Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? .....                     İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib .....                     Yeni qlobal pul ideyası qorxuya saldı .....                     "İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." .....                     Gürcüstanda parlament seçkiləri başlayıb .....                     Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi .....                     Gürcüstanda baş tutacaq seçkilər... .....                     Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... .....                     Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... .....                     İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib .....                     "COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." .....                     “Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” .....                     Qərbin Rusiya və Azərbaycan planı .....                     Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? .....                     "İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar" .....                     Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit .....                     “Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” .....                     "Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" .....                     Azərbaycan güləşçisi dünya çempionu olub .....                     Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? .....                     "Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" .....                     Şarl Mişel Azərbaycanı haqlı çıxardı .....                     Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək .....                     “Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” .....                     Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir .....                     Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib .....                     “Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” .....                     Şoltsun Putinlə gizli ittifaqı? .....                     Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir .....                     Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! .....                     Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU .....                     Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? .....                     Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib .....                     Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini .....                     Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub .....                     Ararat Mirzoyan COP29-a dəvət alıb .....                     "MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... .....                     Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” .....                     Bakıda şirkət rəhbəri həbs edildi .....                 

Arazın o tayındakı qardaşa püskürdüyümüz tərbiyəsizlik... - CƏZASI NƏDİR?
Tarix: 1-07-2022, 08:41 | Çap et
Arazın o tayındakı qardaşa püskürdüyümüz tərbiyəsizlik...
1985-ci il istehsallı “Qanlı zəmi” filminə baxmayan çox az adam olar. İranlı zabitlə (Muxtar Avşarov) Qaçaq Nəbinin (Həsənağa Turabov) dialoqu yadınızdadırmı?

- Arazın o tayının dərdi səninçün azlıq eləyir, hələ bu tərəfə də he...”

- Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin də o başı, bu başı olmaz, bunu sırğa elə as qulağından!

- Bəs, şahənşahın fərmayişi necə olsun? Onun qoyun sürüləri bəs, harda otlasın?..

“Nəbi qağa”nın bu suala cavab əvəzi vurduğu şillənin səsi bir filmə bərabərdir.

Bu filmin mənə Azərbaycanın özəl televiziyalardan birinin efir məkanında baş vermiş və sosial şəbəkələrdə fraqmenti paylaşınan şou verilişindəki biabırçılıq xatırlatdı. Əslində əvvəllər çalışdığı kanallarda da bu şoumen-aparıcının verilişlərini izləməyə hövsələm çatmayıb, ədabaz davranışları, dəvət etdiyi qonaqları bir çox hallarda aşağılamağa, “sındırmağa” çalışmasını görənlər çox olub yəqin. Təsəvvür edin, İran vətəndaşı olan azərbaycanlı müğənnini efirə dəvət edir və az sonra ona “mən səni efirimdən qovuram” deyib, hörmətsiz davranır. Harda qaldı jurnalist etikası, peşə davranış kodeksi, qonaqpərvərlik nümunəsi, el adəti, daha nələr?

Əslində fərqi yoxdur qonaq hardan gəlib, adı qonaqdır, dəvət olunub, studiyaya buyurub. Xoşun gəlmirsə, dəvət eləmə, dəvət etmisənsə, danışığını, çıxışını efirə vermə, montaj elə, əsaslandır ki, hansısa məqamlar filan səbəblərə görə ictimailəşə bilməz, hansısa qaydalara ziddir, ya da proqramın ruhuna uyğun gəlmir. Yoxsa “mən səni qovuram” nə deməkdir? Heç tərbiyəsizliyi ilə “ad-san qazanmış” “solovyovlar”, “simonyanlar” çağırdıqları qonağa “von otsyuda” demir. Aparıcı çalışdığı televiziyadan çıxıb gedəndə efiri də dədə malı kimi belinə şələləyib özü ilə aparmır ki. Necə ki, həmin aparıcı indiyədək bir neçə telekanal dəyişib, sabah indi çalışdığı ünvandan da gedəcək, amma efir yerində qalacaq. “Mənim efirim” nə demək?

Yaşı 50-ni haqlamış jurnalist bilməmiş deyil ki, İran azərbaycanlıları, Güney mövzusu çox həssas mövzudur. Elə yaşıdıq, bir neçə ay fərqimiz var, bu mənada yaxşı xatırlayar. 90-cı illərdə dünyanın istənilən ölkəsindən gəlmiş o taylı-bu taylı qonaqlar AzTV efirində görünəndə ekran qarşısından çəkilmirdik, sözünü, söhbətini dinləməkdən zövq alıb, köks ötürürdük. Burada peşəkar aparıcıların sayğı və dəyər nümunəsi də sözünü deyirdi. İndiyədək o kadrlar gözlərimiz önündədi. Eləcə də sərhəd hadisələri, Arazın üzərindən keçib qucaqlaşan, tikanlı məftilləri aşıb keçən bir-birinə sarmaşan qardaş-bacılarımızın uzun ayrılıqlardan sonra qovuşmasını xatırlayırıq.

Bu gün özəl TV-də aparıcı o taydan gəlmiş müğənnini efirində “ifşa etməyə” cəhd göstərir, cavabını alanda “mən səni efirimdən qovuram” deyir. “Mən”, “efirimdən”, “qovuram”…

Hikkəyə, təkəbbürə baxın! Hanı bu efirin yiyəsi?.. Təbriz, Ərdəbil, Zəncandan baxanlar baxıb, nə deyəcək, düşünürsünüzmü?!

Bəlkə də apaıcı hansısa “şahənşahın fərmayişi”ni icra edir, “əmr quluyam” misalı. Yaxud da bəziləri deyir ola bilsin ortada hansısa anlaşma olub, müğənni ilə aparıcı arasında, yəni piar-kampaniyası-filan. Amma yox! Heç bir halda bu mövzu ilə oynamaq, zarafatlaşmaq olmaz! Söhbət o taydan gəlmiş azərbaycanlıdan gedir, “HARAY, HARAY MƏN TÜRKƏM” deyib də, on illərdir “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” hayqıran insanlarımızdan!

Azərbaycanın şou-biznes adlanan, əslində isə ət tökmək funksiyasını yerinə yetirən bəzi özəl telekanallarının bəzi verilişlərində bu taydakı müğənnilərin “qanlı savaşı” təşkil edilir neçə illərdir. Bir-birini söydürürlər, saç yoldusuna çıxardırlar, efirdə qucaqlaşdırıb öpüşdürürlər, göbəkdən aşağı və yuxarı nahiyələri təkrar-təkra yayımlayırlar, bu biabırçılıqları evlərə soxurlar, bütün bunlara “stop” qoyulmur, daha da həvəslə davam edirlər. İndi görünür Arazın o tayındakı sənət adamlarını da üz-üzə qoymaq, dalaşdırmaq məqamı çatıb. Əks təqdirdə Afşir Azərini “Salam yetir” mahnısı ilə tanıdığımız Ali Pormehrlə üz-üzə qoymaq cəhdi, ikilikdə olmuş, ya olmamış hansısa müzakirəni, elə müğənninin dediyi kimi, “iki kişi arasında” olan söhbəti ictimailəşdirməzdi. Hansı ki, güneyli müğənni çox ədəbli-ərkanlı davrandı, “maşallah sizi sevənlər çoxdur, dünyanın hər bir yerindən baxırlar, Təbrizdən, Ərdəbildən, Zəncandan...Bizim yanımızda böyük dərəcədə hörmətiniz var. Bizi dəvət edirsiniz, biz də fəxrlə sizin qulluğunuza gəlirik”- söylədi. Bunun ardınca Zaur Kamalın “İrandan bizə baxdıqlarına görə siz burdasız”, reaksiyasını verdi. Ardınca yenə də “yəni deyirəm, iranlılara görə, ordakı çoxsaylı tamaşaçılarımız sizi sevdiklərinə görə sizi çağırırıq”, əlavəsini elədi. Göründüyü kimi, Afşir Azəri Təbriz, Ərdəbil, Zəncan...söhbəti edir, aparıcı isə “iranlılar”dan yapışıb. Sonra da “mən səni efirdən çıxaracam bu gün. Sən bir də mənim proqramımda olmayacaqsan, bunu mən başdan deyim”. Sonra da daha bir neçə “mən”lər...

Yenə də “biz həmişə İrandan olan qonaqlara olan qonaqlara qucaq açmışıq...” və s. Göründüyü kimi, aparıcının sanki Güney Azərbaycan mövzusuna qıcığı var, tarixi məmləkətimizin parçalanmış hissəsində yaşayan 40 milyondan çox türkə yanaşmasıdır həm də. Elə bil İrandan gəlmiş hansısa fars kökənli, anti-Azərbaycan mövqeli birisini hədəfə alıb, üstəlik qovur “efirindən”.

Qarışdırmaq olmaz! 44 günlük savaş dövründə Arazın o tayında həyəcanla “ORDUMUZ ATIR, ORA BAX, AY MAŞALLAH! ƏLİNİZƏ QURBAN” deyən soydaşlarımızı küsdürə bilmərik. “Traktor” komandasının farslarla oyununda bütöv bir stadionun “Azərbaycan” hayqırışından utanmaq lazımdır. Bu, sənə “Ermənistanın sərhədləri bizimçün qırmızı xətdir” deyən fars deputat deyil ki, efirindən qovursan. Heç Azərbaycan sərhədlərinə ordu yığıb “xox” gəlməyə çalışan, hava sərhədlərimizi pozmağa cəhd edən sepahçı da deyil. Ürəyi Azərbaycan eşqi ilə döyünən müğənnidir. Nə olsun ki, tanınmır bu tayda, bəs efirin məram-məqsədi də tanıtmaq, təşviq etmək deyilmi?

Ərdoğan kimi qos-qocaman dünya lideri çıxışına “Arazı ayırdılar...” bayatısı ilə başlayır. Özünü “dünyamiqyaslı mən” sayan aparıcı anlamırmı Araz, Təbriz, Xoy, Urmiyə nə deməkdir, hansı mənanı verir Son vaxtlar “Kərimə dövləti” qurmaq istəyənlərin xoşuna gəlmək cəhdi, yoxsa nə?..

Kəsəsi, o taylı-bu taylı Azərbaycanla bağlı danışanda bilin ki, həssas nöqtəyə toxuna bilərsiniz. Bu, sizinçün hansısa deputatın gilas söhbəti deyil, saqqız kimi çeynəyəsiz...Xiyabanı, Səttarxan, Pişəvəri, Şəhriyar, Səhənd yetişdirən məmləkətimizdir, müqəddəsdir, doğmadır hər birimiz üçün. Necə Şuşa, Ağdam, Kəlbəcər, eləcə də Təbriz. Savalan, Ərk qalası, Kəleybər...Qismət olub, Zəncana qədər yolçuluq etmişik, yolboyu Azərbaycan türkcəsində şirin ləhcə ilə danşan uşaqları görəndə hər birini bağrıma basmaq istəmişəm. Böyüklüyümüzə görə qürrələnmişəm, Böyük Vətənimizin tikə-parça edilməsinə üzülməklə yanaşı. O taydakılardan, istibdaddan baş götürüb dünyanın dörd tərəfinə qaçan soydaşlarımızdan ayıbdır! Etməyin! Yığışdırın bu şounu! Güney Azərbaycan, Qarabağ, Dərbənd, Borçalı, Kərkük...şou-proqram mövzusu deyil!

Yeri gəlmişkən, qısa axtarış apardım, Afşin Azərinin üç il əvvəl ATV-nin efirində “Zaurla Günaydın” verilişində çox yüksək səviyyədə təqdim olunmasını, mahnı oxuduğunu, sayğı ilə təqdimatını gördüm.

Deməli, Azərbaycan efirində yeni deyil bu müğənni və söhbət müğənniliyi də aşır. Hər halda məntiq bunu deyir. Bir də ki, Təbrizdə, Ərdəbildə, elə milyonlarla azərbaycanlının yaşadığı Tehranda bir quzeyli müğənni efirdən qovulsa, ya sərt sözə tuş gəlsə, necə qarşılayardıq?

Üzrxahliq və cəza gözləyir o taylı-bu taylı tamaşaçı...Arazın o tayı da, bu tayı da Vətəndir, ona dil uzatmaq olmaz!

Elşad PAŞASOY
//Musavat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın BRICS-ə üzvlüyünə bu ölkə əngəl olacaq? - iddia
Bu gün, 09:20
İran üzərində hava məkanının bağlanması səbəbindən bir sıra təyyarələr Bakı Aeroportuna enib
Bu gün, 09:17
Yeni qlobal pul ideyası qorxuya saldı - Dolların “qatili” bazar girir?
Bu gün, 08:25
"İrana hücum başa çatdı, 20-yə yaxın hədəf vuruldu..." - "Nyu-York Tayms"
Bu gün, 08:22
Gürcüstanda parlament seçkiləri başlayıb
Bu gün, 08:20
Sahil Babayevin nazirliyi yenidən məhkəməyə verildi - SƏBƏB
Bu gün, 08:05
Gürcüstanda baş tutacaq seçkilər... Cənubi Qafqazın taleyində önəmli rol oynayacaq
Bu gün, 08:03
Tehranda "SEPAH"-ın heç bir hərbi obyektinə hücum olmayıb: Uçuşlar davam edir... - "Tasnim"
Bu gün, 07:54
Sakinlər 'yol yoxdur ' deyir, məmurlar isə... - GİLEY
Bu gün, 07:50
İsrail ordusu İrandakı obyektlərə hücumun başa çatdığını elan edib - "Hədəflərə dəqiq və hədəfli zərbələr..."
Bu gün, 07:39
"COP29 BMT-nin tədbiridir, Azərbaycan isə sadəcə ev sahibliyi edir.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:36
“Rusiya Kurskda 2 minə yaxın şəxsi mühasirəyə alıb” – Putin
Bu gün, 07:32
Qərbin Rusiya və Azərbaycan planı – Hərəkətə keçdilər
Bu gün, 07:20
Azərbaycan Respublikaçı namizədin mesajını niyə cavabsız buraxdı? - Trampın qəfil ermənipərəstliyi
Bu gün, 07:15
"İndi efirdə olan müğənniləri əvvəllər pulla da verilişə buraxmırdılar"
Bu gün, 00:34
Putin üçün BRİKS və: Kremlin niyyətinin baş tutmadığı sammit - AKTUAL
Bu gün, 00:30
“Yaxın zamanda sülh müqaviləsinə şahid ola bilərik” - deputat
Bu gün, 00:02
"Bu təşəbbüs Ermənistanın Baş naziri tərəfindən irəli sürülüb" - deputat
Dünən, 21:38
Azərbaycan güləşçisi dünya çempionu olub
Dünən, 21:34
Pul ödəməyənlər tibbi sığortadan istifadə etməyəcək? - AKTUAL
Dünən, 19:00
"Bizimlə münasibətdə olan hər bir ölkə rəhbərliyi görür ki, Azərbaycan sülh tərəfdarıdır" - deputat
Dünən, 18:56
Şarl Mişel Azərbaycanı haqlı çıxardı - DETALLAR
Dünən, 18:10
Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək - 30 ildir 85 min dollar borcu var
Dünən, 18:08
“Ermənistanın silahlanması fonunda ata biləcəyimiz yeganə addım budur ki...” - GƏLİŞMƏ
Dünən, 18:05
Avropa Parlamentinin addımları Cənubi Qafqazda sabitliyi pozmaq cəhdidir - Rusiyalı eksperti
Dünən, 18:03
Zelenski Quterreşin Kiyevə səfər istəyini qəbul etməyib - KİV
Dünən, 17:43
“Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” - Fəzail Ağamalı
Dünən, 17:39
Şoltsun Putinlə gizli ittifaqı? – Rusiya Avropanı belə parçalayır
Dünən, 17:36
Pulunu banka qoyan vətəndaş indi onu geri ala bilmir - GİLEY
Dünən, 17:29
Bakıdakı separatçılarla bağlı yeni təklif: beynəlxalq tribunala çıxarılsınlar! - AXI NİYƏ?..
Dünən, 17:15
Mərhum Tağı Əhmədovun oğlunun verdiyi QƏRAR DA LƏĞV OLUNDU - ÖZBAŞINALIĞA ACİL MÜDAXİLƏ...
Dünən, 17:12
Əliyev bu sənədi niyə Kazan görüşündən sonra imzaladı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Peter Mixalko XİN-ə çağırılıb, etiraz notası təqdim edilib - RƏSMİ
Dünən, 17:04
Tramp Harrislə savaşır: Bakının məsələyə nə dəxli var? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:01
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini İŞDƏN ÇIXDI
Dünən, 17:00
Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 16:57
Ararat Mirzoyan COP29-a dəvət alıb - KİV
Dünən, 16:55
"MƏNİ KƏND SIXIR" DEYİB, ƏRİNİ TƏRK ETDİ... - Sabirabad sakini nəvələrinin qəyyumluğunun oğluna verilməsini istəyir...
Dünən, 16:50
Bakıda ər arvadının intim videolarını aşkar etdi: “Sənin yox, onun arvadıyam...” - TƏFƏRRÜAT
Dünən, 16:48
Bakıda şirkət rəhbəri həbs edildi - Yarım milyonluq fırıldaq
Dünən, 16:46
QARABAĞ QAZİSİ MADDİ İMKANSIZLIQ SƏBƏBİNDƏN ƏMƏLİYYAT OLUNA BİLMİR - Atası səlahiyyətli şəxslərdən kömək istəyir
Dünən, 16:41
"Qısa zamanda sülh müqaviləsi imzalana bilər” - deputat
Dünən, 16:37
Ermənistan prezidentinin iqamətgahı yaxınlığında mitinq keçirilir - BARIŞIQ İSTƏMİRLƏR...
Dünən, 16:34
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Dünən, 16:33
Kərki ilə Qazaxın 3 kəndini nə vaxt qaytarırsınız, Nikol Paşinyan?! - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:31
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir - FOTO
Dünən, 16:27
Sabunçu rayonunda qaçırdıqları avtomobillə oğurqluqlara gedən iki qardaş saxlanılıb - FOTO, VİDEO
Dünən, 16:21
Paşinyan COP29-da iştirak üçün dəvət alıb - Ermənistan XİN
Dünən, 16:19
ABŞ-ın məşhur biznes jurnalı “Fortune”də məşhur azərbaycanlı İŞ ADAMI... - FOTO
Dünən, 16:17
DEM partiyasının baş ofisinə hücum olub
Dünən, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru