DİA.AZ: - Peşəkar fashion dizayner Sakit Abbasov (Sako) “Klip+” verilişində şou-biznesin ən dəbli və dəbsiz geyinən nümayəndələrindən danışıb.
DİA.AZ xəbər verir ki, onun sözlərinə görə, şou-biznesin ən zövqsüzü müğənni Damladır: “Damla bu gün gündəmi zəbt edib. Hər bir insan onun mahnısına qulaq asır. Bir- iki kliplərini görmüşəm ki, geyim tərzi heç bir mahnıya uyğun gəlmir. Dəbi qoyaq kənara, heç bir sintez geyimlərində yoxdur. Ümumiyyətlə, onda zövq anlayışı yoxdur. Onun oxumağına münasibət bildirmirəm, sadəcə geyimini deyirəm ki, zövqsüzdür".
Əməkdar artisti Elza Seyidcahan
"O Azərbaycanın "klonu"dur".
Xalq artisti Məleykə Əsədova
"Yaxşı xanımdır, gəşəng geynir. Son zaman geyimlə bağlı qalmaqalı olmuşdur."
Xalq artisti Nazpəri Dostaliyeva
"Onun öz stili var "qaşdı - quşdu".
Sako şou-biznesin dəblilərindən də danışıb: “Kişi müğənnilərimizdən azdır ki, gəşəng geynsinlər, klasik onlara gözəl yaraşsın. Onlarda biri də əməkdar artist Ədalət Şükürov. O insan geyiminə diqqət edir. Xalq artisti Faiq Ağayevi də bu siyahıdan silmək olmaz. Çünki bu insan daim özünə fikir verir".