"Elə gün olurdu ki, bir gündə beş kanalda oxuyurdum"
Tarix: 26-02-2021, 09:40 | Çap et
Xalq artisti Zümrüd Məmmədova Moderator.az-ın suallarını cavablandırıb. - Zümrüd xanım, salam. Necəsiz? - Çox sağ olun, oğlum yaxşıyam. Daha da yaxşı olmağa çalışırıq. - Karantin günlərini necə keçirirsiz? - Çox insanlar deyir ki, evdə oturmaqdan darıxdıq, amma biz vaxt tapmadıq ki, darıxaq da. Qızımla, gənc bəstəkar İlahə Qismət ilə bütün günü çəkilişlərdə olduq. Təbii ki, özümüzü koronovirusdan qorumaq şərtilə. Vətən müharibəsi dövründə çəkilişlərimiz daha çox oldu. Elə gün olurdu ki, bir gündə beş kanalda oxuyurdum. Axırda deyirdim ki, ay balam, deyəcəklər ki, Zümrüd xanım ekrandan düşmür (gülür). Televiziyadan da mənə deyirdilər ki, başqa kimi dəvət edək? Qızım İlahə Qismət “Dədə qorqud” baletini yazmışdı, yeri gəlmişkən o bu baleti, xeyirlə şərin mübarizəsini vətən müharibəsinə həsr etdi. - Vətən müharibəsi günləri bizə bir daha sübut etdi ki, efirlərdə hansı sənətçilər olmalıdır. - Həm siz deyəndir, həm də elə deyil. Televiziya kanalları o günlər dırnaqarası müğənniləri çağırmırdılar. Bir çoxu da çıxırdı, amma o əsl hərbi müğənnilər deyildilər. Vaxtilə olmayıb-olmayıb, qəfildən onların efirlərə çıxmaqları “biz də varıq, oxuyuruq” anlamı bağışladı. Onlar bu illər ərzində şou göstərməkdənsə çıxıb efirlərdə hərbi vətənpərvərlik mahnıları oxumalı idilər. Onların oxuduqları hərbi vətənpərvərlik mahnılarda səmimilik yox idi, hamısı qafiyədən ibarət idi. - Gəlin etiraf edək ki, heç bir sənətçimizə hərbi geyim sizə yaraşan qədər gözəl yaraşmır. Biz sizi həqiqətən bu geyimlə qəbul edib, sevmişik. - Bu mənim işimdir, bu mənim canımdan, qanımdan gəlir. Mən özüm vətənpərvər bir insanam. Mən dünyanın bütün ölkələrində olmuşam, amma beş gündən sonra darıxmışam. Öz vətənimiz üçün, havamız üçün, hətta palçıqlı küçələrimiz üçün darıxmışam. Mən vətənpərvər xanım olduğum üçün bu məndə təbii alınır. Heç vaxt hərbi geyimi gözə soxmamışam. Məni efirlərə çağıranda xahiş edirdilər ki, hərbi geyimdə gəlin. Birinə geyinirdim, birinə yox. - İndi bir çox sənətçilər geyinir hərbi geyimi, fotosessiya edirlər. Bir sözlə bu geyimə layiq olanlar da, olmayanlar da geyinir. - Bəli, bunu siz də deyirsiz. Sizdən başqa bu sözü xalqın dilindən də eşitmişəm. O vaxt, 90-cı illərdə müğənnilər vardı, hansı ki, mənə deyirdilər ki, ay Zümrüd xanım, sən kamançanı atdın, dəfi atdın, muğamları atıb, hərbi sahəyə keçdin. Niyə getdin? Sənin yerin xalq mahnıları, muğamları, təsniflərdir. O vaxt mənə lağ edən müğənnilər açdığım cığırla arxamca gəldilər. Amma ilk hərbi qadın müğənni mən oldum. - Qızınızın da yazdığı mahnılarda vətənpərvərlik mövzusu ön plandadır. Ona da yəqin ki, sizdən keçib. - Mənim qızım 4-cü sinifdə oxuyanda “Müqəddəs vətən” mahnısını yazdı. Mən həmin mahnını orkestrlə oxudum. Vətənpərvərlik əlbəttə ki, ailədən gəlir. - Zümrüd xanım, müğənni Xatirə İslamın efirlərdən pul tələb etdiyini yəqin ki, eşitmisiz. Buna münasibətiniz necədir? - Biz o vaxt dövlət televiziyasında və radiosunda mahnı oxuyurduq, bir də görürdüm ki, poçtalyon qapıya qəbz gətirirdi ki, get poçtdan pulunu al. Mən də deyirdim ki, əşşi 3 dəqiqəlik mahnı oxumuşam da, nə pul? O vaxt belə olub. Xətirlərinə dəyməsin, amma deyəcəm, efirləri müğənnilər korladılar. Onların ucbatından vaxtilə qonorar ödənilən müğənnilərə də sonradan pul vermədilər. Xatirə İslam bir yana baxanda düz deyir. Müğənni efirə çıxanda saçını düzətdirir, avtomobilinə benzin işlədir, geyiminə, makiyajına pul verir. Televiziyalar özləri fikirləşməlidirlər ki, müğənnilərin zəhməti niyə hədər getsin ki? Müğənnini çəkən rejissor, redaktor, jurnalist heyəti pul alırsa, müğənniyə də müəyyən məbləğ ayrılmalıdır. Amma hamıya yox, layiq olana. - Efirlərdən razısız? - Oğlum mən sizin həqiqətən də xətrinizi çox istəyirəm. Bu bir növ bizim aramızda yaranan qarşılıqlı hörmətdir. Dəfələrlə jurnalistlər olub ki, zəng ediblər, rayonda olmuşam. Demişəm ki, sizin xətrinizə gələcəyəm. Televiziyalar var ki, məni dəvət edir, amma mən hamısına getmirəm. Bəzən isə getdiyim üçün özümü qınayıram. Amma son illər gözəl verilişlər, savadlı aparıcılarımız çoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
|