"Qarlı havada qadınlarımızı, uşaqlarımızı vəhşicəsinə öldürəndə bilmirdiz belə olacağını?!"
Tarix: 9-10-2020, 13:12 |
Çap et
Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində nitqi ilə diqqət çəkib.
BiG.AZ xəbər verir ki, veriliş zamanı torpaqlarımız uğrunda döyüşdə igid əsgərlərimizin düşməni necə məğlub etməkləri ilə bağlı görüntülər verilib. Bu görüntülərə şərh verən aparıcı nitqi ilə diqqət çəkib.
Belə ki, Zaur vaxtı ilə ermənilərin azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salıb, vəhşicəsinə öldürməsi məsələsinə toxunub:
"Bizim deyəcəyimiz o qədər "bəs"lərimiz var ki. Bəs Xocalıda faciə törədəndə, fevral ayında qarın içində qadınlarımızı, uşaqlarımızı ayaq yalın aparanda, vəhşicəsinə öldürəndə bilmirdiz ki, sonu belə olacaq. Bunları Allah eliyir onlara. Ali Baş Komandanın hər kəlməsinin altında tarixə söykənən bir başa mənalar var. Bu haqq ədalət mübarizəsidir. Bu sizin vaxtında etdiyiniz qırğınların, faciələrin, soyqırımların ədalət mübarizəsidir. Allahın da səbri artıq tükəndi. Yetər artıq. Azərbaycan artıq haqq mübarizəsinə qalxmalıdır. Allah Azərbaycanın üstündədir".