Yuliya Navalnaya Qərbi qəzəbləndirib .....                     Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu .....                     Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik .....                     Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi .....                     “Araz Supermarket”də yeni təyinat .....                     "40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ" .....                     Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib .....                     "Bunun yanına çox kişi gəlib-gedirdi" .....                     Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq .....                     Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb .....                     Tanınmış aktrisa doğum günündə özünə avtomobil .....                     “Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq” .....                     Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir .....                     KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ... .....                     “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb .....                     “Rabitəbank”da nə baş verir? .....                     Ramiz Mehdiyev hələ də Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvüdür... .....                     O, mövqelərimizə yaxınlaşıb dedi ki, Türkiyə hərbçiləri… .....                     Azərbaycanda 39 min manatlıq şirkət .....                     Azad olunan ərazilərdə pay torpaqları veriləcəkmi? .....                     Mədəniyyət Nazirliyi bu şəxslərdən 49 min manatlıq kitab alır .....                     "Qərb Cənubi Qafqazı qan gölünə çevirmək istəyir" .....                     Payız gəldi, üzdü getdi hər şey: Bakı sular içində .....                     Xaricdən buğda asılılığımız bitir? .....                     “Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur” .....                     Rusiyada general rüşvət almağa görə həbs edilib .....                     Özbəkistanda bu partiya qalib gəldi .....                     Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? .....                     Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? .....                     Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... .....                     Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda .....                     Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... .....                     Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib .....                     Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... .....                     Mədəniyyət naziri Xalq artistini təltif edib .....                     Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu .....                     Maşın almaq istəyən şəxsi döyənlər .....                     Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi .....                     Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır .....                     Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir .....                 

“Elə bilirlər həyat yoldaşım atamdır” - Suğra Bağırzadə
Tarix: 10-02-2017, 08:36 | Çap et
“Elə bilirlər həyat yoldaşım atamdır”
Hələ məktəbliykən şöhrətin dadını hiss edib. İlk dəfə onun ifasında səslənən “Cücələrim” mahnısı doğma Azərbaycanın hüdudlarından kənarda tanınıb. Hələ 15 yaşında ikən məşhur “Ulduz” filminə çəkilib. Eyni zamanda rəssam-florist kimi dünyada sərgiləri təşkil olunub. Türk dünyası mədəniyyətinə verdiyi töhfələrə görə Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl Ulduz” və “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına layiq görülüb. Sevilən aktrisa və əsrarəngiz qadın Suğra Bağırzadənin sabah doğüm günüdür. Ürəklə “70 yaşım tamam olur” deyən aktrisaya qətiyyən bu yaşı vermək mümkün deyil. Söhbət əsnasında onun gözəllik sirlərini də öyrəndik.

Əməkdar artistin Yeniçağ.az-a müsahibəsini təqdim edirik…

– Adətən, xanımlar yaş məsələsində çox kompleksli olurlar. Amma siz fəxrlə “70 yaşım tamam oldu” deyirsiniz…

– 70 yaşında geyimim, görünüşüm, saç düzümüm, makiyajım qocasayağı görünsəydi, bəlkə də bu, mənim əhval-ruhiyyəmi korlaya bilərdi. Amma xarici görünüşümün mənə heç bir maneəsi yoxdur.

– Qadınların da sizin kimi gənc qalması üçün gözəllik sirrinizi açıqlayasınız bəlkə, həm də savab qazanmış olarsiz.

– Deyim ki, bu yalnız Tanrının verdiyi gözəllik deyil, qadın öz üzərində çalışmalıdir. Cəmi bircə dəfə əməliyyat etdirmişəm, o da göz qapaqlarımda. Yaslananda göz qapaqları sallanır axi… Məsələn, mən hər səhər axşamdan dəmlədiyim zəfəran suyunu içirəm, idmanla məşğulam, piyada gəzirəm. Hər gün mütləq alma yeyirəm. Vallah, mən özüm də bu sirri bilmirəm. Deyirlər, insanı gözəl edən göz və dildir. Göz insanın ruhunun aynasıdır. Elə gözəllər var ki, dili acıdır, ağzını açan kimi onunla kəlmə belə kəsmək istəmirsən. Amma elə şirindil insanlar var ki, onunla danışmaqdan doymursan. Heç xarici görünüşü sənin üçün önəm də daşımır.

– Sizi nə depressiyaya sala bilər?

– Hərdən deyirlər ki, filankəs depressiyaya düşüb, vallah, depressiya avaraçılıqdan yaranır. Mənim depressiyaya düşməyim üçün heç zamanım da yoxdur. İş o qədərdir ki…

– Hərdən mənə elə gəlir ki, floristliyə olan heyranlığınız aktrisalığa olan sevginizi üstələyib. Çünki birinciyə daha çox vaxt ayırırsız…

– Elə deyil. Kino kollektiv sənətdir, gərək rejissor səni seçsin, bəyənsin, rola uyğun bilsin. Əvvəllər mən mühəndis işləyirdim. İşimə çox vaxt ayırırdım, buna görə də çəkilişlərə gedə bilmirdim. O vaxt da əksər filmlər rayonlarda, özü də “plyonka”ya çəkilirdi. Mən aylarla rayonlarda gedib qala bilmirdim. Fikir vermisinizsə, çəkildiyim “Ulduz” filmindən başqa bütün filmlər Bakıda lentə alınıb. Hətta “Alma almaya bənzər” filminin mənə aid olan hissəsi də Bakıda çəkilib. Rejissor Arif Babayevə dedim ki, mən işimi atıb, Qubaya gedə bilmərəm. Pavilyon qurub, məni Bakıda çəkdilər.

– Onda belə çıxır ki, itirdiyiniz filmlər çox olub…

– Əlbəttə. Amma o filmlərin adlarını çəkmək istəmirəm, çünki bizim aktrisalarımız çəkilib o filmlərdə. Amma sonradan iş elə gətirdi ki, mən başqa filmlərdə rol aldım. Eyni zamanda floristikayla məşğul oldum. Dünyada analoqu olmayan bir sənətdir bu.

– Hansı sizə daha çox ruh verir: rəssamlıq, yoxsa kino?

– Kinonu çox sevirəm. İmkanım olsaydı, daha çox aktyorluğu seçərdim. Amma ailəylə, uşaqlarla bu sənət o qədər də uyğun gəlmir.

– “Ulduz”a çəkiləndə hələ məktəbdə oxuyurdunuz…

– Məni həmişə yaşımdan çox cavan obrazlara çəkiblər. Bircə “Ulduz” a çəkiləndə on beş yaşım vardı, amma 21 yaşlı xanımı oynayırdım. “Alma almaya bənzər”də 35 yaşım vardı, amma 18 yaşlı qızı canlandırmışam.

– Sizin üçün amplua fərqi varmı?

– Heç vaxt komik obraz yaratmamışam, amma istərdim. Çünki mənə elə gəlir ki, dramatik obrazda çıxış etmək komik rolu canlandırmaqdan daha asandır. Güldürmək hər aktyorun işi deyil. Komik aktyor dramatik obrazı yarada bilər. Amma dram aktyorunun komediyada oynaması çətindir.

– Ürəyinizdən tikan çıxaran obrazınız hansıdır bəs?

– Həmişə mənə müsbət rollar veriblər, amma mənfi rolda da özümü sınamaq istərdim. Qəribədir ki, nədənsə, bizim insanların mənfi obraza münasibəti yaxşı deyil. O saat aktrisanı qınayırlar, inciyirlər.

– Yəni buna görə çəkinmisiniz?

– Yox, heç mənə belə obraz təklif edən də olmayıb. Yəqin rejissorlar mənfi obrazları mənə yaraşdırmayıblar. Amma istərdim oynayım. Hər bir aktrisanın arzusudur ki, kinoda müxtəlif obrazlar yaratsın. Məsələn, mən heç vaxt kinoda çirkin qadın obrazını yaratmaqdan qorxmamışam.

– Bəs xarakterik rollar necə, məsələn, əxlaqsız qadın obrazını canlandırardız?

– (düşünür) Bəlkə də belə bir təklif alsaydım, bu barədə fikirləşərdim, amma olmayıb. Bu reallıqdır, onu niyə filmdə canlandırmayaq ki? Açığı, bu cür obrazları yaratmaq hər aktrisanın da hünəri deyil. Çünki onlar həmişə qınaq obyekti olub. Bu, düzgün deyil, bəs bu obrazları kim oynamalıdır?

– Elə ona görə də həmin rollar üçün xaricdən aktrisalar dəvət edirlər.

– Bəli, yataq səhnələri əcnəbi aktrisalara verilir.

– Bu gün hansı obrazları canlandırmaq istərdiniz? Amma nənə rolunu sizə heç yaraşdırmazdım.

– İndiki nənələr, analar başqa cürdür, çox baxımlıdırlar. Ekranda elə nənələr var ki, nəvələrindən seçilmirlər.

– Fransız müğənnisi Edif Piaf son müsahibəsində jurnalistin “qadınlara və qızlara nə məsləhət görürsünüz”, sualına belə cavab vermişdi “sevsinlər”… Bəs siz xanımlara nə məsləhət verərdiniz?

– Mən də sevməyi məsləhət görürəm. Sevgi elə bir hissdir ki, qocanı cavanlaşdırır, çirkini gözəlləşdirir.

– Amma bu gün sevgi hissləri çox adiləşib…

– Əvvəllər oğlan illərlə bir qızın arxasınca sürünürdü. Saatlarla darvazanın qabağını kəsirdilər ki, bəlkə nə vaxtsa qız küçəyə çıxanda onu görər. Mən hərdən qızlarıma nəsə deyəndə qayıdırlar ki, eh ana, internetdə var da. Deyirəm internet sizin həm atanızdır, həm də ananız. İndi internet əsri duyğulara da təsir edib.

– Həyat yoldaşınızın fonunda yəqin ki, çox gənc görünürsünüz?

– Mən həyat yoldaşımdan 6 ay böyüyəm. Amma çox cavan görünürəm.

– Qısqanmır?

– Buna heç vaxtı da yoxdur, bütün günü işdə-gücdə olur. Bir dəfə həyəti süpürən qadın məndən su istədi ki, blokun içini yusun. Həyat yoldaşım ona deyibmiş ki, su lazım olanda bizim evdən götürərsən. O qadın mənə dedi ki, ataniz dedi ki, suyu sizdən götürüm. Elə bilmişdi həyat yoldaşım mənim atamdır.

– Doğrudurmu ki, illərlə bir yerdə yaşayanda sevgi adiləşir…

– Təbii ki, yaşa dolduqca adiləşir, amma əsas olan hörmət hissidir. Bir də qadınla kişinin mədəni səviyyəsi eyni olmalıdır. Mən gənc qızlara da məsləhət görərdim ki, puldan çox mədəni səviyyəyə fikir versinlər. Belə insanla həm dalaşmaq, həm sevgi yaşamaq, həm də boşanmaq asandır.

– Sizdə mübahisələr olanda daha çox kim güzəştə gedib?

– Yəqin ki, mən. Çünki qadın həm də uşaqlarını düşünür.

– Həyat yoldaşınızın hansı xüsusiyyətinə görə çox şeyi ona qurban vermisiniz?

– Ailəcanlıdır, indiyədək işləyir, evin bütün maddi yükü onun çiynindədir. Həmişə bilmişəm ki, qızlarımın arxasında güclü ata dayanır.

– Bəs o sizi necə xarakterizə edir?

– Baxmayaraq ki, gözəl, istedadlı qadınam. Amma ana və nənə kimi ailəmə çox diqqətliyəm. Xörəyimi də özüm bişirirəm, ailəmə də hər zaman qayğı göstərirəm. Hər zaman masanın üstündə gül, şam olub, soyuducuda da hazır xörəyim. Evim də tərtəmiz. O bunu qiymətləndirib həmişə.

– Özünüzü xarakter və görünüş olaraq, hansı gülə bənzədərdiniz?

– Nərgizə. Nərgizgülü incədir. Baxmayaraq ki, qışda da gül açır. Amma ondan həmişə yaz ətri gəlir. Mən də baxmayaraq ki, qışda doğulmuşam. Amma həmişə istilik, işıq ötürmüşəm.

– Özünüzdə ən çox bəyənmədiyiniz xasiyyət hansıdır?

– İnsanları yola verə bilirəm, bağışlayan insanam. Amma çox şeyi yaddaşımda saxlayıram. İstərdim onu silib atım, çünki mənə mane olur.

– Yəni pisliyi unuda bilmirsiniz?

– Haqsızlığı, pisliyi unutmaq çətindir. Bu pisliklər qat-qat yığılıb qalır içimdə. Gərək bağışlayasan. Hərdən mənə deyirlər ki, filankəs sənə paxıllıq edir, deyirəm yaxşı eləyir. O da gözəl, istedadlı olsaydı, mən də ona paxıllıq edərdim. Kinli deyiləm, amma unuda da bilmirəm.

– Fikirləşirəm ki, görəsən sizin kimi gözəl xanımın kompleksi var?

– Ucaboy olsaydım, daha gözəl olardım. Bir dənə kompleksim budur. Ucaboylu qızlardan xoşum gəlir. İki qız nəvəm var, deyirəm ki, kaş onların boyu uca olsun.

– 70 yaşlı aktrisanın arzularını bilmək maraqlı olardı…

– Filmlərə çəkilmək istəyirəm.

– İnşallah. Amma heç demədiniz, yubileyinizi necə qeyd edəcəksiniz?

– Martin 8-də Rəssamlar İttifaqında əsərlərim nümayiş olunacaq. Bu, Azərbaycanda keçiriləcək 10-cu sərgimdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yuliya Navalnaya Qərbi qəzəbləndirib
Bu gün, 13:03
Gülənin məzarında müəmma: bu görüntü heyrət doğurdu - VİDEO
Bu gün, 13:02
Gürcüstanda konstitusiya quruluşunun pozulmasına yol verməyəcəyik - Baş nazir
Bu gün, 13:00
Fərhad Bədəlbəyliyə yeni vəzifə verildi
Bu gün, 12:59
“Araz Supermarket”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:55
"40-45 GÜN MÜBARİZƏ APARMALI OLACAĞIQ" - Gürcüstan müxalifəti kütləvi aksiyalara başlayır
Bu gün, 12:54
Azərbaycanda keçmiş polis rəisinin qardaşı qətlə yetirilib - TƏFƏRRÜAT
Bu gün, 12:51
"Bunun yanına çox kişi gəlib-gedirdi" - Oğlu öldürülən ana fəryad etdi
Bu gün, 12:41
Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq - KİV
Bu gün, 12:40
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb - AÇIQLAMA
Bu gün, 12:35
Tanınmış aktrisa doğum günündə özünə avtomobil HƏDİYYƏ ETDİ
Bu gün, 12:32
“Vasitəçilər olmasa, danışıqlar daha effektiv olacaq” - İşxan Verdyan
Bu gün, 12:30
Gürcüstan Prezidenti iğtişaşların təşkilində iştirak edir - Papuaşvili
Bu gün, 12:26
KONTAKT HOME: Əlaqə yox... GİLEY-GÜZAR EVİ... - Müştəriyə rəsmən ÇİLƏ YAŞADIRLAR...
Bu gün, 12:24
“Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - BŞİH
Bu gün, 12:07
“Rabitəbank”da nə baş verir? – Kartlarla bağlı problem var
Bu gün, 12:00
Ramiz Mehdiyev hələ də Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvüdür... - İLGİNC...
Bu gün, 11:54
O, mövqelərimizə yaxınlaşıb dedi ki, Türkiyə hərbçiləri… – Malyan
Bu gün, 11:50
Azərbaycanda 39 min manatlıq şirkət - LƏĞV EDİLİR
Bu gün, 11:47
Azad olunan ərazilərdə pay torpaqları veriləcəkmi? - AKTUAL
Bu gün, 11:46
Mədəniyyət Nazirliyi bu şəxslərdən 49 min manatlıq kitab alır - SİYAHI
Bu gün, 11:44
"Qərb Cənubi Qafqazı qan gölünə çevirmək istəyir" - Erməni analitikin İLGİNC AÇIQLAMASI
Bu gün, 11:41
Payız gəldi, üzdü getdi hər şey: Bakı sular içində - VİDEO
Bu gün, 11:39
Xaricdən buğda asılılığımız bitir? - AKTUAL
Bu gün, 11:34
“Açıq-saçıq şəkillərini güclü qadın obrazı kimi izləyicisinə soxuşdurur” - ETİRAZ
Bu gün, 11:33
Rusiyada general rüşvət almağa görə həbs edilib
Bu gün, 11:30
Özbəkistanda bu partiya qalib gəldi
Bu gün, 11:19
Azərbaycanda internet xidməti niyə baha və keyfiyyətsizdir? - "Daha çox şirkətin ölkəyə internet gətirmək imkanı olmalıdır"
Bu gün, 11:17
Yağışlardan sonra su anbarlarında vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:12
Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... - AMMA...
Bu gün, 11:11
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda TƏFTİŞ QƏRARI...
Bu gün, 11:01
Toyda bəy gəlini "istəmirəm" dedi: Sevdiyi qızı göstərib... - VİDEO
Bu gün, 10:58
Dövlət Vergi Xidməti "Kartdan karta" üsulu ilə işləyən sahibkarlara xəbərdarlıq edib - DİQQƏT
Bu gün, 10:52
Zakir Quliyev nə dəyişənə oxşamır... nə də düzələnə... - BU FAKTDIR...
Bu gün, 10:47
Mədəniyyət naziri Xalq artistini təltif edib - FOTO
Bu gün, 10:43
Tərlan Bəbirovun tenderi nəzarət orqanı tərəfindən ləğv olundu - DETALLAR
Bu gün, 10:42
Maşın almaq istəyən şəxsi döyənlər qərardan şikayətçidirlər
Bu gün, 10:30
Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişdi - YENİ TƏYİNAT
Bu gün, 10:19
Bulvardakı gəzinti gəmiləri fəaliyyətə başlayır
Bu gün, 10:16
Ermənistan Hindistandan ən çox silah alan ölkələrdəndir - “The Times of India”
Bu gün, 10:12
Prezident Sahir Şamşad Mirzanı qəbul etdi - FOTO
Bu gün, 10:09
Vətən müharibəsi iştirakçısını öldürən şəxs kassasiya şikayəti verdi - TƏFƏRRÜAT
Bu gün, 10:07
Ağadadaş Ağayevin işi məhkəmədə - 5 ilə kimi həbs
Bu gün, 10:04
60 min DOLLARNI alıb, KÜÇƏYƏ ATDILAR... - "Hamı DEYİR MƏNLİK DEYİL"
Bu gün, 09:53
Putindən Çinə qəribə təklif - "...bu hadisələrdən çox az adam xəbərdardır"
Bu gün, 09:49
İşçi əməyinin ödənilməsi və dərəcələrinin müəyyən edilməsi... - Ekspert danışır...
Bu gün, 09:46
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir - VİDEO
Bu gün, 09:43
“Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” – Mask VƏD VERDİ
Bu gün, 09:42
İntim videolar çəkən FHN polkovniki yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:39
"Plagiat müsbət dinamikadır?!" - ETİRAZ VAR...
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru