GDU tələbələri Prezidentə müraciət etdi .....                     Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... .....                     Bu son olmayacaq... .....                     Dəfələrlə izah etməyə çalışsaq da... .....                     Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? .....                     İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                     İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib .....                     "COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." .....                     “Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” .....                     Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                 

“Televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar” - ETİRAZ
Tarix: 18-06-2022, 08:36 | Çap et
“Televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar”
Azərbaycan televiziyasının hazırkı vəziyyəti çox tənqid olunur, çox irad tutulur. Lakin bütün tənqidi fikirlərə baxmayaraq, televiziya kanalları öz yollarından dönmək, efir siyasətini dəyişmək niyyətində deyil. Tez-tez hansısa verilişdən xoşagəlməz, efirə yaraşmayan hissələr paylaşılır, sosial şəbəkədə aparıcılar, kanal rəhbərlikləri tənqid olunur.

Bəs, televiziya kanalları tutduqları bu yoldan niyə dönmürlər? DİA.AZ-ın məlumatına görə, AYNA-nın həmsöhbəti, tanınmış teleaparıcı Kamran Həsənli deyir ki, bunun cavabı çox sadədədir:

- Televiziya kanallarında qeyri-peşəkar adamlar işləyirlər. Onlar orada özləri üçün kiçik bir dünya yaradıblar. Söyüldükcə də sevinirlər ki, onlara baxırlar. Onlar “reytinq” sözünün mənasını bilmirlər. Reytinq baxımlılıq deyil, baxıldıqdan sonra auditoriyada yaranmış münasibətdir. Bunu bilməməkləri qeyri-peşəkar olmaqlarından qaynaqlanır. Bu gün bütün peşəkarları televiziyadan kənarlaşdırıblar. Onların ən böyük bacarığı “torba tikmək”, intriqalar yaratmaqdır. Özlərinin mentallıqlarını, tərbiyələrini də verilişlərə gətirirlər.

- Baxan da deyir ki, “elə biz beləyik”...

- Televiziya bir güzgüdür. Bizi əyri güzgüdə özümüzə göstərirlər. Əlbəttə ki, bu halda bizim televiziya kanallarına baxan əcnəbi də düşünəcək ki, bunların efiri bu gündədirsə, efirə çıxmayanları nə gündədir.

- Evindən televizoru çıxarmış insanların sayı da günü-gündən artır.

- Ağıllı insanlarımız bizim kanallara baxmırlar. Rus dilini bilənlər Rusiya kanallarına, bilməyənlər də Türkiyə kanallarına baxırlar. Bu gün Moskva öz işğalçılıq siyasətini yeritməkdə davam edir. Bu gün Azərbaycanda Rusiyanın tərəfində dayanan insanlar da həmin kanalların təbliğatının formalaşdırdığı insanlardır. Onlar bilirlər ki, Rusiya Ukraynada qalib gəlsə, növbəti işğal hədəfi olan ölkə biz ola bilərik, amma yenə də Rusiyanın tərəfində dayanırlar.

- Sizcə, həmin adamlar bu gerçəkliyi doğrudan da dərk edirlər?

- Bəli, yaxşı bilirlər. Televiziya çox güclü təbliğat maşınıdır.

- O zaman belə çıxır ki, onlar təbliğatın qurbanlarıdır…

- Yox, onlar təbliğatın qurbanı olsalar da, nəticədə Rusiya siyasətinin, Rusiyanın tərəfdarına çevrilirlər. Əgər sən öz televiziya kanallarına baxmırsansa, Rusiya burada öz insanını yaradacaq və yaradır. Türkiyə bizim can, qardaş ölkədir. Təbii ki, Türkiyə kanallarına baxanlar da onların yaratdığı insan olacaq. Mən Türkiyə kanallarının yaratdığı insanı çox sevirəm. Amma önəmli olan odur ki, biz öz insanımızı yaratmalıyıq. Buna görə də bizim televiziyada peşəkarlar işləməlidir. Lakin yaxın buraxmırlar.

Özümün 22 illik televiziya təcrübəm var. Bu, bir reallıqdır ki, apardığım verilişlərlə uğur qazananların sırasındayam. Amma Azərbaycanda bütün televiziya kanalları mənə qarşı koalisiya yaradıb. Məni kimi televiziyadan çox yaxşı anlayışı olan, onlarla peşəkar adam var. Lakin onlar televiziyaya buraxılmırlar. Həmin şəxslər bu gün televiziya sahəsində hazırda rəhbər şəxslərdən daha çox bilirlər. Bəzən deyirlər ki, “filankəs elə yaxşı oğlandır ki!”. Cavab verirəm ki, axı yaxşı oğlan peşə deyil. Yaxşı oğlan olmaq hələ yaxşı peşəkar olmaq demək deyil.

- Peşəkar televiziya rəhbərində hansı keyfiyyətlər olmalıdır?

- Milliyyətçi olmalıdır. Öz millətinin tarixini, fəlsəfəsini bilməlidir. Siyasi ambisiyası yox, siyasi düşüncəsi olmalıdır. Geopolitikanı bilməlidir. Televiziyadan yaltaqlıq, məddahlıq təbliğ etmək siyasi baxış deyil. Çox güclü təhsili olmalıdır. Tarixi, fəlsəfi bilgisi olmalıdır. Digər məqam isə televiziyada uğur qazanmış adam olmalıdır. Bu, televiziyanın qanunudur. Dünya ölkələrində uğur qazanmış televiziya kanallarının rəhbərləri bu keyfiyyətləri özlərində daşıyırlar. Düşüncəsiz təbəqə bizdə də, İngiltərədə də, Almaniyada da – hər yerdə var. Amma televiziya düşüncəli təbəqə üçün işləməlidir. Musiqi zövqü aşılmalı, intellektual səviyyəni yüksəltməli, şou, əyləncə vasitəsilə də maarifləndirməlidir. Bizim televiziya rəhbərlərinin isə çoxunun bundan heç xəbəri yoxdur.

- Amma bizdəki verilişlər tənqid olunanda deyirlər ki, “tələbat bunadır, camaat bunu izləyir”. Belə çıxır, bizim camaatın səviyyəsi budur?

- Yox, onlar o səviyyədə olan adamlar üçün işləyirlər. Çünki özlərinin səviyyəsi də o yerədir. Sosial şəbəkədə verilişlərdən parçalar paylaşılır, camaat söyür, tənqid edir. Heç bir nəfər görmüsünüz ki, “desin, mən baxıram, yaxşıdır, niyə söyürsünüz?” Yox! Deməli, əhalinin 90%-i bunu sevmir, qəbul etmir. 10%-i isə qorxusundan səsini çıxarmır. Onlar da həmin bu 10% üçün işləyirlər.

- Yenə bu sual yada düşür: Televiziya auditoriyanın istədiyi kimi olmalıdır, yoxsa auditoriyanı öz istədiyi kimi formalaşdırmalıdır?

- Televiziya camaatın istədiyi kimi olmamalıdır. Televiziya camaatı istədiyi kimi yüksəlişə, intellektual səviyyəyə çatdırmalıdır. Çünki televiziyanın qayəsi bundan ibarətdir: toplumu maarifləndirsin, işığa aparsın. Əgər bu gün televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar. “Millətin düşmənidir” deyə bilmirəm, bu, çox ağır ifadədir. Amma etdikləri düşmənlikdir.

- Sosial şəbəkədə ARB televiziya kanalında yayımlanan Elgiz Əkbərin verilişindən bir neçə parça paylaşılır. Verilişdə qonaq olan oğlanın əqli qüsurlu olduğunu iddia edənlərin fikrincə, bu cür adamları efirə çıxaranlar özlərinə populyarlıq qazanmaqla məşğuldurlar. Hər kəsi düşündürən bir sual var: Bu cür halların qarşısını almağın bir yolu yoxdurmu?

- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi problem efirdə peşəkar adamların olmamasından qaynaqlanır. Açığı, mən həmin videonu görməmişəm, bir fikrim yoxdur. Televiziya kanallarımızı izləmirəm.

- Sosial şəbəkələrdə qarşınıza çıxmayıb?

- Çıxsa da, baxmadan çevirirəm. Nə özüm, nə ətrafımdakı insanlar televiziya kanallarımıza baxır, nə də onları müzakirə edirik. Sadəcə onu deyə bilərəm ki, televiziya kökündən dəyişməli, milli düşüncəyə qayıtmalıdır. Bunun üçün də gərək kanal rəhbəri də, efirə çıxanlar özləri də milli düşüncəli insanlar olsunlar.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
GDU tələbələri Prezidentə müraciət etdi - Kömək istədilər...
Bu gün, 09:34
Qonşuda seçkidir... BİZƏ DƏ BİR PAY DÜŞƏR... - AKTUAL
Bu gün, 09:27
Bu son olmayacaq... - NƏ BAŞ VERİR?
Bu gün, 09:24
Dəfələrlə izah etməyə çalışsaq da... bir çox işçilər bunu qəbul etmək istəmirlər...
Bu gün, 09:23
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Dünən, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 16:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru