Əsas Səhifə > Ölkə, Manşet > VAQİF AXUNDOVU POSTUNDA KİM ƏVƏZ EDƏCƏK?
VAQİF AXUNDOVU POSTUNDA KİM ƏVƏZ EDƏCƏK?19-09-2012, 11:38 |
ONUNLA BAĞLI GİZLİ FAKTLAR QOVLUĞU VAR DİA.AZ: - Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, “Betta” dəstəsinin zabiti, işindən «MTN-nin şpionu» kimi uzaqlaşdırılmış Asif Lətifovun həbsindən sonra bir qədər rahatlamış kimi görünən XDMX rəisi Vaqif Axundovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Etibarlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyalardan belə aydın olur ki, general Vaqif Axundova qarşı mətbuatda kampaniya durdurulsa da, onun özü ilə bağlı vəziyyət daha da gərginləşib. Mənbənin söylədikləri: «Vaqif Axundov birbaşa olaraq hakimiyyətiçi çəkişmələrin episentrindədir və bu gün sığındığı qüvvələr belə, onu qorumaq iqtidarında deyillər. Çünki aşkar surətdə rəqiblərinə əzələ nümayiş etdirən XDMX rəisi keçmiş əməkdaşını həbs etdirməsilə burada onun sözünün daha keçərli olduğunu sübut etməyə başladı. Ki, bu da ona qarşı aqressiyanı daha da artırıb». Mənbəmiz bildirir ki, generalla bağlı çox müəmmalı faktların yer aldığı bir qovluq sənəd bu günlərdə dövlət başçısına təqdim olunub: «Həmin sənədlər Vaqif Axundovun əslində öz işindən daha çox, hakimiyyətiçi konfliktlərə maraq göstərdiyini sübuta yetirən video və audio lent yazıları ilə zəngin olub». Mənbəmiz vurğulayır ki, bu yolla generalın dövlətin gücünün şəxsi istifadə məqsədinə yönəltdiyi sübuta yetirilib: «Hətta həmin materiallar arasında Vaqif Axundovun hazırda həbsdə saxlanılan Asif Lətifovla kabinetində etdiyi söhbətinin audio yazısı da var ki, bu zaman general keçmiş əməkdaşından MTN-ə qarşı ifadələr almağa çalışır». Qeyd edək ki, Asif Lətifov XDMX-dən qanunsuz olaraq qovulduqdan sonra davamlı olaraq mətbuata çıxaraq Vaqif Axundovun gizli əməllərini ifşa etməklə yanaşı, həmçinin ona qanuni olaraq düşən kompensasiyanı tələb edirdi. Lakin bu hücumların qarşılığında əlindəki administrastiv rıçaqlar hesabına general keçmiş əməkdaşını şərləyərək həbsə atdırır. Bu arada bir başqa mənbələr isə iddia edir ki, Vaqif Axundov gələn ilin yanvarından etibarən vəzifəsindən alınacaq və onun yerinə hazırda prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri postunu tutan Vahid Əliyevin gətiriləcəyi söylənilir. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |