"Azərbaycanın güclü Ali Baş Komandanı, ordusu, arxasında dayanan xalqı var"
Tarix: 21-10-2020, 12:11 |
Çap et
“Biz bu 30 ildə musiqilərimizlə, əsərlərimizlə xaricdə Qarabağ həqiqətlərini sübut edib, çatdırmağa çalışmışıq. Bu günləri həmişə gözləyirdik, inanırdıq ki, bu günlər gələcək. Hətta bizə bəzən deyirdilər ki, “Siz bunları nəyə bəstələyib, oxuyursunuz, torpaqlar əldən getdi…”
Bu sözləri Yenisaba.az-a Əməkdar artist Elza Seyidcahan deyib. Sənətçi hər zaman torpaqların işğaldan azad olacağına inandığını bildirib:
“Bütün Azərbaycan xalqını, bir millət iki dövlət diyarını öz ocağımdan salamlayıram. Mən bura müqəddəs ocaq deyirəm, çünki mən bu ocaqda Allahın bizə bəxş etdiyi gözəllikləri vəsf etmişəm. Öz kitabımda da dəfələrlə xalqımızı, işğal olunmuş torpaqlarımızı xatırlamışam. Orada Ali Baş Komandanımızın yumruğunu ifadəsini də simvolik, mistik mənada istifadə etmişdim. Allah Ali Baş Komandanımızın yumruğunu erməniyə çox görməsin. Mən bu şeiri 2016-cı ildə yazmışam, əvvəlcədən bunları görürdüm. Azərbaycanın güclü Ali Baş Komandanı, ordusu, arxasında dayanan xalqı var. Amma biz inanırdıq ki, torpaqlarımız qayıdacaq. Bu torpaqlar cavan əsgərlərin qanı bahasına başa gəlir”.