"Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib..." - İTTİHAM
Tarix: 2-07-2020, 08:57 | Çap et
Parfümeriya mallarının satışıyla məşğul olan "İdeal" və "Sabina" mağazalarının birləşdiyi "Adore Company" MMC məhkəməyə verilib. Bu barədə Bakı Kommersiya Məhkəməsindən AzadlıqRadiosuna verilən məlumatda bildirilir ki, şirkətə qarşı ayrı-ayrılıqda bir neçə məhkəmə iddiası qaldırılıb. DİA.AZ bildirir ki, iddiaçı isə "İdeal" mağazalarının keçmiş sahibi, "İdeal Company" MMC-nin təsisçisi və keçmiş baş direktoru İlqar İsmayılovdur.
"İddialar eyni adam tərəfindən eyni şirkətə qarşı qaldırılsa da, ayrı-ayrılıqda, müxtəlif hakimlərin icraatında baxılacaq. Amma iddia ərizələrdindən birində "Adore Company" ilə yanaşı, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də cavabdeh qismində qoyulub. Məhkəməyə ərizələrdə mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının keçirilməsi öhdəliyinin qoyulması və s. tələblər yer alıb", - mənbə bildirib.
Məhkəməyə müraciət etdiyini İ.İsmayılov özü də təsdiqləyib. Bir neçə aydır ki, İ.İsmayılov təsisçisi olduğu "İdeal Company"nin zorla əlindən alındığını iddia edir. 1999-cu ildə "İdeal" mağazalar şəbəkəsini yaradıb, 2011-ci ilə qədər onun tək sahibi olduğunu deyən işadamının sözlərinə görə, həmin ilin noyabrında ona şəriklik təklif olunub. Təklif isə hazırkı "Premium Bank" (o zaman "SilkWay Bank" adlanırdı) rəhbərliyində təmsil olunan şəxslərdən gəlib. Razılaşma ilə İ.İsmayılov 100 faizlik payının 50 faizini qarşı tərəfə satıb. İ.İsmayılovun sözlərinə görə, o, işlə əlaqədar bir neçə dəfə bu bankdan kredit götürsə də, qaytarıb.
İ.İsmayılov iddia edir ki, şirkətdəki qalan 50 faizlik payını satması üçün 2015-ci ildən təzyiqlərlə üzləşib. 2013-cü ildə bankdan götürdüyü kredit müqaviləsinin şərtləri sonradan dəyişdirilib, şirkətdəki 50 faizlik payının 25 faizi də girov qoyulub. Sonradan o, 25 faizi təhvil verməli olub. Qalan 25 faizə gəlincə, işadamının iddiasına görə, onu saxta ittihamla həbs edib, qalan payını da əlindən alıb buraxıblar: "Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib, qalan payımı da aldılar. 2017-ci ilin sentyabrında Bankın Müşahidə Şurasının sədri Elçin Əhmədov vəkili ilə həbsxanaya gəldi, notarius dəvət elədilər. Mənə vəkilin adına etibarnamə imzalatdırdılar. Dedilər ki, "ya dediyimizi eləyəcəksən, ya da burada çürüyəcəksən, uşaqlarını düşün". Həmin etibarnamə əsasında mənim 25 faizlik payım da alqı-satqı yoluyla əlimdən aldılar. Dərhal ev dustaqlığına buraxıldım, ardınca cinayət işinə xitam verildi".
Dediklərini təsdiqləyən bütün sübutların da əlində olduğunu vurğulayan işadamı həbsdə olduğu vaxt etibarnaməyə hədə-qorxu altında imza atdığını əsas gətirib, onun ləğvi üçün də məhkəməyə üz tutub. Həmçinin, prokurorluğa, Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət edib.
"Premium Bank"dan isə mediaya bildirilib ki, İ.İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb. Onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İ.İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətəuyğun deyil.
"İdeal Company" MMC adını dəyişərək sonradan "Adore Company" MMC kimi dövlət qeydiyyatına aldırıb. Şirkətin dövlət qeydiyyatında bununla bağlı dəyişiklik 10 yanvar 2020-ci ildə baş verib. Həmin ərəfədə şirkət "Sabina" mağazalar şəbəkəsini də alıb. Hər iki mağazalar şəbəkəsi hazırda "Adore Company" MMC-də birləşib. Rəsmi sənədlərə əsasən, "Adore Company"nin qanuni təmsilçisi isə Samir Əliyevdir.
dia-az.life olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
|