"Lazım gələrsə, açıq səhnələrdə də oynayaram"
Tarix: 15-03-2021, 09:22 |
Çap et
"Əgər tamaşada lazım gəlsə, zümzümə də edərəm. Amma müğənnilik fəaliyyəti göstərmərəm. Aktrisayam, sənətimi sevirəm, ona vurğunam. Mənim də ailəmdə qısqanclıqlar olub. Amma qarşıma işimlə bağlı qadağalar qoymayıb. O bilir ki, aktrisanın həyat yoldaşıdır, sıradan bir xanımın yox".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova "MTV Azərbaycan"a açıqlamasında deyib. Aktrisa filmlərdəki açıq-saçıq səhnələrdən bəhs edib:
"Açıq-saçıq obraz ssenari baxımından öz yerini tutursa, əsaslıdırsa, film üçün əsasdırsa, onu oynayaram. Mənim üçün maraqlı deyil kim nə danışır".