Tolik icra başçılarına müraciət etdi - “Hərəniz 5 min manatlıq parça alın”
Tarix: 6-10-2020, 11:44 |
Çap et
“Mən Bakı şəhərində olan bütün icra başçılarına deyirəm ki, onlar heç olmasa hərəsi 5 min manatlıq parça alıb öz tikiş fabriklərində tikdirsələr və onunla binalarımızı Azərbaycan, Türkiyə bayrağı ilə bəzəsələr, bu onlara heç də ziyan gətirmə”.
Bu sözləri Yenisabah.az-a tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) deyib. O, vəziyyətdən istifadə edərək bayraqların qiymətini qaldıran işbazları qınayıb:
“Bayraqların qiyməti qalxıb. Bu cür mağazaları qınayıram. Mən Bakı şəhərində olan bütün icra başçılarına deyirəm ki, onlar heç olmasa hərəsi 5 min manatlıq parça alıb bayraq tikdirsələr, çox yaxşı olardı. Əfsuslar olsun ki, bu gün bu addımı fərd olaraq gördük. Mən yaşadığım binanın sakini - Güləş Federasiyasının vitse-prezidenti Firdovsi müəllim (Firdovsi Umudov) bir zəngimlə 1700 manat pul gətirib axşam mənə verdi və binamızın üzərinə 20 metr uzunluğunda, 4 metr enində Türkiyə və Azərbaycan bayrağını asdıq. Qoy bizim binamız bayraqlarımızla gözəlləşsin. Məncə, hər binada imkanı olan, ürəyi Azərbaycanla döyünən hər kəs bunu fərd olaraq etməlidir”.
Qeyd edək ki, Tolik bir müddət əvvəl sosial şəbəkə hesabında iki bayrağa 130 manat ödədiyini, qiymətlərin süni şəkildə artırıldığını bildirmişdi.