"Get, sakitcə nə edirsənsə et, qayıt otur evində"
Tarix: 21-10-2020, 16:52 |
Çap et
Məşhurların hər kiçik addımı müzakirələrə səbəb olur. Elə cəbhədən çəkdirdikləri fotolar da. Şou-biznes nümayəndələrinin əsgərlərə yardım yollaması, bunları paylaşması birmənalı qarşılanmır.
Xalq artisti Gülyaz Məmmədova cəbhə bölgəsinə yollanıb daha sonra bunu reklam edənlərdən danışıb.
Yenisabah.az-la fikirlərini bölüşən sənətçi dövlətin əsgərləri lazımi şəkildə dəyərləndirdiyini bildirib:
“Düzü mən, bu barədə çox danışmaq istəmirəm. Bircə onu bildirmək istəyirəm ki, mənim gözəl dövlətim var. Kimsə nəsə edirsə bunu Allah yolunda etməlidir. Elədiyini reklam etməməlidir. Bizim dövlətimiz əsgərləri çox gözəl şəkildə dəyərləndirir. Kiminsə əsgərlərin hesabıan özünü reklam eləməyinə pis baxıram. Get, sakitcə nə edirsənsə et, qayıt otur evində”.