[thumb]http://dia-az.life/uploads/posts/2023-04/1681224512_0001.jpg[/thumb
“Qarabağ hadisələrindən əvvəl biz Şövkət xanım Ələkbərova ilə birlikdə verilişlərdə çox olurduq. Mən musiqili redaksiyada çox çıxış etmişəm. Şövkət xanım mənə Fransız ətiri bağışladı. O vaxt heç bu ətirlər ölkəmizdə tapılmırdı. Aramızda Şuşa ilə bağlı söhbət oldu. Sözgəlişi dedim ki, “mən heç Şuşada olmamışam”. Şövkət xanım dedi ki, səni özüm Şuşaya aparacam. Qismət olmadı, ondan sonra Şuşa işğal olundu. İnşallah ki, səhhətim lap yaxşı olsun, Şuşaya da gedib-gələcəm. Ora bir az uzaqdır, səhhətim yol vermir. Maşınla uzun yol gedə bilmirəm”.
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əminə Yusifqızı deyib.
“Mən evdə qətiyyən darıxmıram. Gecə-gündüz şeirləri təkrar edirəm. Bəzən şikayətlənirlər ki, darıxırıq. İnsan niyə darıxsın ki? Bir işlə, başını qat da. Mənim beynim o qədər doludur ki. Hər zaman deyirəm ki, bu beyinə nə qədər şey yerləşər? Heç vaxt şeir əzbərləməmişəm. Bu gün qiraət sənətiylə məşğul olan gənclərimizin müəllimləri yoxdur. Şeir yazanımız çoxdur, gözəl şairlərimiz var. Amma o şeirləri insanlara çatdıran qiraətçilərimiz yoxdur. Bu Allah vergisidir. Bu gün isə qiraət sənətinin bir neçə nümayəndəsi qalmışıq, davamçılarımız yoxdur. Şeiri elə belə demək olmaz. Mən şeirə monoloq kimi yanaşıram” deyə xalq artisti bildirib.
Xalq artisti Mikayıl Müşfiqlə Rəsul Rzanın şeirlərini çox sevdiyini bildirib.
“Mikayıl Müşfiq və Rəsul Rzanın şeirləri mənim üçün tamam başqadır. Müşfiq cavan yaşında bu qədər şeirlər yazıb. Bizim digər şairlərimiz ahıl yaşlarında da, qoca yaşlarında da şeirlər yazıblar. Rəsul Rzanın 70 illik yubileyi tamam olanda ona Sosialist Əməyi Qəhrəmanı döş nişanı verdilər. Oğlu Anarla danışmışdım, mənə və Həsən Əbluca xəbər etdi ki, “atam Mərdəkanda Sanatoriyadadır”. Gedib görüşəcəkdik. Bir neçə gündən sonra 70 illiyini də qeyd edəcəkdilər. Amma çox təəssüf ki, qismət olmadı. Rəsul Rza cavanlığında çox kötəklər yemişdi. Onun kimi şairi məhv etmək istəmişdilər. Çox əzablar çəkmişdi. Onun şeirlərini başa düşmürdülər, tənqid edirdilər. Mikayıl Müşfiq, Rəsul Rzadan üstün sərbəst vəzndə Lomonosov şeirlər yazırdı. Ona görə də bu iki şair mənim ruhuma yaxındır. İlk dəfə onun şeirini 50 illik yubileyimdə dedim. Ondan sonra mənə öz kitabını hədiyyə etdi, hər dəfə yeni şeir yazanda mənə xəbər edirdi. Mənim yaşadığım ərazinin yaxınlığında dağlılar məhəlləsi var. Hər dəfə efirə çıxıb, Mikayıl Müşfiqdən şeir deməyəndə o məhəllənin sakinləri məndən inciyirlər. Ona görə də efirlərdə Müşfiqdən mütləq şeirlər səsləndirirəm” deyə xalq artisti bildirib.