"Xalqımızdan xahişim məni başa düşmələridir, bu, mənim işimdir" - FOTO
Tarix: 16-10-2020, 09:58 |
Çap et
Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı ifaçı Coni (Cahid Hüseynli) Qarabağa “Instagram” hesabından Qarabağa dəstək paylaşımı edib.
O, ərazilərin işğaldan azad olunduğunu eşitdikcə qürur hissi keçirdiyini bildirib:
“Salam, mənim dəyərli Azərbaycan xalqım. Bildiyiniz kimi, ölkəmizdə yaranmış vəziyyətlə bağlı paylaşımlar edib, bacardığım qədər ölkəmizin haqlı mübarizəsini dünyaya çatdırıb dəstəkləmişəm. Artıq 10 gündən artıqdır ki işimlə bağlı paylaşımlar etmirəm, hər nə qədər məcbur olsam da amma sənətimlə bağlı buna məcburam. Xalqımızdan xahişim məni başa düşmələridir, bu, mənim işimdir.
Hər qarış torpağımızın işğaldan azad olunduğu xəbərin eşitdikdə şiddətli sevinc hissi ilə yanaşı qürur hissi də yaşayıram ki, mən azərbaycanlıyam. Ümid edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olunmuş ərazilərimiz tam azad olunacaq və Azəbaycanın ərazi bütövlüyü təmin ediləcək. Hər zaman ölkəmin yanındayam, Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbr diləyirəm.
Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!!!”