"Millət mənim paltarıma, geyimimə yox, sənətimə, səsimə baxıb"
Tarix: 22-02-2021, 08:48 | Çap et
DİA.AZ Xalq artisti Flora Kərimova Moderator.az-a verdiyi müsahibəni ixtisarla təqdim edir:
- Bir ildən çoxdur ki, toylar yoxdur, sənətçilər dolana bilmir. Bundan əlavə yəqin ki, Tarif Şurasının qiymətləri artırmağından da xəbəriniz var.
- Həqiqətən də görürəm ki, vəziyyət hamıda acınacaqlıdır. Bu vəziyyətlər Allah etsin keçəri olsun. Mən bilirəm ki, bu çətindir millətimə. Mən bilirsiz nə istəyirəm? Korrupiyaya görə gündə tutub dama atılan məmurların pulunu xərcləsinlər millətə, yetim-yesirə! Cənab prezident deyir ki, qiymətləri artırmayın. Mən elə bir adam tanımıram ki, prezidentin bir sözünü iki etsin. Bir sözü iki olubsa bu artıq qudurğanlıqdır. Bu qudurmuşu millətin gözünün qabağında elə hala salmaq lazımdır ki, millətin ürəyi soyusun, ürəyindən tikan çıxsın.
- Flora xanım, yəqin ki, müğənni Xatirə İslamın efirlərdən pul tələb etməyindən də xəbərdarsız.
- Xatirə İslam haqlıdır. Çünki onun da evi, övladı, məişət problemləri var. Toy da yox, qazanc gəlmir. Eybi yoxdur, imkan yoxdursa az ödəsinlər, amma yetər ki, qonorar ödəsinlər. Heç bir şirkət qonorar ödəmir! Xatirə İslam adi insan deyil ki, nimdaş pencəyini salsın çiyninə, çıxsın səhnəyə. Xatirə İslamın bir paltarının qiyməti Allah bilir neçəyədir. Biz deyə bilərik ki, geyinməsin bu paltarı, geyinsin o paltarı. O millətinə, dinləyicisinə, sevənlərinə hörmət edib, səhnəyə səliqəli və gözəl formada çıxmalıdır. Çünki televizora bütün dünya baxır. Necə siz qəbul edə bilərsiz ki, Xatirə nimdaş geyimdə çıxsın efirə? Ya da ki, ucuz paltarda çıxsın. O amma dəridən qabıqdan çıxır, balasının boğazından kəsir, ərinin maaşını qatır ora, bir paltar geyir, onu da çox görürsüz? Bu sözünə görə qızı yıxıb sürüyürlər. Nə düşmüsüz onun üstünə?
- Əslində onu adi insanlar qınamadı, bu sahədə, ələxsus da televiziya sahəsində olan insanların qəzəbinə səbəb oldu. Flora xanım, gəlin açıq danışaq da. Sizin kimi böyük sənətkarlar qala-qala bu tələbin Xatirə İslam tərəfindən irəli sürülməsi bir az absurddur.
- Mən əvvəldən elə şeylərə fikir verməmişəm. Məni millət belə görüb. Həmişə qızım deyir ki, ana, millət sənə o qədər şeyləri bağışlayıb ki. Millət mənə mahnılarımın sözünü yadımdan çıxartmağı bağışlayıb, millət mənə bəzən kəskin danışmağı bağışlayıb. Millət mənim paltarıma, geyimimə yox, sənətimə, səsimə baxıb. Floranın repertuarı düşündürən repertuardır. Cavanlar isə bu günki günlə addımlamalıdırlar. Mənim dövrüm ayrı idi, intelektual insanların dövrü idi. “Çıkkıdı-çıkkıdı” vaxtı deyildi. Akif İslamzadə o vaxt toyda “Sənsiz” romansını oxuyurdu, camaat da ayaq üstə onu alqışlayırdı. Hər toyumuz bir konsert idi. Xatirə İslam neyləsin? “Çıkkıdı-çıkkıdı” olmasa onu toya da çağırmazdılar. Televiziya kanalları elə müğənniləri efirə buraxdılar ki. Xatirə İslam mahnılar yazdırıb, kliplər çəkdirib. Onun bir mahnısı var idi, öyrənmişdim onu, oxuyacaqdım. Amma ehtiyyat etdim ki, oxusam da onun ifası kimi yaxşı alınmayacaq.
- Hansı mahnı idi o?
- Vallah yadımda deyil, sükan arxasında da qulaq asırdım o mahnıya. Kimin maşınında olurdumsa o mahnının diskini özümlə gəzdirirdim.
- Demək ki, repertuarını sevirsiz?
- Mən müğənnini sevməyə bilərəm, ancaq mahnısını sevə bilərəm. Mən demirəm ki, Xatirəni sevmirəm, o hərtərəfli müğənnidir. Hər müğənni davranışı ilə, ifası ilə insanın xatirəsində qalır.
- Flora xanım, ATV maqazin onlarla verilişindəki açıqlamanızdan sonra dayınız oğlu, müğənni Cavanşir Məmmədov verilişlərdən birinin canlı bağlantısına yeni aldığı avtomobili çıxararaq həmin avtomobillə sizi Şuşaya aparmaq istəyini bildirmişdi. Həmin avtomobillə Şuşaya gedəcəksiz?
- O qədər məni maşınla Şuşaya aparmaq istəyən insanlar var ki. Millətim məni maşınla yox, əlində Şuşaya aparar. Millət məni başının üstündə aparar Şuşaya. Çünki mənim səsim neçə illər Şuşanın adının sədası olub. Mənim göz yaşlarım Şuşanın harayı olub. Mən sizdən xahiş etsəm ki, məni Şuşaya aparın, özünüzdə maşın olmasa da dostunuzdan maşın götürüb aparmazsız? Çünki mən Şuşanın adını doğrultdum, adını yerə soxdurmadım. Bir Şuşalı, bir Qarabağlı demədi ki, mən Floradan utanıram. Məni Şuşaya aparan da, nazımı çəkən də çox olacaq. Şuşaya layiq övladam. Düzü məni yandıran odur ki, anam sağlığında dedi ki, gedək Şuşaya. Dedim elə sabah, biri gün, o biri gün. Qismət olmadı. Elə oldu ki, anamı çiynimdə götürüb Şuşanın yox, Bakının torpağına basdırdım. İndi yəqin ki, anamın ruhu da şaddır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
|