Həbsdə olan məşhur meyxanaçıdan xəbər var
Tarix: 25-02-2017, 09:05 |
Çap et
"Mahir Cürətə təxminən 5-6 ay bundan qabaq hökm oxunaraq 1il 6 ay azadlıqdan məhrum edildi”
Bu fikirləri Unikal.org-a Mahir Cürətin tələbəsi meyxanaçı Balabəy deyib. O qeyd edib ki, yaxın günlərdə ustadına baş çəkəcək: "Tez-tez xəbər alırıq. Hazırda Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssindədir. Səhhəti qaydasındadır. Yaxın günlərdə gedib baş çəkəcəyik. Allah qapısını açsın, tezliklə azadlığına qovuşsun”.
Qeyd edək ki, Mahir Cürət 2016-cı ilin may ayında Sumqayıt 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdı.