“Orda bir ağız da oxumaq lazım idi, amma xəstə vaxtıma düşdü...”
Tarix: 24-03-2021, 12:17 |
Çap et
Xəbər verdiyimiz kimi Xalq artisti Arif Babayev işğaldan azad edilən Ağdamın Sarıhacılı kəndini ziyarət edib. Doğulduğu kəndi ziyarət edən muğam ustadı öz təəssüratlarını bizimlə bölüşüb.
O, Moderator.az-a açıqlamasında ata-anasının qəbrini tapmadığına görə çox pis olduğunu bildirib:
“Doğma torpağımızı ziyarət etmək arzum idi. O yerlərə ayağımı qoydum. Torpağı da öpdüm. O yerlərə gedəcəyimə söz vermişdim, amma xəstə vaxtıma düşdüyü üçün oxuya bilmədim. Orda bir ağız da oxumaq lazım idi. Ağdama bir ana lazımdır ki, qoysun qabağına ağlasın. Amma şükür Allaha otuz ildən sonra sevindik. Hər yeri axtardım ata-anamın məzarının bir daşını tapmadım. Ermənilər yolları da dəyişiblər. Dövlətimiz çox sağ olsun mənə böyük hörmət etdi. İki maşın irəlidə, iki maşın isə arxada bizi mühafizə etdi. Gedib o yerləri gördüm”.