Azərbaycanın ən sayılıb-seçilən vizajisti Aygün Ayxanlı yeni fotosessiyaya imza atıb.
DİA.AZ xəbər verir ki, tanınmış fotoqraf Yusif Şıxıyevin obyektivi önünə keçən vizajist, qlamur imici ilə bir-birindən iddialı pozalar verib. Cazibədar pozalar verən Ayxanlının bu fotosessiyası ani qərar oldu:
"Qəfil qərar verdiyim bütün işlərim çox gözəl alınır. Baxmayaraq ki, peşəkar Yusif ilə ilk işimizdir, amma nəticəsi çox gözəl oldu. Bu şəkillərdə gördüyünüz Aygün məhz özüməm. Söhbət təbii ki, vizual görünüşdən deyil, daxildən gedir. Yəni, mən sadə və çılğın Aygünəm".