərazisində yerləşməsinə baxmayaraq Abidin Fərzəliyev əsasən paytaxtın mərkəzi rayonlarında inşa işləri həyata keçirir. Məhz elə bir faktın özü də bir daha sübut edir ki, Abidin Fərzəliyev əslində «Altes Qrup»un icra üzrə və qismən də səhmdarlarla bağlı olaraq cavabde həxsidir.

Bu zavodun ərazisinin tikinti şirkətinə necə verilməsi ilə bağlı olaraq keçirilmiş hərrac haqqında məlumatlar əldə etməyə çalışacağıq. Araşdırmalarımız davam edir.

Geri qayıt