Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                     "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır .....                     "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" .....                     Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... .....                     BP AGT rəhbərliyində yeni təyinatlar olub .....                     4 yüksək posta təyinat OLA BİLƏR .....                     Qazaxıstanın Bakıdan qəribə gözləntisi .....                     Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir .....                     Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi .....                     Bu ölkə "S-300"lərini Ermənistana VERİR .....                     Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı .....                     Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... .....                     Ədalət Verdiyevi hansı cəza gözləyir? .....                     Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər .....                     AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                 

"Biz Amerikada yaşamırıq və Hollivud aktyorları deyilik" - Xalq artisti
Tarix: 11-06-2022, 08:53 | Çap et
"Biz Amerikada yaşamırıq və Hollivud aktyorları deyilik"
Xalq artisti Vidadi Həsənovun rəhbəri olduğu “M. Teatr” yeni məkanda öz fəaliyyətini bərpa edir. Uzun illər məkan baxımından əziyyət çəkən teatr bir-birinin ardınca yeni tamaşalar təqdim edəcək.

Həm yeni tamaşalar, həm Azərbaycanda özəl teatrların fəaliyyəti, uğurları, problemləri barədə suallarımıza Vidadi Həsənovla cavab tapmağa çalışacağıq. DİA.AZ teleqraf.com-a istinadla xalq artisti ilə müsahibəni təqdim edir.

-Vidadi müəllim, bir fikriniz diqqətimi çəkib. Deyirsiniz, sənət adamlarının ölüm səbəbi birdir- kasıblıq.

-Bəli, sənət adamlarının ölüm səbəbləri birdir. Söhbət əsl sənətçilərdən gedir.

-Bu kasıblıq maddi, yoxsa mənəvi baxımındandır?

-Biz Amerikada yaşamırıq və Hollivud aktyorları deyilik. Həyat və mühit şərtləri necədirsə, teatr da o cürdür. Həyat və mühit şərtləri necədirsə, cəmiyyət və insanlar da o cürdür. Təəssüf ki, biz mənəvi məsələlərin sosial-ictimai məsələlərlə bağlılığı olmadığı düşüncəsindəyik. Əksinə bunlar hamısı bir- birinə bağlıdır və yalnız belə olanda harmoniya olur. Olmayanda hər şey qəlizləşir.

Çox sevdiyim uşaq nağılı olan Kiplinqin “Mauqli”sində maraqlı bir personaj var- Qartal. O meşənin üstündən uçur və tezissayağı bir söz deyir: biz hamımız bir sürüdən, bir qandanıq. Bu mənada mən düşünürəm ki, incəsənət adamları bir sürüdən, bir qandandırlar. Ona görə də onların ölüm səbəbləri də birdir.

Maddiyatı dansanız ümumiyyətlə yaşaya bilməzsiniz. Və onu inkar etmək normal davranış deyil. İnsanın mənəvi durumu maddi durumundan, maddi durumu da mənəviyyatından asılıdır. Deyəndə ki, incəsənət adamını ancaq sənət düşündürməlidir, onda dövlət məmuru ancaq dövləti düşünsün. Çox hörmət etdiyimiz Milli Məclisin deputatlarına baxın, kənardan deyirlər ki, onlar çox yaxşı yaşayırlar. Amma onlar da maaşlarının artmağını, ev istəyirlər. Deməli insanın rifahını yaxşılaşdırmağa ehtiyacı var. Ona görə sənət adamları hava, su, ilham pərisi ilə dolanmırlar ki...

-Vidadi bəy, güman etmirəm ki, bu sənətə gələndə pulun olmayacağını düşünməmisiniz.

-Əlbəttə bilirdim. Neçə illərdir ki, pedoqoji fəaliyyətlə məşğulam. Tələbələrimə deyirəm, düşünməyin ki, aktyor sənəti ilə geniş imkanlar əldə edəcəksiniz. Bu olmayacaq. Xüsusilə universiteti bitirdiyinizdən sonrakı uzun illər ərzində çox az maaşa işləyəcəksiniz. Əgər buna razı olub, əziyyətinə qatlaşacaqsınızsa əlbəttə, o da sizə bir zaman bunun əvəzini qaytaracaq.

-Səhv etmirəmsə, sonuncu nəşr etdirdiyiniz kitab- “Səhnələşdirmələr toplusu”dur.

-O kitabı çap etdirməyimin səbəbi var. Adətən gənc rejissorlar, aktyorlar xüsusilə tələbəlik illərində səhnə üçün material axtaranda çox çətinlik çəkirlər. Pyeslərdə iştirakçı sayı çox, hadisələr bir neçə məkanda baş verir. Bunu kiçik imkanlarla tələbələrin etməyi çox əziyyətli və çətindir. “Səhnələşdirmələr toplusu”nda hadisələr bir məkanda baş verir. Pyeslərdə personajların sayı birdən beşə qədərdir. Tələbələr, gənc rejissorlar, aktyorlar, yeni yaranan teatrlar bu kitabdan yararlana bilərlər.

Bizdə çox yazarlarımız dramaturgiya ilə məşğul olmurlar. Dramaturgiyaya müraciət edəndə niyyətləri onun tez bir zamanda tamaşaya hazırlanması olur. Kiçik, böyük həcmli pyeslər yazılmalıdır.

Digər tərəfdən aktyor, rejissor peşəsi ilə bağlı da kitab qıtlığı var. Bu kitabların əksəriyyəti biz oxuduğumuz dövrdə rus dilində idi. Aşağı –yuxarı rus təhsilimiz olduğuna görə onları başa düşə bilirdik. İndiki uşaqlar rus dilində oxuya bilmirlər. İngilis dilini də hamı bilmir. Bu uşaqlara tövsiyyə olunacaq kitabların sayı olduqca azdır. Mədəniyyət Nazirliyi kitabların tezlikcə tərcümə olunması ilə bağlı layihələr həyata keçirməlidir.

Təsəvvür edin, kitab qıtlığımız davam edə-edə hər il nə qədər tələbə məzun olur. Bəs biz onlara nə öyrədirik?

-Özünüz pyes yazmısınız?

-Mən pyes yazmışam, kitabda da çap olunub. Amma absurd əsərdir.

-Ümumiyyətlə, gənc dramaturqların pyesləri ilə tanışsınız?

-Ülviyyə Heydərova çox gözəl əsərlər yazır. Əsərləri Bakıda, Sumqayıtda, Rusiyada tamaşaya qoyulur. Yazarlarımız var, amma çox azdır. Bir çiçəklə yaz gəlmir.

Gənc yazarlarımıza irad kimi demirəm. İndi kimdən soruşursan deyir, roman yazıram. Böyük yazıçılar romandan qorxurdu, bunlar isə əlinə qələm alan kimi roman yazırlar. Hələ bir aşağıdan başla sonra roman yazarsan.

Hər bir əsərin məzmununda dramaturgiya var. Ən kiçik minimalist əsərlərdə belə...İdeya strukturu olmadan əsər olmayacaq. Roman yazmaq niyə asandır? Çünki nə istəyirsən yazırsan. Hekayədə hər şeyi qısaca və məhdud halda yazmalısan.

Dramaturgiya elə bir sahədir ki, onun üçün səriştə, teatrı, aktyorluğu, rejissorluğu bilmək lazımdır. Bu daha qəlizdir.

-Bəlkə pyes yazırlar, sadəcə onu təqdim etməyin yollarını bilmirlər?

-Ülviyyə xanımdan nümunə gətirəcəm. Yazıçı da öz əsəri ilə özü məşğul olmalıdır. Onun həyata keçməsi üçün əziyyət çəkməli, yollar axtarmalıdır.

Ətraflı
-“M. Teatr”da tamaşaçının zövqü mütləq nəzərə alınmalıdır. Çünki sizin teatrın yaşaması tamaşaçıya bağlıdır. Onlar bilet alıb gəlməlidir ki, teatr yaşasın. Dövlət teatrları bu prinsiplə işləmirlər.

-Dövlət Teatrının özəl teatrlardan fərqi var. Mən Yuğ Dövlət Teatrında işləyirəm. Orada repertuar seçimi var, rejissorlar istədikləri əsərləri gətirirlər, Bədii Şurada müzakirə olunur. Və mövsüm ərzində qoyulacaq tamaşaların siyahısı hazırlanır.

Amma müstəqil teatrlarda yanaşma bir az fərqlidir. Elə tamaşa hazırlanmalıdır ki, tamaşaçı gəlib baxsın. Bizim hazırladığımız “Məsəl ya...” tamaşası misal gətirim, mövzunun aktuallığını, tamaşanın formasını insanların maraq dairəsi çərçivəsində düşündük. Tamaşanın janrı dialoq, mühakimədir. Hər dəfə səhnədəki aktyorlar insanlara müraciət edirlər.

İkinci tamaşanı – “Bir gecənin nağılı”nı hazırlayanda orada da məqsədimiz var idi. Bu iki gəncin arasında sevgi əhvalatı idi. Çox aktual məsələdir, çünki gənclərin həmişə sevəcəklər.

Aktyor seçimi edərkən, zamanın gənc, tanınmış aktyorlarını dəvət etməlisən. Tamaşaçını teatra gətirmək üçün bu da az əhəmiyyət kəsb etmir.

Yeni yarananda daha çox gənclər üçün nəsə etməyə çalışırdıq. Amma cəmiyyətimizin yaşlı zümrəsi də var. Hətta ziyadə yaşlı zümrəsi var: artıq kişi qadınını, qadın həyat yoldaşını itirib. O yaşdadır ki, övladları ondan üz döndərib, yaxud övladlarının ona münasibəti dəyişib. Həyatdır...”Vidalaşmadan getməyin” tamaşası məhz belə bir insanın problemlərini əhatə edən tamaşadır. Düşünürük ki, bu cəmiyyətin əksər hissəsinin deyil, müəyyən hissəsinin marağına səbəb olacaq.

Özəl teatrda sən əvvəldən tamaşaya baxan kontingenti, onu neçə dəfə oynaya biləcəyini müəyyənləşdirməlisən. Çünki xərc çəkirsən. O xərci o tamaşadan çıxarmalısan. Aktyora az da olsa maaş verməlisən. Ofisin kirayəsi, geyim, qrim...Ən gözlənilməzi isə “digər xərclər” bölməsidir. Bunlar hamısı nəzərə alınır.

Əlbəttə, teatr o sahə deyil ki, sən ordan pul qazanasan. Amma teatr o sahədir ki, başqa yerdə qazandığımızın müəyyən hissəsini burda xərcləyib öz sevdiyimiz işlə məşğul oluruq.

-“M. Teatr” bu gün yaşayırsa demək tamaşaçı teatra bilet alıb gəlir.

-Açığını deyim, uzun müddət pandemiya oldu. Pandemiyadan əvvəl Mədəniyyət Nazirliyi özəl teatrlara ayda bir dəfə hansısa teatrda tamaşa göstərməyə icazə verirdi. Biz də imkandan istifadə edib, bilet satırdıq, vergimizi verirdik və dövlət bizdən başqa nəsə istəmirdi. Qalanı bizim qazancımız olurdu, bunu da növbəti tamaşaya sərf edirdik. İndi Mədəniyyət Nazirliyinə yeni kollektiv gəlib, hələ ki, biz onlardan özəl teatrlara qarşı jest görmürük. Onlar bizə bina vermirlər. Yalnız “Əsa Teatrı”na bu imkan verilib. Güman ki, inkluviz teatr olduğuna görə güzəşt edirlər.

Hazırda Bakıda 17-ə yaxın müstəqil teatr var.

-O qədər var?

-Bəli. Biz “Müstəqil Teatrlar” festivalında bunun əyani şahidi olduq. Əksəriyyəti gənclərdir, aralarında ən qocası mənəm.

Amma bu teatrların hazırladıqları tamaşanı göstərmələri üçün məkanları olmalıdır. Bu mənada onlara şəraiti yaratmaq lazımdır.

Uzun illərdir biz Azərbaycanda teatrın inkişafı ilə bağlı mübahisələr aparırıq, konfranslar keçiririk, heç bir nəticə yoxdur. Niyə yoxdur? Çünki dövlət sektorunun yanında mütləq özəl sektor fəaliyyət göstərməlidir. Bizim həm dövlət, həm özəl teatrlarımız olmalıdır. O zaman inkişaf da rəqabət də həmiçinin həqiqi teatr münasibəti olacaq.

“Şahmat” adında bir teatr var. Bizdən fərqli olaraq həftənin şənbə-bazar günü tamaşa göstərirlər.

Bizim bu vaxta qədər tamaşalarımızı göstərə biləcəyimiz məkanımız yox idi. Şahbaz Xuduoğlunun sayəsində artıq bu məkan var.

-Biletlərin qiyməti tamaşadan- tamaşaya dəyişirmi?

-Bu tamaşaya çəkdiyin xərcdən, tamaşanı oynamaq imkanından asılı olacaq. Hazırda yalnız Bakıda tamaşa oynaya bilərik. Müstəqil teatr olaraq bölgəyə getsək, yollarımız bağlıdır, icazə yoxdur. Getsən də sənə şərait yaratmırlar, məkan vermirlər. Dövlət teatlarının özləri belə çox çətinliklə qastrol səfərlərinə gedirlər.

-Teatr festivallarının birində belə bir fikir səsləndi, müstəqil teatrlar dövlətdən maliyyə yardımı alsın. Bu fikirlə razısınız? “M. Teatr”ın dövlət statusu almaq fikri var?

-Xeyir. Belə bir fikrimiz yoxdur.

Sualınıza gəlincə, qeyri- hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı iki fikir hökm sürürdü. Bir fikir onların xaricdən maliyyələşməsi ilə bağlı idi. Dövlət ona maliyyə vermirsə sual yaranırdı, o hansı vəsaitlə mövcud olur. İndi dövlətimiz bunun qarşısını almaq üçün bütün qeyri- hökümət təşkilatlarını özü maliyyələşdirir. Bu təşkilatların fəaliyyəti əslində dövlətin sturukturlarını nəzarətdə saxlayır. Sosial-ictimai məsələri həyata keçirir.

Yaxın ölkələrdə özəl teatrlara dövlətin dəstəyi var. Bizdə maddi baxımdan dəstək olmasın, amma dövlət mənə o pulu qazanmağa şərait yaratsın. Çıxış yolu budur: dövlət iri şirkətləri verginin müəyyən faizindən azad edir, onda həmin şirkətlər teatrların, kino çəkənlərin arxasınca qaçacaqlar. O zaman biz dövlətə deməyəcəyik: pul ver kino çəkək, pul ver tamaşa hazırlayaq. Niyə? Özümüz edəcəyik, amma dövlət buna şərait yaratmalıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48
Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45
Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru