"Sənəd üzərində Nəsibə xanım mənim anam, atam Cahangir isə qardaşım gedir"
Tarix: 20-04-2021, 08:27 | Çap et
Bu gün Xalq artisti, görkəmli aktrisa Nəsibə Zeynalovanın doğum günüdür. Sevilən aktrisanın 105 yaşı tamam olur. Sənətkarın adını daşıyan nəvəsi Nəsibə Əsgərova Moderator.az-ın suallarını cavablandırıb. - Nəsibə xanım, bu gün sizin nənənizin, bizim isə sevimli gülüş ustamızın doğum günüdür. Nəsibə xanımı nənə kimi necə xatırlayırsız?
- Nəsibə xanım yaddaşımda yalnız xoş xatirələrlə qalıb. Onu hər zaman gülərüz, qayğıma qalan, saçımı hər gün tumarlayıb hörən, yeməyin ən gözəl tikəsini, hər şeyin ən yaxşısını mənə seçib verən, hər zaman ailəsini, bizi düşünən insan kimi xatırlayıram. - Səhv etmirəmsə sizi rəsmi şəkildə övladlığa da götürmüşdü. Bu həqiqətdirmi? - Bəli, Nəsibə xanım məni rəsmi şəkildə övladlığa götürüb. Qızı olmasını çox istəyib, amma qismətinə bir oğul, atam Cahangir Novruzov olub. Mən martın 21-də Novruz bayramı günü doğulmuşam, atamla anam istəyib ki, adımı Bahar qoysunlar. Amma nənəm təkid edib ki, öz adımı qoyacağam. Sözsüz ki, nə anam, nə də atam buna etiraz edib. İllər keçəndən sonra Nəsibə xanım məni rəsmi şəkildə öz qızı kimi övladlığa da götürüb. Sənəd üzərində Nəsibə xanım mənim anam, atam Cahangir isə qardaşım gedir (gülür). - Nəsibə xanım səhnədə hökmlü, sərt qaynana obrazı yaratmışdı. Evdə necə qaynana idi?
- Nəsibə xanım səhnədə həqiqətən də sərt, ciddi, hökmlü qaynana idi. Amma həyatda elə insan deyildi. Nəsibə xanımın anam Elnarə xanımla münasibəti çox səmimi, ana-qız münasibəti idi. Özünüz də bilirsiz ki, ailədə söz-söhbət hər zaman olur, amma atamla sözü düşsə də anamla hər zaman mehriban dolanıb. O anamı qızı kimi çox istəyib, anam da ona “mama” deyib, “siz” deyə müraciət edib. - Nəsibə xanım necə insanları sevirdi? - Nəsibə xanım dürüst insanları sevirdi, yaltaq, yalançı insanlarla heç arası yox idi, münasibət qurmazdı. Mərdi-mərdanə sözü üzə deyən insan idi, hamıdan da bunu tələb edirdi. Heç bir kəsin arxasınca danışmağı xoşlamazdı. - Səhv etmirəmsə bir müddət siz də nənənizin sənətini davam etdirmisiz. Bəs niyə yarımçıq qaldı? - Mən Mədəniyyət və İncəsənət universitetinin Teatrşünaslıq fakültəsini bitirmişəm, daha sonra da Kinoşünaslıq fakültəsində magistr təhsili almışam.Bir neçə il də Gənc Tamaşaçılar Teatrında aktrisa kimi çalışmışam.Nəsibə xanımın səhhəti çox pis idi, ailəmlə belə qərara gəldim ki, mənim evdə olub ona qulluq etməyim daha məqsədəuyğundur, nəinki səhnədə olmağım. Daha sonrakı illərdə artıq övladlarım var idi, mən özümü başqa bir sahədə sınadım. İndi də Diasporla İş üzrə Dövlət Komitəsində çalışıram, gördüyüm iş mənə daha xoş gəlir. Bu da mədəniyyətin bir qoludur. Çünki biz dünyada yaşayan azərbaycanlılarla əlaqə saxlayıb, ölkəmizin incəsənətini, mədəniyyətini tanıtdırırıq. Mən öz işimi bu yolda davam etdirirəm.
- Nəsibə xanımın heyvan sevgisi bir başqa olub. Hətta pişiyi üçün elçi getdiyi də deyilir. Bu elçilik həqiqətən olub? - Nəsibə xanım heyvanları, canlıları çox sevərdi. Onun evində hər zaman pişik olardı. Demək olar ki, uşağlıqdan bizim evdə 3-4 pişik olub. Nəsibə xanım pişikləri körpə vaxtından götürüb saxlayardı. Doğrudur, onun bir pişiyi var idi, Nəsibə xanım xəstəxanada yatanda o pişiyi həyətdən götürmüşdü. Zaman gəldi və biz düşündük ki, bu pişik evlənməlidir (gülür). Nəsibə xanım bir xonça bəzəyib bir qohumumuza zəng etdi ki, gəlirik sizə, sizdə bizə aid bir qız var. Getdik pişiyin elçiliyini edib, qızı gətirdik. Sonra xəbər gəldi ki, o pişiyin balaları olub (gülür). Ümumiyyətlə Nəsibə xanım heyvansevər idi, heyvanları xoşlayırdı. Heyvanlar da onun enerjisini hiss edirdilər. Hansı heyvanı əlində tutub, qucağına alırdısa mütləq şəkildə yuxuya gedirdilər. Hətta onu da deyim ki, bir tutuquşu da saxlayırdı. Nəsibə xanım hər gün işdən gələndən sonra oturub onunla söhbət edirdi, o da Nəsibə xanımın səsi ilə onunla danışırdı. 60-70 söz ehtiyyatı var idi. - Ömrünün son günlərini necə xatırlayırsız? - Sözsüz ki, kədərlə xatırlayıram, çünki Nəsibə xanım çox pis xəstə idi. Ölümündən 7 ay əvvəl ağır vəziyyətdə yorğan-döşəyə düşmüşdü. Onu həmin vəziyyətdə görmək mənim də, yaxınlarımın da ürəyinə bir dağ çəkmişdi. Çünki biz hər zaman nənəmi gülərüz, zarafatcıl, maraqlı və xoş söhbətləri ilə yadımızda saxlamışıq. Amma son günlər Nəsibə xanım bir çiçək kimi solub gedirdi. Amma ona baxmayaraq son dəqiqəsinə qədər zarafatından qalmırdı. Son ölüm günü ona Teatr Xadimləri İttifaqının təsis etdiyi medalı gətirdim. Dedim ki, nənə bu medal sənindir. Medala baxıb dedi ki, qızıldandır? Dedim ki, yox nənə, qızıl suyuna salınıb. Bir içim su verdim ona! Soruşdum ki, nənə ürəyin nə istəyir? Dedi ki, ürəyim nə istəyəcək? Cahangir sabah gəlir, maşallah nəvələrim, nəticələrim hamısı yanımdadır, Allah hamısını saxladım. Bu sözdən yarım saat sonra nənəm dünyasını dəyişdi. O dünyasını dəyişəndə otaqdakı saat da dayandı.
- Nəsibə xanımdan nə öyrəndiniz və nəyi öyrənə bilmədiniz? - Nəsibə xanımdan düzgün-dürüst insan olmağı, Azərbaycan xanımına xas olan bütün hərəkətləri, xüsusiyyətləri öyrəndim. Nəsibə xanım elə bir sərvət idi ki, mən ondan çox şey öyrənə bilərdim, çox təəsüf edirəm ki, mənim nənəmlə yaş fərqim böyük idi. Bilirsiz ki, Nəsibə xanım 38 yaşında övlad sahibi olub, atam Cahangiri dünyaya gətirib. Belə baxsaq mən onun nəvəsi yox, nəticəsi yaşında idim. Mən nənəmin uşaq olarkən mənə danışdıqlarını anlayanda artıq o xəstə idi, bu da mənim yetkinlik dövrümə təsadüf edirdi. Düşünürəm ki, indiki yaşım olsaydı Nəsibə xanımı qabağımda otuzdurdub, nələr soruşmazdım ki?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|