Əsas Səhifə > Üst manşet, Güney Press > KAPİTAL BANK müştərinin başına OYUN AÇDI
KAPİTAL BANK müştərinin başına OYUN AÇDI24-10-2024, 08:42 |
"Şikayətim özbaşına qərar verən "Kapital Bank"dandır". "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Fəridə Atayeva adlı istifadəçi qeyd edib. Narazı vətəndaş daha sonra başına gələn nonsens xarakterli olayı belə nəql edir: "Kreditimin gecikməsi üçün zəng etmişdilər. Dedim, bu gün ödəniş edəyəcəyim başqa yer var. Maksimum sabah ödənişi edəcəm. "Yaxşı" deyib mənə... telefonu söndürüb, özbaşına mənim kartımdan pul çıxırlar. Və üstəlik kartımı bloka atırlar... Xeyirdir? Kim sizə ixtiyar verir? Mən desəm, "ödəmirəm"... onda çıxardınız. Budur "dövlətin ən etibarlı bankı"? Dərəbəylikdi elə bil. Zəng eləmişəm "196" qaynar xəttinin operatoruna, dərdimi izah edirəm, susur. Deyirəm, mənə pul lazımdır... indi nə etməliyəm? Xanım üzümə telefonu söndürür. Operatorlarınızda, kredit mütəxəssisləriniz kimi işləyə bilmir. Çox heyif!.." Geri qayıt |