İnam Kərimov bu sahənin kökünə elə BALTA VURUB Kİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 13-03-2023, 09:02 | Çap et
Aqrar sektorun inkişafı üçün son illərdə milyonlarla manat vəsait xərclənməsi, bu tədbirlərin bu gün də davam etdirilməsinə baxmayaraq, istənilən nəticə əldə edilməyib. Əksinə, son 5 ildə buğda istehsalından tutmuş, bütün məhsul növlərində geriləmələr aqrar sektorunun inkişafı ilə bağlı gözləntilərdə məyusluq yaradıb.
Bu gün gündəlik məişətdə istifadə etdiyimiz göyərtidən tutmuş, bibərə qədər ölkəmizə idxal olunursa, həyəcan təbili çalınmalıdır. Uğursuz kənd təsərrüfatı siyasəti,qeyri ixtisas sahiblərinin aqrar sektora vəzifəyə gətirilməsi, KTN-də yerlibazlığın tüğyan etməsi, qohum-qardaşın uyğun gəldi-gəlmədi vəzifələrə yerləşdirilməsi yüksək nəticələr əldə edilməsini əngəllədi. Nəticədə, kağız üzərində olan göstəricilərlə mövsüm zamanı əldə olunan nəticələr uyğunsuzluq təşkil etdiyindən Azərbaycana digər ölkələrdən gətirilməyən kənd təsərrüfatı məhsulu qalmadı.Amma ki, bu günün özündə də nazirlik rəsmilərinin göstərişinə uyğun olaraq, hamı bir nəfər kimi "yüksək göstərici rəqəmlərlə əhatələnmiş" şəkillər paylaşır. Təsəvvür edirlər ki, bununla ictimai rəydə yaranmış mənfiləri silib atacaqlar.
Faktinfo.az saytı xatırladır ki, kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin əsas hissəsini dövlət öz üzərinə götürüb, dörd dövlət proqramı qəbul edilib, lakin kənd təsərrüfatı məhsullarına dair idxaldan asılılıq əksinə, artıb. Ət istehsalından danışmağa dəyməz, DGK və Statistika Komitəsinin açıqlamaları göstərir ki, Azərbaycana idxal olunan ət son 5 ildə azı 3 dəfə artıb. Eləcə də, 2019-cu ildə ölkəmizdə 2 149 000 ton buğda istehsal edildiyi halda, 2020-ci ildə bu göstərici 1 867 000 ton olub. 2021-ci ildə bu rəqəm 1 885 000 ton buğda tədarük edilib. 2022-ci ildən isə danışmağa dəyməz.
Çay istehsalı 2020-ci ildə Azərbaycanda cəmi 600 ton yaşıl çay yarpağı istehsal olunduğu halda, bu rəqəm ölkəmizə idxal olunan çaydan 22 dəfə azdır. Ümumilikdə, 2021-ci ildə ölkəmizə 13 984 000 ton çay idxal olunub. 2022-ci ildə bu rəqəm bir qədər də geriləyib.
Gündəlik həyatımızda istifadə edilən kartof, soğan, kələm, kök məhsulları isə illər əvvəl təlabatı azı 8 ay qarşıladığı halda, istehsal olunan bu məhsullar artıq daxili təlabatı 5 ay təmin edə bilmir. Payız fəsli başlar-başlamaz kartof, soğan, kələm, kök və s. məhsullar ölkəyə idxal olunur. Soğan isə ümumiyyətlə, 2002-ci ilin yayından idxal olunmağa başladı. Xatırlayanlar bilir ki, ekspertlər soğanın idxal olunmayacağı təqdirdə, qiymətinin 1,5-2 manata qədər yüksələ biləcəyini bildirmişdilər. Hazırda, bu siyahıya badımcan, bibər, göyərti və s. məhsulları da əlavə etmək olar.
Son illərə qədər bir az şərab istehsalı və ixracı, o cümlədən satışı ilə üz ağardırdı, onun da zayı çıxdı. Artıq Rusiyaya ixrac etdiyimiz şərab içkisi ilə bağlı mövqe itkisinə də məruz qalmışıq. Azərbaycan bazar payını Abxaziya, Moldovaya belə uduzub.
Daha ətraflı məlumat əldə etmək istərkən aşağıdakı linklə tanış olmaq olar:(https://www.rbc.ru/newspaper/2022/04/22/62611db69a79477a73626f6f),(https://www.faktinfo.az/news/son-iller-olkemiz-serab-satisinda-bazar-payini-diger-olkelere-uduzub-ilk-beslikde-olan-italiya-ispaniya-gurcustan-fransa-ve-portuqaliya-rusiyaya-umumilikde-foto
Bu elə bir dövrə təsadüf edir ki, artıq ruslar araqdan çox şərab və pivəyə üstünlük verirlər. Bu mövqe itkisi isə hələ bizimkiləri maraqlandırmır. İstehsal etdikləri şərab məhsulları daxili bazara hesablanırmış kimi görünür, bunun özünü doğruldub-doğrultmayacağı isə zaman məsələsidir. KTN-nin tabeçiliyində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna gəlincə, İnam Kərimov ora da bir kimya müəllimini əyləşdirib. Adam, tenderlərə qol çəkmək, İnstitutun rayonlardakı sınaq stansiyalarına ayrılan pullara qıraqdan baxmaqla,ting istehsal etmək üçün milyon manatlara imza atmaqla məşğuldur. Bəlkə heç özü də bilmir nə üçün əyləşdirilib o kresloya.Yoxsa, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun direktoru Vüqar Səlimov kreativ fikirləri, nəticəyə gəldiyi elmi-tədqiqat işləri, Azərbaycan şərablarının dünya bazarlarına çıxarılması, təbliği, reklamı ilə bağlı bir işə imza atmış olardı.Uzağa getməyək normal üzüm sortlarına dair 200 min ting tələb olunsa,o da yoxdur.Azərbaycan şərablarının təbliği ilə bağlı hansısa bir tədbirə də rast gəlinmir.
Səhv ediriksə, adam qalxıb desin ki, Kənd Təsərrüfatı nazirinə təklif verib, o da axrıncı dəfə Beynəlxalq Dequstasiyada Azərbaycan şərabları ilə bağlı bir cümləlik fikir səsləndirib. Varsa, durub danışsınlar. Belə anlaşılır, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu pul "realizə" etmək üçün bir vasitədir. Eləcə də orada baş verən dava-dalaşlar, narazılıqlar, elmi dərəcəsi, profili inistituta uyğun olmayan şəxslərin şöbə müdiri təyin olunub irəli çəkilməsi heç kimi maraqlandırıb narahat etmirsə, demək fikirlərimizin həqiqətlə əlaqəsi daha yüksəkdir.
Ümumiyyətlə, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutun direktoru Vüqar Səlimov yoldaşa bir sual verən gec yada tez tapılar ki, orada dövlət proqramından irəli gələn neçə bəndə əməl edilib,inistitutda nə işlə məşğulsunuz?Yox, bəlkə də səhv edirik, deyəsən orada Dövlət Proqramından irəli gələn bir "punkta" əməl olunub.O da az-çox Azərbaycan şərablarını Beynəlxalq sərgilərdə təbliğ etməyə savadı çatan,dünya miqyaslı dequstatorların diqqətinə çatdıra bilən,şərabçılıqla bağlı dövlət proqramının hazırlanıb,ərsəyə gəlməsinə əməyi keçən şərabçı-alim Taryel Pənahovu o inistitutdan işdən çıxartmaq olub.
Belə anlaşılır, Kənd Təsərrüfatı Nazirliyinin bütün strukturlarında, o cümlədən, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda idarəetmənin optimallaşdırılması həyata keçirilməlidir. Təbii, bu hər tərəfli maliyyə təftişindən sonra olmalı, indiyə qədər ora ayrılmış dövlət vəsaitinin səmərəliliyi yoxlanılmalıdır. Bəlkə də, kiçik bir şöbə şəklində Azərbaycan Dövlət Aqrar Universitetinə birləşdirilməlidir.Əks təqdirdə, heç bir səmərəsi olmayan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu dövlət iqtisadiyyatına yük olmaqda davam edəcək.
FAKTİNFO.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|