Müharibənin taleyini həll edəcək elit əsgərlər: .....                     Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: .....                     Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib .....                     Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı .....                     “Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” .....                     Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? .....                     Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir .....                     MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır .....                     Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI .....                     Separatçıların azad olunması... .....                     Legitimliyini itirmək yolunda növbəti addım .....                     ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə .....                     Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI .....                     Aliment davaları böyüyür: Çıxış yolu tapılmır .....                     İki nişanın yanaşı olması sizi çaşdırmasın .....                     Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq .....                     Deputatdan AXCP-dəki istefaya REAKSİYA .....                     “Türkiyə bilir ki, bu savaş olacaq...” .....                     "Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?" .....                     Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq .....                     Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib .....                     Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək .....                     Gürcüstanda seçkilər: müharibə üzərində qələbə .....                     ABŞ-ı iflas gözləyir .....                     2025-ci ildə dünyanın sonu olacaq: .....                     Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. .....                     Nikol dayanmır: 5 saata 100 km yol sürdü .....                     Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib .....                     Mehdiyevlə yanaşı Həbibbəyli də .....                     Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur .....                     İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib .....                     "FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." .....                     Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... .....                     “Xain deputatlar”ın lənətlənməsi .....                     Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi .....                     Rusiyada evlənmək istəyən azərbaycanlıların .....                     Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı .....                     "Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" .....                     “Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər .....                     BMT-nin cümə axşamı: meyit ortada qalıb .....                 

"Burada azərbaycanlılar məni buraxmaq istəmir"
Tarix: 31-03-2021, 11:25 | Çap et
"Burada azərbaycanlılar məni buraxmaq istəmir"
Əməkdar artist Mətanət İskəndərli Moderator.az-ın suallarını cavablandırıb.

- Mətanət xanım, hal-hazırda Moskvadasız. Orada işləriniz necə gedir?

- Öncə sizin saytınız vasitəsilə bütün Azərbaycanı, xalqımızı və dostlarımı salamlayıram. Onların keçmiş Novruz bayramını təbrik edirəm. Mən 35 ildir ki, bu sənətdəyəm, hər dəfə Moskvaya gəlib getmişəm. Sözün düzü hazırlaşırdım ki, Almaniyaya gedim, Moskvaya iki toya dəvət alıb bura gəldim, uzun müddət qalmaq fikrim yox idi. Mən Moskvaya qışda gəlmişdim, gəldiyim müddətdə toylar çox yox idi, amma çoxlu konsert proqramlarına dəvət aldım. Amma indi toylarımız var, çünki bizim həmvətənlərimiz dünyanın hansı ölkəsində olursa-olsun qədim toy adət ən-ənəmizi yaşadırlar. Burada azərbaycanlılar məni buraxmaq istəmir. Əllərinə elə düşmüşəm ki. Deyirlər ki, səni buradan buraxmayacağıq, güclə əlimizə keçmisən (gülür).

- Amma digər sənətçilərin biznesləri olduğundan heç Bakını tərk etmədilər. Heç vaxt fikirləşməmisiz ki, bir biznes qurasız?

- Mən hər zaman istəmişəm ki, özümə biznes qurum, amma buna vaxtım olmayıb. Sənətimə o qədər bağlı olmuşam ki, ancaq onu fikirləşmişəm. Mənim biznesim öz sənətim olub, toylardan qazandığımı da həmişə sənətimə yatırım etmişəm. 700-ə yaxın mahnım var mənim. Çox şadam və sevinirəm ki, hər zaman tamaşaçı tərəfindən tələb olunan sənətçi olmuşam. Məni Mətanət İskəndərli edən də tamaşaçılarım, onların mənə, repertuarıma, mahnılarıma olan sevgiləri olub. Nə yaxşı ki, mənim var-dövlətim əsərlərim, oxuduğum mahnılar. Mən bilirəm ki, sabah dünyada olmasam da onlar yaşayacaq. Hələ də mahnılar yazdırıram, hətta Moskvada bir neçə klip də çəkdirəcəm. Mən işləməsəm dayana bilmərəm. Ona görə də bura gəldim. Çünki Bakıda toy yox, konsert yox, qazanc yox! Nə etməli idim? Bir müğənni nə qədər işsiz dayana bilər! Moskvada həm sənətimi inkişaf etdirirəm, həm də toylardan qazanc əldə edirəm. Ruzini verən Allahdır. Pul arxasınca heç vaxt qaçmamışam, qazancımın bərəkətli olmasını Allahdan istəmişəm. Onun icazəsi olmadan ağacdan yarpaq da düşə bilməz. Burada pandemiya heç hiss olunmur, həyat öz axarı ilə gedir. Koronovirus burada çox da meydan sulamır, bizimlə “çiling-ağac” oynamır. Hətta xəstələnmişdim, qorxurdum ki, koronavirus olaram. Burada azərbaycanlılar sağ olsunlar, neçə-neçə gözəl ailə ilə tanış olmuşam, qonaq aparırlar məni. Xəstələnəndə mənə əriştəyə kimi, əvəlikli umaca kimi hazırlayıb gətirmişdilər, küpə qoydular, qan aldılar, sağaltdılar məni. Sağ olsunlar başıma dolanırlar.

- Ara-sıra Bakıya gəlib-gedirsiz?

- 3 aydır ki, gəlmirəm. Ən çox nəvələrim üçün darıxıram. Ən çox da qız nəvəm, adımı daşıyan Mətişim üçün darıxıram. Ruhlan nəvəm də arada nəsə istəyəndə deyir ki, “Çəpənçə, filan şey istəyirəm” görürəm ki, yazır (gülür). Mətanət nəvəm hər gün zəng edir ki, mən səni çox istəyirəm. Onlar mənə “Çəpəncə” deyirlər. Onlar mənim nəfəsimdir! Bütün dostlarım üçün, Bakı üçün darıxmışam. Vətəndən uzaqda olanda daha da çox istəyirsən oranı.

- Moskvaya getməyinizin səbəbi təkcə toy idi yoxsa başqa səbəblər də var idi?

- Xeyr, başqa nə səbəb ola bilər ki? Bəzi sözgəzdirən insanların bir çoxu yazır ki, “ayyy getdi Moskvaya”. Guya bir birinci dəfədir ki, Moskvaya gəlib gedirik. Bizim işimiz bundan ibarətdir də.

- Mətanət xanım, son aylar sizin ünvanınıza qarşı çox iddialar səslənir, qarayaxma kampaniyalarına start verilib. Siz bir dəfə də olsun ki, bir söz danışmamısız, təbii ki, sizi müdafiə edən sənət dostlarınız çox oldu. Bütün bunlara veriləcək cavabınız var?

- Təbii ki, mənə qarşı haqsızlıqlar hər zaman olub və indi də var. Yenə də şükür Allahın məsləhətin. Bizim dünyaya gəlişimiz imtahandır. Mən də belə anlarda Allahdan səbr və dözüm diləyirəm. Təki Allah bizi bundan da çətin imtahanlara çəkməsin. Hər şey Allahın qismətidir. İnsan yaşa dolduqca, həyatı başa düşdükcə gileylənmir. Təki ölüm-itim olmasın, can sağlığı olsun. İnsanın həyatında hər şey ola bilər. Taleyimizə nə yazılıbsa onu da yaşayacağıq. Mən naşükür bəndə deyiləm. Çətin anlarım olanda, haqsızlıqlarla üzləşəndə deyirəm ki, Allahım şükür sənin məsləhətinə. Dünya zülmlü, haqsız dünyadır, nahaq dünyadır. Belə şeylər təkcə mənim başıma gəlməyib ki. Tanınmış insanlara daş atanlar çox olur. Quyu qazmaq istəyənlər, qara yaxıb, gözdən salmaq istəyənlər olur. İbrahim Tatlısəs demişdi ki, tanınmış olmaq, alovdan don geyinmək kimi bir şeydir. Bu söz hər zaman mənim yadımda qalıb, hələ 20 il əvvəl demişdi. Allah bilir ki, kim necədir, kim nətərdir? Allah hamı üçün xeyirlisini qismət etsin. Çünki başqasının xoşbəxtliyini istəməyən insan heç vaxt özü xoşbəxt ola bilməz. Gərək sən bütün ətrafına xoşbəxtlik arzu edəsən ki, özün də xoşbəxt olasan! Hamını bəxtəvər, xoşbəxt görmək istəyirəm. Dərdli görmək istəmirəm, bir dərdli adam görəndə elə bilirəm ki, öz dərdimdir, özümə gələ bilmirəm. Mən həyatı belə başa düşürəm.

- Azərbaycana nə vaxt qayıdacaqsız?

- Arzu edirəm ki, tezliklə gözəl vətənimizdə, ölkəmizdəki o toylu-düyünlü, xoşbəxt günlər geri qayıtsın. Biz də köçəri durnalar kimi qayıdıb gələk öz elimizə, vətənimizə. Mənim bu mövzuda bir mahnım da var. “ Telli durna, sanmakı yaralı, sancılmış qanadı ötən buluda, bir gün gələr, uçar öz yurduna”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibənin taleyini həll edəcək elit əsgərlər: - Kremlin son ümidi
Bu gün, 06:43
Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: - Qadağan edildi
Bu gün, 06:36
Qarabağdan köçən 3 431 nəfər Ermənistan vətəndaşlığını qəbul edib - AĞILLANIRLAR...
Bu gün, 06:34
Bu ölkələr Gürcüstandakı seçkiləri tanımadı - Bəyanat
Bu gün, 06:29
“Toylarda aşığı atıb-tuturlar, çiyinlərinə götürürlər, bu saza hörmətsizlikdir” - ETİRAZ
Bu gün, 06:25
Putini xilas edəcək əsgərlər: Yoxsa sadəcə səs- küy? - NƏ BAŞ VERİR?
Bu gün, 00:05
Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - ÇAĞIRIŞ
Bu gün, 00:02
MDB rəhbərliyi Güney Qafqazda sülhdə maraqlıdır - AÇIQLAMA
Dünən, 19:05
Gürcüstandakı seçkilərin son nəticələri AÇIQLANDI - BUNDAN SONRA...
Dünən, 19:00
Separatçıların azad olunması... - Bu axmaq ideyanı kim gündəmə gətirir?
Dünən, 18:00
Legitimliyini itirmək yolunda növbəti addım - Görünəni odur ki...
Dünən, 17:52
ATƏT PA missiyasından Gürcüstandakı seçkilər barədə AÇIQLAMA
Dünən, 17:50
Rəsmi Tiflis də soydaşlarımıza BORCLANDI - FAKT BUDUR!
Dünən, 17:43
Aliment davaları böyüyür: Çıxış yolu tapılmır - NƏ ETMƏLİ?
Dünən, 17:40
İki nişanın yanaşı olması sizi çaşdırmasın – 60 manat cərimə oluna bilərsiz
Dünən, 17:38
Xalq sözünü dedi, Gürcüstanda inqilab olmayacaq - ŞƏRH
Dünən, 17:32
Deputatdan AXCP-dəki istefaya REAKSİYA - “Fərqli düşüncələrə yol verilmir”
Dünən, 17:30
“Türkiyə bilir ki, bu savaş olacaq...” - Orta Doğu ilə bağlı qorxulu planlar...
Dünən, 17:26
"Özünüzü saf aparmayın, bilmirsiniz ki, efir gecikmə ilədir?"
Dünən, 17:23
Gürcü Arzusu qalib gəldi, bizim üçün çətin olacaq – Duqin
Dünən, 17:21
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
Dünən, 15:26
Təhlükəli hadisələr olacaq: Ermənistan bu ölkə ilə birləşəcək – Qriqoryan
Dünən, 15:14
Gürcüstanda seçkilər: müharibə üzərində qələbə - Bahəddin Həzi yazır...
Dünən, 14:53
ABŞ-ı iflas gözləyir - Mask xəbərdarlıq etdi
Dünən, 14:48
2025-ci ildə dünyanın sonu olacaq: - Vanqa və Nostradamusun qorxulu proqnozları
Dünən, 14:43
Fuad Nəcəfli Talıbovun yolunu gedir, YOXSA?.. - DÖVLƏT... DÖVLƏTÇİLİK nədir... bilməyəndə belə olur...
Dünən, 14:37
Nikol dayanmır: 5 saata 100 km yol sürdü - özü açıqladı
Dünən, 14:31
Paşinyan da “Gürcü Arzusu”nu təbrik edib
Dünən, 14:28
Mehdiyevlə yanaşı Həbibbəyli də MÖVQEYİNİ İTİRİB
Dünən, 13:07
Azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur - Mikaelyan
Dünən, 13:04
İran BMT TŞ-dən təcili iclası keçirməyi tələb edib - GƏLİŞMƏ
Dünən, 12:51
"FHN-də nə texnika qalıb, nə də kadr... Hamısı yeyilib, dağılıb, talanıb..." - ETİRAZ VAR!
Dünən, 12:48
Yüksək məbləğli tenderləri qazanan "Hacı Qurban"ın QANUNLARLA arası yaxşı deyil... - yarım milyon manata yaxın vergi borcu var
Dünən, 12:40
“Xain deputatlar”ın lənətlənməsi – “Yada düşər xatirələr” silsiləsindən
Dünən, 12:37
Adnan Oktarın 2 milyardlıq sərvəti dövlətə keçdi
Dünən, 12:26
Rusiyada evlənmək istəyən azərbaycanlıların DİQQƏTİNƏ
Dünən, 12:21
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı – 1999-cu ilin bu günü baş verənlər
Dünən, 12:14
"Gürcülər anlayır ki, yaxın gələcəkdə onları nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər" - Bakıdan REAKSİYA
Dünən, 12:10
“Gürcü Arzusu”na ən çox ermənilərin və azərbaycanlıların yaşadığı bölgələrdə səs veriblər - SİYAHI
Dünən, 12:07
BMT-nin cümə axşamı: meyit ortada qalıb - Ölünü basdırmağın zamanıdır...
Dünən, 12:03
Gənc aktyorumuz görün, nə ilə rastlaşdı... - FOTO
Dünən, 10:35
Şuşadakı milyonluq tenderlərin qalibi məhkəmə qarşısında - Yüksək məbləğdə cərimə gözləyir
Dünən, 10:30
Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi və... BAKIYA DƏVƏT ETDİ
Dünən, 10:24
Qərb ümid etməsin: Ukrayna bufer-zona olmayacaq - Çalıy
Dünən, 10:20
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır? - AKTUAL
Dünən, 10:17
Qazaxıstan BRICS-ə qoşulmaqdan niyə imtina edib? - Səfir DETALLARI AÇIQLADI
Dünən, 10:06
Sahib Məmmədov "köhnə komanda"nı sürətlə yola salır - AHİK necə dəyişir
Dünən, 10:03
İcra başçısının oğlu məhkəməyə verildi - BUNA GÖRƏ
Dünən, 10:01
“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur - MÜHÜM XƏBƏR ÜNVANI...
Dünən, 09:53
"Xəzər RİH bizi yola verir" - Şəhid ailəsini ƏLƏ SALIRLAR?
Dünən, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru