"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                     İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib .....                     "COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." .....                     “Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” .....                     Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                     QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR .....                     "Qısa zamanda sülh müqaviləsi imzalana bilər” .....                     Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir .....                 

“İşsizin DOSTu” proqramı necə icra olunur - faktlar və rəylər
Tarix: 22-08-2019, 09:36 | Çap et
“İşsizin DOSTu” proqramı necə icra olunur
Bu günlərdə Ucar rayonunun bir qrup sakini rayonda “İşsizin DOSTu” proqramının icrası prosesi ilə bağlı şikayətlə çıxış edib. AFN.az saytına müraciət edən sakinlər Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən proqramın icrasına müdaxilə olunduğunu qeyd edirlər: “Ölkədə işsizliyin aradan qaldırılması üçün prezident İlham Əliyev sərəncamlar imzalayır müvafiq tapşırıqlar verir: Bunlardan biri də ”DOST" İş Mərkəzinin yaradılması oldu. Cənab İlham Əliyev “DOST” İş Mərkəzi MMC-ni ona görə yaratdı ki, yerlərlə işsiz əhali işlə təmin olunsun, əmək haqqı alıb ailələrini dolandırsın. Ancaq Ucar rayonunda rəhbər vəzifəli şəxslər bundan sui-istifadə edib saxtakarlıqla, talançılıqla məşğul olur, vətəndaşlarda kütləvi narazılıqlar yaradırlar. Ucar rayonunda rəhbər vəzifəli şəxslər öz maddi maraqlarına görə saxtakarlıqlar edib “DOST” İş Mərkəzi MMC-ni kasıb işsiz insanlara düşmən ediblər".

“Yeni Müsavat” olaraq, şikayətçi sakinlərlə əlaqə saxladıq. Onlar bildirdilər ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayonunda 700-dək insan müxtəlif dövlət qurumlarında işlərə cəlb edilib: “Bunlar arasında qaz, elektrik idarələri, Ucar rayon Kommunal Müəssisələri Kombinatı da var. Bizim qeyd etdiyimiz faktlar rayon icra hakimiyyətinin tabeliyində olan bu kombinatdadır. Bu il həmin kombinata ”DOST" İş Mərkəzi MMC-nin xətti ilə 540 nəfər işə qəbul olunub. Onlardan yalnız 30-40 nəfər havadarı olmayan zəhmətkeş işçi gündəlik Kommunal Müəssisələri Kombinatına işə gəlir. Qalan 500 nəfəri işə gəlməyib hər ay aldıqları əmək haqqının bir qismini vəzifəli şəxslərə haqq verirlər. Onların çoxu Rusiyada alverlə məşğuldur, burada adlarına staj gedir, əsl işə ehtiyacı olan insanlar isə qalıb kənarda. Həmin şəxslər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata belə durmamışdılar. Mərkəzdə 2017-ci ildən qeydiyyatda olan adamlar qalıb kənarda, onların adını yazıblar işə. Çoxusunun maaş kartı icra başçısının, onun müavinlərinin cibindədir. Maaşı onlar alırlar".

Ucar sakinləri məsələ ilə bağlı Baş Prokurorluq yanına Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də müraciət ediblər: “Biz nə qədər tələb etsək də, Məşğulluq Mərkəzi proqram əsasında işə qəbul olunanların adlarını açıqlamır. Amma əldə etdiyimiz məlumatlar göstərir ki, işə ehtiyacı olmayan adamların adlarını yazıblar. Həmin şəxslərin aylardır Rusiyada olduqlarını Dövlət Sərhəd Xidmətindən məlumat almaqla müəyyənləşdirmək çox asandır”.

Şikayətçilər tələb edirlər ki, “DOST” İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına və digər idarələrə işə qəbul olunan şəxslərin adları açıqlansın, siyahı ictimailəşsin.

Ucar sakinləri: “Rusiyada alver edənləri işə qəbul ediblər”
Ucar sakinlərinin müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov “Yeni Müsavat”a bildirib ki, şikayətdə qeyd olunanlar əsassızdır: “İctimai xarakterli işlərlə təmin edilmiş şəxslərin işə davamiyyətinə mütəmadi nəzarət olunur. Həmin vətəndaşlardan üzrsüz səbəblərə görə işə çıxmayan hər hansı işçi olduqda, onunla bağlanmış əmək müqavilələrinə qanunvericilik əsasında xitam verilir. Ucar rayonunda da eyni bu prosedur həyata keçirilir. Ona görə yazıda guya ödənişli ictimai işlərə cəlb edilənlərdən böyük qisminin işə gəlmədikləri, hətta guya ölkədə olmadıqları, onların maaş kartlarının başqalarında olduğu barədə qeyd edilənlər heç bir fakta söykənməyən, əsassız fikirlərdir.

Digər rayon və şəhərlərimizdə olduğu kimi, “DOST İş Mərkəzi” tərəfindən Ucar rayonunda da yalnız rayon Məşğulluq Mərkəzində işsiz və ya işaxtaran kimi qeydiyyatda olanlar ödənişli ictimai işlərə cəlb ediliblər.

Bu yazılar Ucar rayonundan bir qrup şəxsin müraciətinə əsasən dərc edilib ki, həmin vətəndaşlardan bəziləri bundan əvvəl eyni məzmunda “DOST İş Mərkəzi”nə məktubla müraciət ediblər. Onların müraciətləri ilə bağlı müvafiq araşdırma aparılmaqla rəsmi cavablar verilib. Həmçinin üzrsüz səbəbdən işə çıxmayan şəxslərin əmək müqavilələrinə xitam verildiyi onların diqqətinə çatdırılıb".

Fazil Talıbov: “İctimai xarakterli işlərlə təmin edilmiş şəxslərin işə davamiyyətinə mütəmadi nəzarət olunur”
Onu da bildirək ki, “İşsizin DOSTu” proqramı çərçivəsində işlə təminatla bağlı narazılıqlar yalnız Ucarda deyil, digər bir sıra rayonlardan da bu tipli müraciətlər almaqdayıq. Əksər hallarda vətəndaşlar əsl işaxtaranların deyil, müxtəlif dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin yaxınlarının işlə təmin olunmasından narazılıq edirlər. Xatırladaq ki, Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının icrası zamanı da belə narazılıqlar səsləndirilirdi. Bir neçə il ərzində bu narazılıqlar nəzərə alınmadı, lakin sonradan hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar onların əksəriyyətinin haqlı olduğunu üzə çıxardı. 2013-cü ildən bəri onlarla rayonda ünvanlı sosial yardımın təyinatı zamanı kobud qanunsuzluqlara yol verilməsi faktları aşkarlanıb, ƏƏSMN-in yerli qurumlarının xeyli sayda vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb olunub. Bir çox hallarda həmin şəxslərdən onlarla ünvanlı yardım kartı götürülüb. Ünvanlı sosial yardımla bağlı qanunsuzluqları Prezident İlham Əliyev də kəskin tənqid edib.

Ötən ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində dövlət başçısı bildirib ki, sosial ədalət tam bərqərar olmalı və şəffaflıq tam təmin edilməlidir: “Dövlət bu sahəyə çox böyük diqqət göstərir və mən dəfələrlə demişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xüsusilə sosial cəhətdən az təmin edilmiş vətəndaş. Məhz buna görə biz ünvanlı sosial yardım sisteminə keçmişik. Məhz buna görə yüz minlərlə ailə dövlətdən bu təminatı alır. Ancaq bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olan yardım almır, yardıma ehtiyacı olmayan yardımı alır və ondan sonra o vəsaiti dövlət məmurları ilə bölüşür. Belə hallar kifayət qədər çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflıq təmin edilməlidir, sosial ədalət tam bərqərar olmalıdır.

Sosial cəhətdən az təmin edilmiş vətəndaşlara dövlət həmişə öz dəstəyini göstərəcək. Bizim siyasətimiz bundan ibarətdir və vətəndaşlar narahat olmasınlar. Dövlət həmişə onların arxasında olacaq. Amma əsas vəzifə ondan ibarətdir ki, bu yardım ədalətli bölünsün. Doğrudan da bu yardıma ehtiyacı olan bu yardımı alsın. İmkanlı adamlar, yaxud da ki, sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidir".

Göründüyü kimi, vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş sosial proqramlarda yol verilən qanunsuzluqlar ölkə rəhbərliyi tərəfindən kəskin tənqid olunur. “İşsizin DOSTu” proqramının təşəbbüskarının dövlət başçısı olması onu icra edən qurumların öz işlərinə daha məsuliyyətlə yanaşmasını tələb edir. Bu baxımdan, həm ƏƏSMN, həm də digər müvafiq qurumların Ucar və digər rayonlardan gələn şikayətlərə həssas yanaşması, hər bir fakt üzrə dərin araşdırmanın aparılması mühüm əhəmiyyət kəsb edir.

Səsləndirilən şikayətlərdə vətəndaşların əsas tələblərindən biri proqramın icrası prosesində şəffaflığın təmin olunması ilə bağlıdır. Onlar proqram çərçivəsində işə qəbul olunmuş şəxslərin adlarının ictimaiyyətə açıqlanmasını tələb edirlər. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, vətəndaşların bu tələbinin reallaşdırılması sahəsində problem olmamalıdır: “İlk öncə bildirim ki, bu proqramı müsbət qiymətləndirirəm. Xüsusilə rayonlarda ehtiyacı olan insanların 300 manata yaxın əmək haqqı ilə işə cəlb olunması onların ailəsi üçün böyük dəstəkdir. Bir vaxtlar biz ünvanlı dövlət sosial yardımı prosesini monitorinq edərkən, belə yardım alanların siyahısının ictimaiyyətə açıq olmasını təklif etmişdik. Onda bizə deyirdilər ki, bu, qeyri-etikdir və sair. Halbuki bu proqram ictimai vəsaitlər hesabına həyata keçirilirsə, ondan bəhrələnənlərin adları hamıya açıq olmalıdır. Sonradan ünvanlı yardım alanların siyahısı açıqlandı və heç bir problem də yaranmadı, əksinə, narazılıqların, şikayətlərin qarşısı xeyli alındı”.

Liqa rəhbəri bildirir ki, “İşsizin DOSTu” proqramı da büdcə vəsaitləri hesabına həyata keçirilir: “Buna görə də bu proqrama cəlb edilənlərin siyahısı açıqlanmalıdır. Hər rayonda kimlərin işlə təmin olunduğu açıqlanarsa, yerli strukturların korrupsiya imkanları da xeyli məhdudlaşar. Məlum məsələdir ki, bəzi rayon strukturları bu kimi proqramlardan əlavə bəhrələnməyə çalışırlar. Bunun qarşısını almaq baxımından ən təsirli üsullardan biri bu ola bilər ki, işlə təmin olunanların siyahısı internet resurslarında açıqlansın. Bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün də lazımdır ki, yerlərdə bu cür narazılıqlar azalsın. Demirəm ki, subyektiv hallardan tam kənarlaşmaq mümkün olacaq, amma şəffaflığın olması xeyli dərəcədə buna imkan verəcək”.

Məlumat üçün bildirək ki, “İşsizin DOSTu” proqramının icrası çərçivəsində bu ilin ötən dövründə 40 min nəfər ödənişli ictimai işlərlə təmin olunub. Bu qədər insanın iştirak etdiyi bir proqramla bağlı şəffaflığın tam təmin olunması üçün ƏƏSMN tərəfindən hansı addımlar atılır? Nazirlik proqram çərçivəsində işlə təmin olunan şəxslərin siyahısının açıqlanması təklifini necə qiymətləndirir? Ucar rayon sakinlərinin qeyd etdikləri konkret faktlar üzrə ətraflı araşdırmanın aparılması gözlənilirmi? Bu və digər suallarımıza ƏƏSMN-dən cavab almağa çalışırıq. Müvafiq sorğumuza aldığımız cavabı oxucularla bölüşəcəyik.

P.S. Şikayətçilərin Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bağlı dediklərinə rəy almaq üçün adıçəkilən quruma zəng vursaq da, telefona cavab verilmədi. Ucar RİH-in mövqeyini dinləməyə hazırıq.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Dünən, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Dünən, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Dünən, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Dünən, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Dünən, 15:04
Ermənistan ərazi iddialarından rəsmən əl çəkməlidir - Başqa yolu yoxdur...
Dünən, 14:00
Ermənistan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti təsdiqləyib
Dünən, 13:58
“Avropa liderləri İlham Əliyevdən dərs almalıdırlar" - Rusiyalı politoloq
Dünən, 13:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru