Müğənni Səmra Rəhimli “Göz” adlı yeni klipini təqdim edib.
“MediaPost” xəbər verir ki, layihənin rəhbəri və rejissoru sənətçinin anası İlahə Baxşıyevadır. “Youtube” video hostinqində paylaşılan klip açıq-saçıq görüntülərinə görə müzakirə olunub.
S.Rəhimli isə müzakirələrə səbəb olan klipi haqda bu sözləri yazıb:
“Hərdən mənə elə gəlir ki, əvvəl səhifəm dini səhifə və izləyicilərim isə dindarlar olub. Dini məsləhətlər vermişəm, bu gün də qəfil artist olmağa qərar vermişəm, izləyicilərim çaş-baş qalıblar”.
Qeyd edək ki, mahnının söz və musiqisi Clavisə məxsusdur.