Mayakovski sakinləri NƏDƏN VƏ NİYƏ NARAHATDIR? - MÜRACİƏT
Tarix: 28-02-2023, 09:22 | Çap et
DİA.AZ: - "Salam hörmətli “dia-az.life” saytının əməkdaşları. Dünən bir çox saytlarda müəllifi Şeyx Teymur olan “Merin nəzərinə: Bakıda cəhənnəm yaşanacaq!” məqaləsini oxudum. Bütün paytaxt sakinləri üçün aktual olan və obyektiv yazılmış məqalə xoş təsir bağışladı, jurnalistikanın azad olduğuna bir daha əmin oldum. Bu məqalə eyni zamanda şəxsən mən və daha 60 mənzilin sakini üçün də aktualdır. Çünki biz məqalədə qeyd edilən Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanındakı binanın sakinləriyik". Bu sözlər sözügedən ünvandakı binanın sakinləri adından danışan Elşad Hacıyevin DİA.AZ-a müraciətindəndir. Müraciətdə daha sonra deyilir: "Problemin mahiyyəti ilə sizi daha yaxından tanış etmək istərdim. Bizim bina 1932-ci ildə inşa edilmişdir. 90 ildən artıq istismarda olan yaşayış binası bu illər ərzində 1 dəfə də olsun əsaslı və ya cari təmir edilməmişdir. İstismar və iqlim təsiri nəticəsində binanın pilləkən qəfəsləri və eyvanları yararsız vəziyyətə gəlmişdir. Yaşayış binası 12 ildən artıqdır ki, qəzalı vəziyyətdə olan binalar siyahısına daxil edilmişdir. İllərdir Nərimanov RİH bina sakinlərinə binanın “qısa müddət” ərzində söküləcəyi və bizim mənzillə təmin ediləcəyimizi bəyan edirdilər. 2018-ci ildə FHN binanın istismar üçün təhlükəli olması və təcili sökülməsi haqqında xüsusi qərar da qəbul etmişdir. 2022-ci ilin sonunda qəflətən BŞİH yadına düşür ki, 12 il qəzalı vəziyyətdə olan və 5 il əvvəl bina sakinlərinin təhlükəsizliyi üçün FHN tərəfindən sökülməsi tövsyyə olunan qərar yerinə yetirilməlidir. Nərimanov RİH məmurları bir ay ərzində binanın söküləcəyi, pilot layihənin ləğv edildiyini və sakinlərə 1 kv.m. üçün 2000 manat kompensasiya ödəniləcəyi haqqında bildiriş etdilər. Bizim yaşadığımız binada mənzillərin sahəsi kiçik olduğundan kompensasiya məbləğinə bu ərazidə yeni mənzil almaq qeyri mümkündür. Məsələn, 1 otaqlı mənzillərin sahəsi 15-17 kv.m., 2 otaqlı mənzillərin sahəsi 35-36 kv.m. təşkil edir. Ödəniləcək 30-35 minə 1 otaqlı mənzil sahibləri nəinki Nərimanov rayonunda,heç Azərbaycanın ucqar rayonunda belə mənzil ala bilməzlər. Digər 2 və 3 otaqlı mənzil sahibləri də eyni problemlə üzləşiblər. Məhz bu səbəbdən 250 nəfərdən artıq bina sakini təklif edilən kompensasiyadan imtina edir və birmənalı olaraq uzun illərdir məskunlaşdıqları ərazidə yalnız mənzillə təmin edilmələrini tələb edirlər. Nərimanov rayonu ərazisi üzrə Milli Məclisin deputatı, Nərimanov RİH başçısı ilə keçirilmiş görüçlərdə bina sakinlərinin tələbinin haqlı olduğu qeyd edilmişdir. Eyni zamanda RİH başçısı c-b E.Həbibullayev problemin həll edilməsində sakinlərə heç bir kömək göstərə bilməyəcəyini, bunun üçün resuslarının və ya təsir imkanlarının məhdud olduğunu vurğuladı. Kompensasiya məbləğinin Nazirlər Kabineti və BŞİH tərəfindən müəyyən edildiyini vurğuladı Belə məlum olur ki, əvvəla kompensasiya məbləğinin hesablanması prosesində NK və BŞİH köçürmə anına ərazidə mövcud olan real bazar qiymətlərini nəzərə almayıblar. İkincisi isə, kompensasiya almaq istəməyən, mənzil tələb edəm əmlak sahiblərinə alternativ təklif imkanları araşdırılmamışdır. Digər mühüm məsələ ondadır ki, hal-hazırda paytaxtda yaşayış binalarının inşası üçün icazə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilir. Bu səbəbdən BŞİH və rayon İH tikinti şirkətlərinə təsiri minimal səviyyədədir. Eyni zamanda BŞİH və rayon İH iri layihələrin həyata keçirilməsi üçün resursları məhduddur (əgər şəxsi inşaat şirkətləri yoxdursa). Bu halda Alatava və digər ərazilərdə böyük söküntü işlərinin həyata keçirilməsi perspektivləri yenə inşaat şirkətlərinin ümidinə qalır. Bu layihənin də Sovetski, Xutor, Kubinka, Papanin layihələri kimi “yarımçıq” qalmayacağına yalnız dua və ümid etmək qalır".
Məsələ ilə əlaqədar dia-az.life olaraq bütün əlaqədar qurum və təşkilatların da mövqeyini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|