"Millətimin hər axıdılan qanı qəniminiz olsun"
Tarix: 16-10-2020, 12:27 |
Çap et
Əməkdar artist Aybəniz Haşımova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
BiG.AZ xəbər verir ki, əməkdar artist instaqram hesabında erməni vəhşiliyi üzündən əziyyət çəkən azyaşlıların fotolarını paylaşaraq:
"Hal-hazırda erməni qadınları, bizim nə günahımız var, biz niyə zirzəmilərdə gizlənib rahat həyatımızdan olmuşuq deyə üsyan edirlər. Bəs, bizim nə günahımız var ay vicdansızlar? Biz niyə öz torpaqlarımızdan olub, bu zülümü yaşamalı idik? Nədir ki, sizin doymaz, ac gözünüz bizim torpaqlarda idi? Allah bəlanızı versin. Millətimin hər axıdılan qanı qəniminiz olsun. Bu körpələrin ahı tutsun sizi" sözlərini yazıb.