"Deyirəm ki, bir az gözləyək, bəlkə hər şey düzələ"
Tarix: 22-03-2021, 11:45 |
Çap et
Əməkdar artist Almaz Orucova oğlu Azəri evləndirməyə hazırlaşır.
Yenisabah.az xəbər verir ki, xanəndə bu haqda "Hüseynova bacıları" proqramında danışıb. O bildirib ki, oğlu üçün elçi gedib və qızın "hə"sini alıb:
"Nişan payızda olacaq. Deyirəm ki, bir az gözləyək, bəlkə hər şey düzələ. Sonra da toy edərik. Oğlumun öz seçimidir. Qızla bir yerdə oxuyublar".