Bu ilin ilk yarısında Azərbaycanda 143 nəfər 14-17 yaşlı uşaq məhkum olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə müxtəlif cinayətlərə görə məhkum olunan uşaqların ümumi sayı 4,7% və ya 7 nəfər azalıb. Məlumat üçün bildirək ki, məhkum olunan uşaqların 139-u oğlan, 4-ü isə qız olub. Onlardan 35-i 14-15 yaşlarında, 108-i isə 16-17 yaşlarında olub. Məhkum olunan uşaqların 133-nün hər iki valideyni, 10-nun bir valideyni olub. Onu da bildirək ki, məhkum olunan uşaqların 30-u şagird, 74-ü işləməyən və oxumayan, 39-u isə işləyən uşaqlar olub. Məhkum olunan şagirdlərin sayı son bir ildə 20% artıb.