"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar" .....                     İran səhvə yol versə yenidən vuracağıq! .....                     Arağın qiyməti qalxacaq? .....                     Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub .....                     Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət .....                     Əliyevin uğurlu BRICS diplomatiyası .....                     Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... .....                     47 yaşlı elektrik faciəli şəkildə öldü .....                     Naxçıvanda KTN sistemi niyə irəli getmir... .....                     Paşinyan KAZANDA NƏ QAYNATDI? .....                     `Kontakt Home` hər yerdə elə eynidir... .....                     İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı .....                     Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib .....                     Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR .....                     Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır .....                     Nazir NK-nın qərarlarını SAYA SALMIR... .....                     GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                     Dəfələrlə izah etməyə çalışsaq da... .....                     Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? .....                     İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                     İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib .....                     "COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." .....                     “Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” .....                     Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                 

“Kişi idilər Ramiz Mehdiyev vəzifədə olanda bu sözü deyərdilər” - Şeyx Əbdül Mahmudbəyov
Tarix: 17-06-2022, 08:35 | Çap et
“Kişi idilər Ramiz Mehdiyev vəzifədə olanda bu sözü deyərdilər”
Əməkdar incəsənət xadimi, Rasim Balayevin sədrlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, şair Baba Vəziroğlu maraqlı iddia ilə çıxış edib. O deyib ki, kino ittifaqlarının parçalanmasında əsas rolu Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyev oynayıb.

“Hər şey gözümüzün qarşısında oldu. Hamımız bilirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı necə yarandı... Daha doğrusu, onu necə yaratdılar. Onlar deyirlər ki, biz yaratdıq. Amma o ittifaqı Ramiz Mehdiyevin başçılıq etdiyi bir qrup - Rüstəmi düşmən elan etmək, Prezidentin ətrafını zəiflətmək istəyən və bu gün ifşa olunub hərəsi bir dərədə gizlənən korrupsiyaçı, düşmənin lehinə işləyənlər yaratdı. Rüstəm müəllimin başçılıq etdiyi ittifaqı gözdən salmaq, dağıtmaq üçün... Qeydiyyata alınmadığına görə ”respublika" sözünü də əlavə etdilər. Beləcə, gözümüzün qabağında yaranan bir ittifaq oldu. Ona görə də heç kim onu yaratmaqla kinoya böyük xidmətlər göstərməsi adı ilə qürrələnməsin. Onu da deyim ki, çox vicdanlı kinematoqrafçılar, ölkə kinosu üçün böyük xidmətləri olan insanların heç biri Ramiz Mehdiyev dəstəsinin onlara göstərdiyi konfetə aldanmadı. Kinematoqrafçılar arasında vicdanlı, sədaqətli insanlar da var. Onların böyük əksəriyyəti Kinematoqrafçılar İttifaqının krizis dövrlərini şükranlıqla keçdilər. Bir gün gələr haqq-ədalət yerini tapar deyərək... Doğrudan da bir gün gəldi. Rüstəm müəllim ali səviyyədə dəvət olundu. Kinematoqrafçılar İttifaqı yenidən öz məcrasına qayıtdı. Bunu oradakı bir çoxları - vaxtilə onunla çörək kəsmiş, birlikdə kinoya xidmət etmiş, evində olan və nəhayət, dost sanılan bir çox xəyanətkar insanlar bunu həzm edə bilmədilər. Ona görə stəkanda tufan qoparmağa çalışdılar", deyə Teleqraf.com-a müsahibəsində deyib.

B.Vəziroğlu deyib ki, sonradan süni şəkildə yaradılmış ittifaq çox yaşaya bilməz: “1963-cü ildə təməli qoyulmuş əzəli, əbədi Kinematoqrafçılar İttifaqı var və Azərbaycan kinematoqrafçılarının qaymağı orada cəm olub. Gec-tez o biriləri də məşhur filmdəki sözdən sitat gətirərək cavab verəcəm: səhv eləmisən, götür tüfəngi keç bizim tərəfə. Yəqin ki, onlar da bir gün səhv etdiklərini anlayacaqlar. Və ”çörəyə xəyanət", “dosta xəyanət” damğasından qurtulmaq üçün haqq yoluna qayıdacaqlar".

Xatırladaq ki, hazırda xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqı 1963-cü il yanvarın 13-də yaradılıb. Rüstəm İbrahimbəyov 1981-ci ilin mayında təşkilatın idarə heyətinin birinci katibi, 2003-cü ilin yanvarından 2022-ci ilin martına qədər sədri vəzifəsində çalışıb. İttifaqın idarə heyətinin üzvləri aşağıdakılardır:

Xalq yazıçısı Anar, şair Baba Bəziroğlu, Həmidə Ömərova, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Cəmil Fərəcov, Qulu Məhərrəmli və digərləri.

Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci il 21 iyunda təsis edilib. İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.

“Kino ittifaqını iki yerə Ramiz Mehdiyev parçalayıb” ittihamına gəldikdə isə son vaxtlar bu barədə bir sıra tanınmışlar üstüörtülü də olsa fikirlər səsləndirirlər. Belə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Qulu Məhərrəmli “Yeni Müsavat”a ötən müsahibəsində kinematoqrafçılar ittifaqının fəal məmur müdaxiləsi ilə iki yerə parçalandığını demişdi: “Əsas ittifaq Rüstəm İbrahimbəyovun zamanında fəal məmur müdaxiləsi ilə iki yerə parçalandı. Hazırda Şəfiqə Məmmədovanın rəhbəri olduğu qurum Rüstəm İbrahimbəyova qarşı yaradılmışdı... ”

Məsələ ilə bağlı xalq artisti Şəfiqə Məmmədovanın rəyini almağa çalışsaq da, hər zamankı kimi cəhdlərimiz alınmadı.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə səslənən ittihama bu cür cavab verdi: “Mən zamanında sözümü Rüstəm İbrahmbəyova da demişdim. Onda heç Rasim Balayev ortalıqda yox idi, qaçıb gizlənmişdi. Deyirdi ki, ”mən yalnız kinoda qəhrəmanam, uşaqlarım var işləyirlər, işdən çıxararlar". İndi bəs nə oldu, niyə birdən-birə kişi olub bu cür ifadələr səsləndirir? Nə tez hər şeyi unutdu?

Qulu Məhərrəmli də deyir ki, “nə olsun, iki ittifaq olanda nə olar”. Bəyəm kolxoz bazarıdır? Bir arvadın bir əri olar, iki deyil. Baba Vəziroğlu da kinoçu çıxıb, kinonun tarixindən danışır. Onun, ümumiyyətlə, ittifaqda nə işi var, anlaya bilmirəm. O vaxt törətdiyi əməllərə görə Baba Vəziroğlu ittifaqın katiblərinin imzası ilə qurumdan qovulmuşdu. Şəfiqə Məmmədova o vaxt yüz kişidən qeyrətli çıxaraq sinəsini qabağa verdi və bu ittifaqı dövlət səviyyəsində təşkil edib, onu xilas etdi. Belə ki, “Nizami evi”ndə qurultay səviyyəsində konfrans keçirdilər. Konfransda Fatma xanım Abdullazadə, Əli Həsənov və digərləri iştirak etmişdi. Onların iştirakı rəsmi, protokola uyğun idi. Şəfiqə xanım həmin vaxt quruma rəhbər təyin olundu və beləliklə, Rüstəm İbrahimbəyovun dağıtdığı kino ittifaqı bərpa olundu. Burada Ramiz Mehdiyevin niyə adı çəkilir ki? Gedənin arxasına bu cür mövqe tutmaq doğru deyil. Kişi idilər Ramiz Mehdiyev vəzifədə olanda bu sözü deyərdilər. Bir daha qeyd edirəm ki, Kinematoqrafçılar İttifaqında müəyyən şəxslərə Rasim Balayevin, sadəcə, adı lazımdır. Həmin qurumda Rasim Balayevə yaxın olan bir neçə şəxslə söhbətdə demişdim ki, gəlin birləşək, barışaq, kino haqqında danışaq. Mənə dedilər ki “Rasim Balayevin bizə, sadəcə, adı lazımdır ki, məktublarımıza cavab verilsin”. Bəs Rasim Balayevin öz ağlına nə gəlib? Kino, milli barışıq qalıb kənarda, ona çörək verən adam haqqında hədyanlı sözlər deyir. Sən heç Şəfiqə Məmmədovanın dırnağı qədər də kişi deyilsən. Çünki o ittifaqda yeganə adam idi ki, sona qədər əli-ayağı təmiz oturdu, sonda da ittifaqı qoruyub saxladı. Rüstəm İbrahimbəyov barəsində nə sözüm olubsa, onun sağlığında demişəm, bunu mətbuatdan görə bilərsiniz. Hətta İbrahimbəyov dediyim fikirlərə görə dəfələrlə mənimlə əlaqə saxlayıb, danışmışıq. Biz onunla Moskvada bir yerdə oxumuşuq. İndi Rasim Balayev deyir ki “Əbdül Mahmudbəyovun kinodan xəbəri yoxdur”. Məgər Balayev, sənə mükafatı verən mən deyildim? “Nəsimi” filminə görə onu xəstəxanadan çıxardıb gətirmişdim".
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Bu gün, 11:11
İran səhvə yol versə yenidən vuracağıq! - Haqari
Bu gün, 11:09
Arağın qiyməti qalxacaq? - "Bazarda litri 1 manata olan araqlar var"
Bu gün, 11:05
Həmkarlar İttifaqları Konfederasiyasının sədrinə müşavir təyin olunub - ƏMR
Bu gün, 10:59
Vətəndaşın pul kisəsinə hiyləgər zərbə: rəfdə bir, kassada başqa qiymət - AXI NİYƏ?..
Bu gün, 10:57
Əliyevin uğurlu BRICS diplomatiyası - Kazan səfərinin əsas yekunu
Bu gün, 10:54
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
Bu gün, 10:51
47 yaşlı elektrik faciəli şəkildə öldü
Bu gün, 10:46
Naxçıvanda KTN sistemi niyə irəli getmir... - FAKT BUDUR!
Bu gün, 10:38
Paşinyan KAZANDA NƏ QAYNATDI? - Görünəni odur ki...
Bu gün, 10:24
`Kontakt Home` hər yerdə elə eynidir... - Mingəçevirdə də...
Bu gün, 10:03
İran aviareyslərə qoyulan məhdudiyyəti aradan qaldırdı
Bu gün, 09:56
Azərbaycanın xalq artisti Şahlar Quliyev vəfat edib
Bu gün, 09:54
Maliyyə öhdəliyindən qaçmaq üçün yenə şantaja BAŞLAYIBLAR - Qərbin ənənəvi TAKTİKASI
Bu gün, 09:46
Yarımmilyonluq "Range Rover"i ilə gündəm İcra başçısı qazon və ağaclar alır - 230 min manata
Bu gün, 09:45
Nazir NK-nın qərarlarını SAYA SALMIR... - NARAZILIQ VAR...
Bu gün, 09:38
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru