"Onlara görə nə reytinqim düşüb, nə də sponsor deməyib ki, çəkilirəm kənara"
Tarix: 19-02-2021, 12:44 |
Çap et
Müğənni Xatirə İslamın efirə çıxmaq üçün telekanallardan pul tələb edəcəyi ilə bağlı açıqlamasına aparıcı prodüser Tarix Əliyevin (Tolik) cavabı gecikməyib.
O, bildirib ki, " Bu gün telekanallar müğənniyə pul verməz. Azərbaycanda bir müğənni 3 ay efirə çıxmır. Sonra 1 həftə hər verilişə çıxır və eyni mövzunu danışır. Tamaşaçıya da maraqsız olur. Xatirə İslam da illərdir efirə çıxmaya bilər. Verilişə çıxmağa müğənni maraqlı olmalıdır, telekanal yox!
"Xəzər" TV-də verilişim olub, Xatirə İslam da qonaq gəlib. Amma müğənni olub ki, heç vaxt qonağım olmayıb. Verilişim reytinq qazanmayıb? Məsələn, dostum Zamiq Hüseynov heç vaxt verilişimə gəlməyib, nə dəyişib? Onlara görə nə reytinqim düşüb, nə də sponsor deməyib ki, çəkilirəm kənara.
Bir xalq artistimiz demişdi ki, pul verin efirə gəlim. Tanışlıqla, dostluq münasibətlərilə onu da proqrama gətirdim. İndi "Dalğa" TV-də aparıcılıq edirəm. İllərlə bir müğənni verilişimə gəlməsə, boşluq hiss etmərəm. Nə də sponsorlarımın sayı azalmaz. Dost kimi istəyərəm Xatirə İslam qonağım olsun, amma pulla çağırmaram". //BİG.AZ//