Əsas Səhifə > Üst manşet, Güney Press > Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i...

Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i...


Bu gün, 08:20
Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i...
"Dostlar, dünən şəhərin mərkəzində idim... ac idim... dedim oturum normal bir yerdə. Qarşıma "Kolorit Cafe & Dining" çıxdı (Nizami küçəsi)..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Əfqan Quliyev adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Hələ mən həyatımboyu belə aşağı səviyyəli yer görməmişəm.
Təsəvvür edin... deyirəm, "pul bibər gətir"... deyir ki, "pul ilə verilir"... 1 armudu stəkanda çay gətirdilər 2.5 manat...
Hesab elədi 21.05 manat...
5 qəpiyi də aldılar.
İçəridən pis qoxu gəlirdi, burgerin yanında "free kartof" verirdilər. Dedim, istəmirəm bunu... aparın kartofu... Kartofun iyindən hiss olunur ki 50 ildir yağ qalıb qabda.
Bir sözlə nəbadə bura gedərsiniz. Hələ özümü belə aldadılmış hiss etməmişdim..."

Bakıda möhtəkirliyin 1001 `KOLORİT`i...

Geri qayıt