Əsas Səhifə > Üst manşet, Güney Press > Vitse-spikerin qəbuluna düşə bilmədilər...

Vitse-spikerin qəbuluna düşə bilmədilər...


28-10-2024, 08:30
Vitse-spikerin qəbuluna düşə bilmədilər...
Naxçıvanda səfərdə olan Milli Məclisin sədr müavini Ziyafət Əsgərov seçiciləri ilə görüş keçirib. Lakin o, yerli hakimiyyətdən şikayətçi olanları qəbul etməyib. Bu haqda „Gündəlik Naxçıvan“a görüşə buraxılmayan seçicilər məlumat veriblər.
Onlar bildirirlər ki, YAP-ın Şərur Rayon Təşkilatının inzibati binasında təşkil olunan qəbula məişət problemlərini dilə gətirən vətəndaşlar buraxılıblar.
Şərur rayon sakini B. Əhədov deyir ki, qəbula girəcək adamlar əvvəllcədən seçilibmiş:

Vitse-spikerin qəbuluna düşə bilmədilər...

“Görüşü icra hakimiyyəti təşkil etmişdi. Qəbula əsasən yüngülvar şikayəti olanları saldılar. Mənim kimi yerli hakimiyyətdən narazı olanları yaxın da buraxmadılr. Ziyafət Əsgərov bizim deputatımızdır və parlamentdə bizi təmsil etməlidir. Naxçıvanda sosial vəziyyət günü-gündən pisləşir, rüşvət və korrupsiya baş alıb gedir. Fuad Nəcəfli gələndən, bu hallar daha da artıb. Bizim rayonda isə vəziyyət daha dözülməzdir.
Mən Əsgərovdan tələb edəcəkdim ki, bu məsələləri Milli Məclisdə qaldırıb, müzakirəyə çıxarsın. Dedilər ki, onun bu məslələri dinləməyə vaxtı yoxdur. Əlbəttə ki, mənim kimi şikayətçini o, qəbul etməzdi”.
Digər şikayətçi F. Babayeva deyir ki, qapıda gözləsə də onu qəbula buraxmayıblar:
“Ancaq öz öyrədilmiş adamlarını qəbula saldılar. Mənim şikayətim elə, icra hakimiyyətinin özündən idi, mülkiyyət hüququmun pozulması ilə bağlı. Başımı aldatdılar ki, gözlə, Ziyafət müəllim qəbul edəcək. Bir də baxdım ki, çıxıb, getdi. Əslidə isə, o, hər bir seçini dinləməyə borcludur. Gözdən pərdə asmaq üçün gəlib 1-2 nəfəri danışdırıb, gedirlər”.
Məsələyə münasibət öyrənmək üçün Ziyafət Əsgərovla əlaqə saxlamaq mümkün olmadı. Onun da mıvqeyini işıqlandırmağa hazırıq.
Ziyafət Əsgərov 1 saylı Şərur- Sədərək dairəsindən deputat seçilib. Naxçıvandakı digər dairələr kimi, seçkilər bu dairə də total saxtakarlıqla yadda qalıb.

Geri qayıt