İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                 

Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma... - dövlətə, proseslərə təsir imkanları qalmaqdadır...
Tarix: 4-07-2020, 08:59 | Çap et
Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür, amma...
İllər ötür, vaxtilə hakimiyyət daxilində olmuş, hazırda revanşçı qruplar kimi fəaliyyətdə olduğu deyilən dəstələrin sıraları daha aydın şəkil alır. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ətrafına toplanan, ona “stavka” edənlər bu gün çoxluqdadır. Mahmudovun personasına diqqəti artıran və əsas birləşdirici məqama çevrilən 2015-ci ildən sonra onun qəribə bir şəkildə toxunulmaz şəxsə çevrilməsidir. Sabiq nazirin kompromat baqajına bel bağlayıb yola çıxanlar sırasında sabiq spiker də var.

Düzdür, Oqtay Əsədov işdən çıxarılandan sonra və vəzifənin verdiyi imkanlardan kənar elə də ciddi bir fiqur deyil. Amma E.Mahmudovun yanında olması maraqlı bir gedişatdan xəbər verir. Bu gün “sprut”un başı əzilmiş vəziyyətdədir, amma kəsilməyib, ətraflarını pis-yaxşı idarə etmək qabiliyyətini də saxlayır. Heç kimə sirr deyildi ki, Mahmudov-Əsədov tandemi vəzifədə olarkən alternativ idarəçilik, gizli iqtidar komandası yaratmışdı.

Eldar Mahmudovun özünün hakimiyyət içərisində nazir, nazir müavinləri, komitə rəhbərləri və müavinləri, məhkəmə sədrləri və hakimlər, prokurorlar və müstəntiqlər, idarə və şöbə müdirləri, rəislər, deputatlar, partiya sədrləri, qəzet, sayt redaktorları, jurnalistlər və QHT rəhbərləri, hətta müğənni və artistlərdən ibarət çox böyük bir komandası vardı. Əsədov isə həmin komandanın lap başında qərar tutmuşdu. Parlament də bu iki vəzifəlinin qalasına çevrilmişdi. Bunu heç gizlətmirdilər də. Məsələn, 2015-ci ilin fevralında, daha dəqiqi, fevralın 9-da Eldar Mahmudovla Oqtay Əsədov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 95 illiyi ilə bağlı təbrikə imza atmışdılar. Həmin təbrik məktublarının surətləri KİV-lərdə qoşa verilirdi. Hər kəsə nazirlə spikerin sıx əlaqəsi haqda bu şəkildə mesajlar ötürülürdü. İlk baxışdan belə xırda nüanslar Mahmudovla Əsədov vəzifədə olanda ara-sıra gözə dəyirdi. İndi isə hər iki eks-məmurun yerində sakit oturduğu görünür. Görüntü belədir. Lakin istənilən müqaviməti təşkil edə biləcək gücdədirlər. Sabotajçı dəstələrini bir çırtma ilə hərəkətə gətirə bilərlər. İddialara görə, o qədər də uzaq olmayan paytaxtlarla bağlantıları da qalır.

Oqtay Əsədovun Rusiyanın paytaxtında qurduğu biznes və daşınmaz əmlakları ilə bağlı sensasion məlumatlar illərdir ki, mətbuat səhifələrində dövr edir. Məsələn, bir neçə il əvvəl Rusiya polisi Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə əməliyyat keçirmişdi. Həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klubun Oqtay Əsədovun ailəsinə məxsus olduğu üzə çıxmışdı. Və bütün bunlar Oqtay Əsədov Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olduğu günlərdə üzə çıxmışdı. Başqa ölkənin paytaxtında dəyəri 10 milyonlarla ölçülən obyektləri spiker ailəsinin hansı pulla və niyə aldığı, öz obyektində biabırçılıqların baş verməsinə nədən imkan yaratmaları da sual doğururdu.

Oqtay Əsədovun ailəsinin Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da yerləşirdi. Bu bina Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir. Həmin binada Əsədovların 2 lüks mənzilə sahibliyi üzə çıxmışdı. Həmin mənzillərin birinin dəyəri devalivasiyaya qədər təxminən 2 milyon yarım, digərinin dəyəri isə 6 milyon dollar qiymətləndirilirdi. Ən əsası isə bu mənzillərin pəncərələri üzü Kremlədir...

İllər öncə Milli Məclisin spikeri Oqtay Əsədovun xidməti avtomobilində Milli Təhlükəsizlik Nazirliyinin binasına gedərək, nazir Eldar Mahmudovu iş otağında ziyarət etməsi mətbuatda böyük hay-küyə səbəb olmuşdu. Vəzifə səlahiyyətlərinə görə üst səviyyədə duran spikerin rəsmi tədbir olmadığı halda, bir nazirin kabinetinə getməsi çoxlarına haqlı olaraq şübhəli gəlmişdi. Oqtay Əsədov o dövrdə Eldar Mahmudovun kabinetinə getmə səbəbini onun 53 yaşının tamam olması ilə əlaqələndirmişdi. Lakin bu bəhanəyə inananlar çox olmadı. Üstəlik spikerin nazirlə ikilikdə söhbətinin saatlarla davam etməsi də diqqətdən yayınmamışdı. Oqtay Əsədov Eldar Mahmudovun “osvedomitel” rolunu bacarıqla yerinə yetirirdi. Əməliyyat işində belələrinə böyük ehtiyac var. Hər yerdə belə “qulaq”ların varlığı geniş şəbəkə qurmağa, həmin şəbəkə üzərindən işlər çevirməyə, ən müxtəlif təbəqələrin üzvlərinə tələlər düzəltməyə əlverişli şərait yaradır. Oqtay Əsədov da Eldar Mahmudova məlumatlar ötürürdü. Çox ciddi planları da var idi. Eldar Mahmudov hakimiyyəti devirməli, Oqtay Əsədovun rəhbərliyi altında yeni hakimiyyətin legitimliyi təsdiq olunmalı idi... Hər halda indiyədək ortada olan bu iddiaları nə E.Mahmudov, nə O.Əsədov təkzib edib. Susmağın özü də bir razılıq əlaməti sayılır.

Bu planının varlığı Mahmudovun ağına-bozuna baxmadan hər kəsdən pul qoparmaqda, qudası Cahangir Hacıyev vasitəsi ilə yarıdan çoxu dövlətə məxsus bankı “xortumlamaq” həvəsini də artırmışdı.

Bankı boşaldıb pulları xaricə transfer etmişdilər. Gözlədikləri baş verəndən sonra həmin astronomik məbləğlər hesabına ayaqda qalmağı planlayırdılar.

Eldar Mahmudovun dedikləri Oqtay Əsədov üçün qanun idi. Milli Məclisin Aparatı “mtnşik”lərlə, onların qohum-qardaşları ilə doldurulmuşdu. Əlbəttə, belə təyinatlar zamanı səriştə arxa planda olurdu. Məsələn, Eldar Mahmudovun “vuran əli” hesab olunan MTN generalı Akif Çovdarovun oğlu da Milli Məclis Aparatında yuxarı başda qərarlaşmışdı. Gəncənin keçmiş icra başçısının oğlu da Oqtay Əsədovun işçisi idi. Ailə-klan mənsubiyyətinə görə Milli Məclis Aparatına ayaq açanlar oradakı peşəkar kadrlara işləməyə imkan vermirdi. Bu tandem hakimiyyətə gələcəyi təqdirdə, fərqli bir situasiyanın şahidi olmayacaqdıq. Hazırda hakimiyyətdən kənar qalan Əsədovla Mahmudovun köhnə planlarından əl çəkdiklərini də kimsə söyləyə bilməz.

Düzdür, bu iki eks-məmurun gizli-aşkar agentlərindən bəziləri indi deputat deyillər. Məşhur agent-deputat 2015-ci ildən sonra istifadə müddəti bitmiş məhsul kimi kənara atılıb. O tək deyil, belələri siyasətdə yetəri qədərdi. Lakin ölkə Prezidentinin iradəsi, qətiyyəti bu cür agentura tullantılarının Milli Məclisə düşməsini, siyasətdə böyük təsir imkanlarına sahiblənmələrini əngəlləyir.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru